bazar ertəsi 21 sentyabr 2026 - 13:38
Ayətullah üzma Şübeyri Zəncani vəfat edib

Hövzə | Ayətullah üzma Şübeyri Zəncaninin ofisi yaydığı bəyanatla təqlid mərcəsinin vəfat etdiyini elan edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Şübeyri Zəncaninin ofisi yaydığı bəyanatla təqlid mərcəsinin vəfat etdiyini elan edib.

Bəyanatın mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

«الَّذِینَ تَتَوَفَّاهُمُ الْمَلَائِکَةُ طَیِّبِینَ ۙیَقُولُونَ سَلَامٌ عَلَیْکُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا کُنْتُمْ تَعْمَلُونَ»

Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.

Nəhl surəsi, 32-ci ayə

Əhli-beyt (ə) məktəbinin böyük fəqihi, eyni zamanda dünya şiələrinin ali məqamlı təqlid mərcəsi Ayətullah üzma Şübeyri Zəncani (Allah ona rəhmət etsin) dünyasını dəyişmişdir.

Ayətullah üzma Şübeyri Zəncaninin bərəkətli ömrü və şərəfli həyatı dərin elmi düşüncə, fasiləsiz elmi fəaliyyət, İslam maarifinin yayılması, İslamın əsaslarının qorunması, eləcə də xalqa qarşı xeyirxahlıq və qayğı ilə zəngin olmuşdur.

Bu ağır və ürəkağrıdan itki münasibətilə başda İmam Zaman (Allah-Təala onun zühurunu tezləşdirsin) olmaqla yanaşı bütün dini təhsil ocaqlarına, İran xalqına və dünya müsəlmanlarına başsağlığı veririk. Ayətullah üzma Şübeyri Zəncaninin dəfn mərasiminin vaxtı sonradan elan ediləcək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha