Qeyd
Bu gün ailələr mədəniyyətin getdikcə aradan qalxdığı, uşaq və yeniyetmələrin virtual məkanın zərərli təsirlərinə və müxtəlif təhrikedici amillərinə nəzarətsiz şəkildə məruz qaldığı bir şəraitdə yaşayırlar. Belə bir vəziyyətdə «tərbiyə» artıq seçim xarakteri daşıyan məsələ deyil, gələcək nəslin sağlamlığının qorunması üçün böyük bir zərurətdir. Çünki bu sahədə yol verilən qəflətin ağır nəticələri ola bilər və düşmən gənclərin cinsi instinktlərini istiqamətindən yayındırmaq üçün bütün imkanlarından istifadə edir.
Bununla bağlı Höccətül-İslam vəl-müslimin Möhsün Abbasi Vəldi bu böyük əhəmiyyət daşıyan mövzu ilə bağlı keçirdiyi silsilə görüşlərdə çox dərin və mühüm fikirlər səsləndirib. Bu material tərbiyə sahəsində məsuliyyət daşıyan və mövzu ilə maraqlanan şəxslərin faydalanması məqsədilə hörmətli oxucuların diqqətinə təqdim olunur.
Ötən görüşdə müzakirə olunan məsələlərə qısa baxış
Cinsi instinkt öz mahiyyətinə görə «ləzzət» anlayışı ilə sıx bağlıdır. Buna görə də bu instinktin təbiətində ləzzətin əsas rolunu nəzərə almaq heç vaxt diqqətdən kənarda qalmamalı olan ən mühüm məsələlərdən biridir. Bu prinsipə əsasən, əsas sual belədir: Daxili xarakter daşıyan ləzzətə xarici mexanizmlər vasitəsilə qalib gəlmək mümkündürmü?
Cinsi instinkti hərəkətə gətirən amillərin böyük bir hissəsi tamamilə zehni xarakter daşıyır. Buna görə də yalnız xarici nəzarət bu instinkti cilovlamağa və düzgün istiqamətləndirməyə heç vaxt kifayət etməyəcək. Maarifləndirmə də daxildən qaynaqlanan bir qüvvəyə söykənmədiyi halda, bu instinktin qarşısının alınması və idarə olunması üçün fundamental strategiya və ya əsaslı həll yolu hesab edilə bilməz.
Kökü insanın daxilində olan və yaranmasına səbəb olan amillərin hərtərəfli xarici nəzarətə tabe olmadığı ləzzətin qarşısını almaq yalnız daxili amil vasitəsilə mümkündür. Bu əsas və fundamental amil isə imandır.

Üçüncü addım: Cinsi instinktin idarə olunmasında imanın rolunun izahı
İman yalnız dil və düşüncə çərçivəsində məhdudlaşan bir inanc deyil. O, insanın qəlbinə nüfuz edən və daha dərin məna daşıyan bir etiqaddır. Bu etiqadın dərinliyi və gücü insanın nitqini, davranışlarını, düşüncələrini və instinktlərini idarə etmək qabiliyyətini müəyyənləşdirir.
Bütün valideynlərə, tərbiyəçilərə, müəllimlərə və təbliğatçılara xitabən vurğulamaq lazımdır ki, dini baxımdan məsələləri düzgün dərk etmək üçün yalnız maddi yanaşmalardan və kəmiyyətə əsaslanan təhlillərdən, yəni hər şeyi sadə hesablamalarla ölçmək düşüncəsindən uzaqlaşmaq lazımdır. Əgər bu maddi yanaşmalar aradan qaldırılmasa, dini məsələlər insanın qəlbinə nüfuz etməyəcək və əməli davranışa çevrilməyəcək.
Bu məsələ ilə üzləşmək üçün bizə yaradanı əsas götürən tövhid əsaslı baxış lazımdır. İnsanı kim yaradıb? Allah-Təala. Cinsi instinkti və ləzzət duymaq qabiliyyətini insanın varlığına kim yerləşdirib? Yenə Allah-Təala.
Belə olan halda əsas sual ortaya çıxır: Bu instinktin idarə olunması yolunda nə üçün Allahın qapısından başqa bir qapıya üz tutmalıyıq? Bu yanaşma bütün dünyəvi təhlillərdən kənara çıxan və ən məntiqli yolu göstərən yanaşmadır.
İmanın mahiyyətini izah edərkən mühüm bir məqama diqqət yetirmək lazımdır: İman əslində «məhəbbət»in digər üzüdür. Qəlb inamından danışarkən, əslində insanın iman etdiyi mənbəyə qarşı yaranan məhəbbətdən söhbət gedir. Buna görə də Allaha iman daha dərin mənada «Allaha məhəbbət» deməkdir. Qurani-Kərim bu barədə buyurur:
«وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ»
İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Bəqərə surəsi, 165-ci ayə
Bizim rəvayətlərimizdə də imanla məhəbbət arasındakı bu əlaqəyə xüsusi diqqət yetirilib. Belə ki, İmam Sadiq (ə) buyurur:
«هَلِ الْإِيمَانُ إِلَّا الْحُبُّ وَالْبُغْضُ؟»
«İman məhəbbət və nifrətdən başqa bir şeydirmi?»
Əslində Allaha iman Allahı sevmək və bunun ardınca Allaha aid olan hər şeyi sevmək deməkdir.
Allaha həqiqi iman və məhəbbətin tələbi «məhəbbət və nifrət» sistemini insanın daxilində formalaşdırmaqdır. Belə ki, mömin Allahın sevdiyi hər şeyi sevməli, onun xoşlamadığı hər şeyə qarşı isə nifrət və ikrah hissi bəsləməlidir. Bu yanaşma ilə iman öz əməli mahiyyətini yenidən qazanır və insanı saxta ləzzətlərin təsirinə qarşı dayana bilən güclü daxili amilə çevirir.
İnsanın daxili aləmini hərəkətə gətirən bütün qüvvələr arasında «məhəbbət»dən daha güclü bir qüvvə yoxdur. Məhəbbət insanın duyğularını, düşüncələrini, ehtiyaclarını və maraqlarını dəyişdirən mənəvi bir qüvvədir. Biz məhəbbətin insanın daxili dünyasını idarə etmək gücünü lazımınca qiymətləndirməmişik. İnsan öz Rəbbinə bağlılığını möhkəmləndirdikdə onun prioritetləri də yenidən müəyyənləşir. Başqa sözlə, insan sevdiyi şəxsin narazı olduğu şeylərdən yalnız uzaq durmur, həm də həmin emosional bağlılığın təsiri ilə bu məsələlərə qarşı daxilən ikrah hissi formalaşdırır. Məhz bu, daxili özünənəzarətin dönüş nöqtəsidir. Bu mərhələdə sevilənə olan məhəbbət ani ləzzətlərin yerini tutur və instinktiv təhriklər qarşısında qəti çəkindirici amilə çevrilir.
İmam Sadiq (ə) Allah Rəsulunun (s) və onun səhabələrinin arasında baş vermiş bir söhbəti nəql edir. Bu söhbətdə «imanın ən möhkəm dəstəyi» məsələsi müzakirə olunub. Səhabələrin hər biri bu suala öz cavabını verib. Bəziləri namazı, bir qrupu zəkatı, digərləri orucu, həcci, ümrəni, bir qismi isə cihadı qeyd edib.
Allah Rəsulu (s) bütün bu əməllərin fəzilətini təsdiqləməklə yanaşı, buyurub: «İmanın ən möhkəm dəstəyi Allah yolunda məhəbbət, Allah yolunda nifrət, Allahın dostları ilə dostluq etmək və Allahın düşmənlərindən uzaq olmaqdır.»
Bu dəstək imanın ən möhkəm dayağıdır və ondan daha güclü heç bir qüvvə yoxdur. Belə bir imana söykənmədən instinktləri idarə etməyə çalışan insanlar, əslində, «həvəngdə su döyürlər».
Bir cavandan gizli ləzzətdən gözlərini çəkməsini necə tələb etmək olar?
İndi bu əsas sual üzərində düşünün: Cinsi instinktin mahiyyətini, onun doğurduğu ləzzətin dərinliyini və heç bir çətinlik olmadan, gizli şəkildə bu ləzzətə çatmağın yolunu yaxşı dərk edən, hətta yaşadığı mühitdə bu davranışın pislənmədiyi, əksinə bəzən normallaşdırıldığı və ya təşviq edildiyi bir insan qarşısında hansı çıxış yolunu təklif edə bilərsiniz? Ondan bu əlçatan ləzzətdən gözlərini çəkməsini necə istəmək olar?
Şübhəsiz ki, sizin zehninizdə belə bir sual formalaşıb: Gənc və yeniyetmə nəsildə imanı bu dərəcədə dərin və möhkəm şəkildə gücləndirmək həqiqətən mümkündürmü? Bu, dərin və haqlı bir narahatlıqdır və bunun cavabı, eləcə də praktiki həll yolları qarşıdakı görüşlərimizdə müzakirə edəcəyimiz əsas məsələlərdən olacaq.
İndi isə bir misal çəkim. Bilirəm ki, bu nümunə bir çoxunuz üçün tanış və başadüşüləndir: Üç yeniyetmə həm ənənəvi yeməklərin, həm də fast-foodun təqdim edildiyi bir restorana daxil olur. Onların hər üçü pizza sifariş edir və bir neçə dəqiqə sonra qarşılarına qazlı içki ilə birlikdə təzə, gözəl görünüşlü və xoş ətirli pizzalar qoyulur. Elə bir pizza ki, onun ləzzətli olduğunu göstərən bütün əlamətlər göz qabağındadır.
Birinci yeniyetmə digərlərindən əvvəl pizzadan bir tikə götürür və onu yedikdən sonra üzündə elə bir ifadə yaranır ki, sanki bu ləzzətdən məst olub və həyəcanla deyir: «Vay, bilmirsən, nə qədər ləzzətlidir!» Digər iki yeniyetmə də səbirsizliklə pizzadan bir tikəni ağızlarına yaxınlaşdırırlar.
Bu zaman qonşu masada oturub ənənəvi yemək yeyən yaşlı bir kişi qəfildən qışqırır: «Baxın! Bu pizza donuz ətindən hazırlanıb. Bu kolbasa donuz ətindəndir!»
İki yeniyetmədən biri pizzanın tikəsini artıq ağzının lap yaxınlığına gətirmiş halda laqeyd şəkildə deyir: «Nə olsun!» Ona bunun haram olduğu xatırladıldıqda isə yenə deyir: «Nə olsun, amma çox ləzzətlidir!» və ağlasığmaz ləzzət hissini ifadə edən həmin vəziyyətdə pizzanı yeməyə davam edir.

Üçüncü yeniyetmə də pizzadan geri çəkilir və ondan nə üçün yemədiyini soruşurlar. Dostları deyirlər: «Məgər eşitmədin, nə dedi?» və onu məsxərəyə qoyurlar. Lakin o cavab verir: «Dedilər ki, bu, donuz ətidir və ləzzətlidir, amma mən yemirəm.» Dostları deyirlər: «Axı pulunu vermisən!» O isə deyir: «Yaxşı, bəs nə etmək olar? Pulunu da geri qaytarmayacaqlar, pizzanı da geri götürməyəcəklər. Heç olmasa ziyana düşməmək üçün ye, amma bir də bunlardan alma.»
Bütün bunlara baxmayaraq, həmin yeniyetmə pizzaya əl vurmur. Bəs bu yeniyetmədə digər iki nəfərdə olmayan nə vardı? Bu, «iman» idi. Allaha iman və ilahi hökmlərə olan iman. O, Allahın hökmünə zidd hər hansı bir işi görə bilməzdi. Bu, qəlbdən gələn bir inam idi.
Bu zaman digər iki yeniyetmə pizzalarını yeməklə məşğul olarkən, pizza bişirən gəlib çatır və görür ki, iki nəfər yemək yeyir, lakin bu yeniyetmənin yeməyə heç bir meyli yoxdur. Dostu deyir: «Qardaş, bu pizza donuz ətindən hazırlandığı üçün onu yemir.»
Daha sonra həmin yaşlı kişi bir kənardan ayağa qalxaraq deyir: «Uşaqlar, mən zarafat edirdim! Xeyr, bu kolbasa donuz ətindən deyil. Sadəcə dedim ki, yeməyin, çünki zərərlidir.» Pizzanı bişirən onu mətbəxə aparır və deyir: «Bax, bu kolbasadır, bu da halallıq nişanıdır, bu isə istehsalçı şirkətin məlumatlarıdır.» O, bununla yeniyetmənin narahatlığını aradan qaldırmaq və onu rahatlatmaq istəyirdi. Sonra yenidən masaya əyləşir və pizzadan bir tikə götürüb yeməyə hazırlaşır. Bu zaman həmin yaşlı kişi sözünə davam edərək deyir: «Baxın, heç olmasa sağlam qida yeyin! Mən bozbaş yeyirəm; onun qiyməti də bunun qiymətindən o qədər fərqlənmir, hətta daha ucuzdur. Nə üçün pizza kimi zərərli qida yeyirsiniz? Qazlı içkilərin əvəzinə ayran için ki, heç olmasa orqanizminiz üçün faydalı olsun.»
Əvvəllər pizzadakı kolbasanın donuz ətindən hazırlandığını düşünərək onu yeməkdən imtina edən və pizzanın tikəsini yerə qoyan həmin yeniyetmə indi deyir: «Cənab, siz özünüz də yeyin və görün, nə qədər ləzzətlidir! Ləzzət alın.» O, qazlı içkidən bir qurtum içir və deyir: «Vay! Bir dəfə sınasanız, daha başqa yeməklərə üz tutmayacaqsınız.»
Yaşlı kişi cavabında deyir: «Əzizim, axı nəfəs aldığımız hava da çirklidir. Fikrinizi belə məsələlərlə məşğul etməyin və həyatın dadını çıxarın.»
Burada əsas sual ortaya çıxır: Həmin yeniyetmənin əlçatan ləzzətdən gözlərini çəkməsinə səbəb olan amil nə idi? Məgər burada imandan başqa bir şey vardımı? Nə üçün övladları mömin tərbiyə etməyin mümkün olmadığını və ya bunun həyata keçirilə bilməyəcəyini düşünürük?
Bu, cavablandırılması zəruri olan bir sualdır. Mən bu misalı ona görə çəkdim ki, «cinsi tərbiyə» məsələsində sadəlövh yanaşmadan çəkinmək və nəzarət, eləcə də maarifləndirmə xarakterli həll yolları üzərində daha ciddi düşünmək lazımdır. Bu həll yollarının bir çoxu ikinci dərəcəli məsələlərdir və onlardan istifadə etmək lazım gəlsə də iman dayağı olmadan onlar əsassız və təsirsiz qalacaqlar. Yalnız bu vasitələrlə məşğul olmaq ya insanı ümidsizliyə sürükləyir, ya da onda rahat və yanlış bir arxayınlıq yaradır.
Yeniyetməni təklikdə günahdan uzaq saxlayan hansı qüvvədir?
Cavab:
İndi isə bu misalı cinsi tərbiyə məsələsinə tətbiq etsək, tamamilə fərqli bir vəziyyətlə qarşılaşırıq. Yeniyetməyə deyilir ki, o, tam təklikdə, başqalarının gözündən uzaqda, əvvəlki bütün təcrübələrindən, məsələn, yuxu və qidalanmadan fərqli olan bir ləzzətə çata bilər. Yaxud onu təhrikedici görüntülərlə qarşılaşdırır və ona bol ləzzət vəd edirlər.
Belə bir şəraitdə ona «bunu etmə» və ya «bu filmə baxma» dedikdə, əsas sual belə olur: Nə üçün bunu etməməlidir?
Həmin təklikdə özünənəzarətini qorumağa kömək edəcək hansı qüvvə onun köməyinə çata bilər?
Onu yaşıdlarının qarşısında düzgün mövqe tutmağa və uyğun olmayan məzmuna baxmaqdan imtina etməyə kömək edən hansı amildir?
Bu, çox ciddi bir sualdır. Atalara və analara müraciətlə vurğulayıram və fəryad edirəm:
Öz sərvət və imkanlarınıza diqqət yetirin, onları boş yerə əldən çıxarmayın. Narahatlıqlarınızı, vaxtınızı və motivasiyanızı ikinci dərəcəli məsələlərə sərf etməyin. Bu məsələlər yalnız öz ikinci dərəcəli mövqelərini qoruduqları zaman faydalı ola bilər. Nəzarət və maarifləndirmə, bütün əhəmiyyətinə baxmayaraq, iman dayağı olmadan təsirsiz və əsassızdır.
İndi isə hələlik bu müzakirəni elə burada dayandıraq. Bu mövzu «iman» anlayışı ilə bağlı əlavə bir məqama malikdir və inşallah, qarşıdakı görüşün əvvəlində bu məsələyə toxunacağıq.
İndi isə həmin misalı cinsi tərbiyə məsələsinə tətbiq etsək, tamamilə fərqli bir vəziyyətlə qarşılaşırıq. Yeniyetməyə deyilir ki, o, tam təklikdə, hamının gözündən uzaqda, bu ləzzətdən yalnız özünün xəbərdar olacağı bir şəraitdə ona çata bilər. Bu ləzzətin mahiyyəti isə yeməkdən və yuxudan tutmuş digər bütün hissi ləzzətlərə qədər bütün başqa təcrübələrdən fərqlənir. Yaxud ona müəyyən görüntülər göstərərək deyirlər: «Bu filmlərə bax, çox böyük ləzzət verir.»
Bu zaman mən yeniyetməyə «bunu etmə» və ya «bu filmə baxma» dedikdə, əsas sual belə olur: Nə üçün bunu etməməlidir? Həmin təklikdə onun özünənəzarətini qorumasına kömək edə biləcək hansı qüvvə onun köməyinə çata bilər? Yaşıdlarının təhrikləri qarşısında onu uyğun olmayan və əxlaqa zidd məzmuna baxmaqdan çəkindirən hansı amildir?
Bu, çox ciddi bir sualdır. Mən bura fəryad etmək üçün gəlmişəm: Ey atalar və analar, diqqətli olun! Öz sərvət və imkanlarınızı boş yerə əldən çıxarmayın. Narahatlıqlarınızı, vaxt və motivasiyanızı ikinci dərəcəli məsələlərə sərf etməyin. «İkinci dərəcəli» bir məsələ öz düzgün mövqeyində qərar tutduqda faydalı ola bilər. Lakin nəzarət və maarifləndirmə, özünəməxsus üsulları ilə əhəmiyyət daşısa da «iman» dayağı və kökü olmadan faydasız və əsassızdır.
İcazə verin, müzakirəni elə burada dayandırım. Bu mövzu «iman» anlayışı ilə bağlı əlavə bir məqama malikdir və inşallah, qarşıdakı görüşün əvvəlində bu barədə danışacağıq.
Rəyiniz