çərşənbə axşamı 8 sentyabr 2026 - 16:26
Elmi hövzələrin bütün struktur və fəaliyyət istiqamətlərinin beynəlmiləlləşdirilməsi gündəmdədir / Qabaqcıl texnologiyalardan və süni intellektdən geniş istifadə

Hüccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavinliyinin bütün struktur və fəaliyyət istiqamətlərinin beynəlmiləlləşdirilməsi məqsədilə transformasiya layihələrinin hazırlandığını bildirib.

Höccətül-islam vəl-müslimin Seyid Müfid Hüseyni-Kuhsari Hövzə Xəbər Agentliyinə verdiyi müsahibə zamanı Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavinliyinin yeni tədris ili üçün hazırladığı transformasiya proqramlarına toxunaraq bildirib: Beynəlxalq sahədə yeni il üçün transformasiya xarakterli layihələr hazırlamışıq və inşallah, Allahın lütfü ilə onları tədricən və mərhələli şəkildə icra etməyə başlayacağıq.

Elmi hövzələrin bütün fəaliyyətləri üçün beynəlxalq istiqamətin hazırlanması

O, transformasiya xarakterli layihələrdən birinin Elmi hövzələrin bütün fəaliyyətləri, müavinlikləri, ixtisaslaşmış mərkəzləri və vilayətləri üçün beynəlxalq istiqamətin hazırlanması olduğunu bildirib və əlavə edib: Bu gün Elmi hövzələrdə müxtəlif proqramlar həyata keçirilir. Festivallardan tutmuş elmi, tədqiqat və tədris proqramlarına qədər bütün bu fəaliyyətlərin beynəlxalq istiqaməti ola bilər.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini sözünə davam edərək bildirib: Elmi hövzələrin bütün fəaliyyətlərinin və struktur bölmələrinin, o cümlədən məktəblərdə, ixtisaslaşmış mərkəzlərdə və vilayətlərdə həyata keçirilən tədris və tədqiqat fəaliyyətlərinin beynəlmiləlləşdirilməsi üzərində iş aparılan transformasiya layihələrindən biridir.

Beynəlxalq sahədə dini təbliğatın şaxələndirilməsi

Höccətül-islam vəl-müslimin Hüseyni Kuhsari beynəlxalq sahədə dini təbliğatın şaxələndirilməsini digər transformasiya istiqamətlərindən biri kimi qeyd edərək bildirib: Beynəlxalq sahədə virtual təbliğatın yeni imkanlarından istifadə edilməsi gündəliyə daxil edilib.

O, kommunikasiya sahəsində baş verən dəyişikliklərə və virtual məkanın imkanlarına toxunaraq əlavə edib: Beynəlxalq təbliğat üsullarının şaxələndirilməsi və beynəlxalq virtual təbliğat imkanlarından istifadə etməklə müxtəlif ölkələrdəki auditoriyalarla daha səmərəli əlaqələrin qurulması üçün şərait yaradılmasına çalışılır.

Qabaqcıl texnologiyalardan və süni intellektdən geniş istifadə

Elmi hövzələrin neynəlxalq məsələlər üzrə müavini qabaqcıl texnologiyalardan və süni intellektdən geniş istifadəni də transformasiya layihələrinin digər istiqamətlərindən biri kimi qiymətləndirərək bildirib: Qabaqcıl texnologiyalardan və süni intellektdən beynəlxalq əlaqələrdə, elmi və tədqiqat əsərlərinin hazırlanmasında, Elmi hövzələrin elmi, mədəni və dini məzmunlarının tərcüməsi və yayılmasında istifadə edilməsi gündəliyə daxil edilib.

O əlavə edib: Süni intellektdən tədris, tədqiqat və dini təbliğat sahələrində geniş istifadə olunması Elmi hövzələrin beynəlxalq fəaliyyətləri üçün yeni imkanlar yarada bilər.

Qum və Nəcəf Elmi hövzələri arasında əlaqələrin inkişaf etdirilməsi

Hüccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Qum və Nəcəf Elmi hövzələri arasında əlaqələrin inkişaf etdirilməsini digər transformasiya istiqamətlərindən biri kimi qeyd edərək bildirib: Beynəlxalq müstəvidə şiə və sünni Elmi hövzələri ilə elmi və mədəni mübadilələrin inkişaf etdirilməsi istiqamətində də işlər aparılır.

Elmi hövzələrin heynəlxalq məsələlər üzrə müavini sözünə davam edərək bildirib: Nüfuzlu elmi və məzhəblərarası qurumlarla elmi və məzhəblərarası əlaqələrin genişləndirilməsi də gündəlikdədir və transformasiya layihələrindən biri kimi həyata keçirilir.

Beynəlxalq araşdırma və təhlil mərkəzinin yaradılması

O, beynəlxalq araşdırma və təhlil mərkəzinin yaradılması ilə bağlı planların hazırlandığını da açıqlayaraq bildirib: Transformasiya istiqamətlərindən biri beynəlxalq sahədə baş verən dəyişiklikləri izləmək, təhlil etmək və strateji araşdırmalar aparmaq məqsədilə beynəlxalq araşdırma və təhlil mərkəzinin yaradılmasıdır.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini vurğulayıb: Beynəlxalq sahədəki dəyişikliklərin və proseslərin izlənilməsi, eləcə də bu istiqamətdə strateji araşdırmaların aparılması transformasiya layihələri çərçivəsində həyata keçiriləcək proqramlardan biridir.

Beynəlxalq auditoriya üçün qısamüddətli kursların keçirilməsinin genişləndirilməsi

Hüccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari beynəlxalq auditoriyanın İslam elmləri ilə tanış olması üçün qısamüddətli kursların keçirilməsinin genişləndirilməsi barədə də məlumat verərək bildirib: Xarici ölkələrdə, o cümlədən professorlar və nüfuzlu elm adamları arasında İslam elmləri və hövzə elmləri ilə tanış olmaq istəyən şəxslər var.

O əlavə edib: Qısamüddətli kurslar çərçivəsində xarici ölkələrdən olan professorların və nüfuzlu elm adamlarının ölkə daxilində iştirakına şərait yaradılacaq ki, onlar Elmi hövzələrin elmi və tədris proqramlarında iştirak edə bilsinlər.

Beynəlxalq sahə üçün ixtisaslı kadrların və professorların hazırlanması

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini beynəlxalq sahədə fəaliyyət göstərmək üçün ixtisaslı kadrların hazırlanmasının zəruriliyinə toxunaraq bildirib: Elmi hövzələrin elmi potensialı yüksək olan bir qrupunu, eləcə də professor və mütəxəssislərdən ibarət bir təbəqəni beynəlxalq sahə və müxtəlif dillərlə tanış etməyə çalışırıq.

O sözünə davam edərək bildirib: Məqsədimiz beynəlxalq sahədə ixtisaslı mütəxəssislərdən, ekspertlərdən və elm adamlarından ibarət bir kadr təbəqəsi hazırlamaqdır ki, inşallah, bunun sayəsində elmi tədbirlərdə daha səmərəli iştirak edə və daha təsirli şəkildə təmsil oluna bilək.

Hüccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari vurğulayıb: Beynəlxalq sahədə ixtisaslı kadrların və professorların, ali səviyyədə dərs deyən professorlardan və fəqihlərdən tutmuş təfsirçilərə qədər müxtəlif mütəxəssislərin hazırlanması bu mərkəzin digər transformasiya istiqamətlərindən biridir.

Beynəlxalq dini xidmətlər sisteminin yaradılması

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini beynəlxalq dini xidmətlər sisteminin yaradılmasını digər transformasiya proqramlarından biri kimi qeyd edərək bildirib: Beynəlxalq dini xidmətlərin göstərilməsi imkanlarının genişləndirilməsi məqsədilə bu sistemin yaradılması da gündəliyə daxil edilib.

Birgə beynəlxalq ixtisaslaşmış assosiasiyaların yaradılması

Hüccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari birgə beynəlxalq ixtisaslaşmış assosiasiyaların yaradılması ilə bağlı planların hazırlandığını da açıqlayaraq əlavə edib: Bu assosiasiyalar müxtəlif elmi və İslam sahələrində iranlı və xarici professorların, eləcə də mütəxəssislərin və elm adamlarının iştirakı ilə yaradılacaq.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini sonda vurğulayıb: Bütün bu tədbirlər Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavinliyinin transformasiya layihələri çərçivəsində həyata keçirilir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha