Hövzə Xəbər Agentliyinin Tehran şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, Ali Məhkəmənin sədr müavini Höccətül-islam vəl-müslimin Əli Seyfi Amuli bu gün təqlid mərcələrindən olan Ayətullah üzma Cavad Amuli ilə görüşüb və fikir mübadiləsi aparıb.
Görüş zamanı Ali Məhkəmənin sədr müavini öz fəaliyyəti və məsuliyyətləri barədə hesabat təqdim edib və həzrət Ayətullah üzma Cavad Amulinin hikmətli tövsiyələrindən bəhrələnib.
Ayətullah üzma Cavad Amuli görüşdə ruhanilərin məscid, mehrab və elmi hövzə ilə ayrılmaz bağlılığının zəruriliyini vurğulayaraq deyib: «Ruhanilər öz missiyalarını cəmiyyətin içində, məscid və mehrabla əlaqədə həyata keçirirlər. Onlar icra məsələləri və sosial məsuliyyətlərlə məşğul olduqlarını bəhanə edərək bu nurani mövqelərdən uzaqlaşmamalıdırlar. Allaha şükürlər olsun ki, siz mühüm hakimlik vəzifəsi ilə yanaşı, elmli və çalışqan tələbələrin yetişdirilməsinə də laqeyd qalmamısınız. Bu uğur dinə və İslam cəmiyyətinə xidmət yolunda dəyərli bir nemətdir.
O, daha sonra şəhidlərin yüksək məqamına və onların fədakarlıqlarına toxunaraq bildirib: Bizim sahib olduğumuz hər şey şəhidlərin pak qanının və ilahi insanların şücaətlərinin bərəkətindəndir. Bu gün yaşadığımız izzətli həyat canlarını və bütün varlıqlarını Allah yolunda fəda edən əziz insanların fədakarlığı sayəsindədir. Biz şəhidlər qarşısında borclu və minnətdarıq. Onların yolunu iman, izzət və bəsirəti qorumaqla davam etdirməliyik.
Ayətullah üzma Cavad Amuli daha sonra şəhid doktor Əli Laricani haqqında danışaraq bildirib: Bu əziz şəhid, doktor Əli Laricani, nadir, seçilən, elmi və insani fəzilətlərə malik bir şəxsiyyət idi. Onun mübarək cəsədindən yalnız bir əl qaldı. Lakin həmin əl onun ruhunun böyüklüyünün, imanının və İslam və vətən yolunda fədakarlığının aydın sənədidir.
Bu təqlid mərcəsi həmçinin şəhid Ayətullah Xamenei (r) ilə uzun illər davam edən dostluğuna toxunaraq bildirib: Şəhid lider, bu böyük seyid həzrət Ayətullah üzma Seyid Əli Xamenei İslam yolunda özünü fəda etdi və dinin qorunması, İslam ümmətinin izzəti və bu torpağın müstəqilliyi yolunda bütün gücünü və varlığını ortaya qoydu. O, möhkəm iradə və qəti mövqe ilə qlobal istikbara qarşı dayandı. Çünki dinin və Əhli-beyt (əleyhimussalam) məktəbinin məntiqinə görə, bir torpağın və bir xalqın ləyaqətinə təcavüz cavabsız qalmamalıdır və təcavüzkarın qarşısında iman, bəsirət və cəsarətlə dayanmaq lazımdır.
Sonda Tehran şəhərindəki Həzrət Höccət (ə) Elmi Hövzə Mədrəsəsinin məsulu Ayətullah üzma Cavad Amulinin elmi, mənəvi və hikmətli məqamını yüksək qiymətləndirərək onun varlığını İslam dünyası üçün fəxr mənbəyi adlandırıb və həzrət İmam Zamana (ə.f) Allah-Taaladan onun fəaliyyətlərinin davamlı olmasını, izzət və bərəkətinin artmasını, eləcə də İslama və müsəlmanlara hidayət və həmçinin xidmət yolunda ömrünün uzun və müvəffəqiyyətlərinin davamlı olmasını diləyib.
Rəyiniz