Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Ərafi Ayətullah üzma Seyid Şübeyri Zəncaninin vəfatı münasibətilə başsağlığı mesajı yayıb. Mesajın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
انا لله و انا الیه راجعون
“Həqiqətən, biz Allahınıq və ona da qayıdacağıq.”
İmam Sadiq (ə) buyurub:
«إِذَا مَاتَ اَلْمُؤْمِنُ اَلْفَقِیهُ ثُلِمَ فِی اَلْإِسْلاَمِ ثُلْمَةٌ لاَ یَسُدُّهَا شَیْ ءٌ»
“Fəqih mömin vəfat etdikdə İslamda elə bir əskiklik və boşluq yaranar ki, heç bir şey onu doldura bilməz.”
Ayətullah üzma Seyid Musa Şübeyri Zəncaninin (Allah ona rəhmət eləsin) ürəkağrıdan vəfatı münasibətilə başda həzrət İmam Zaman olmaqla (ə.f), böyük təqlid mərcələrinə (Allah-Təala onların bərəkətli ömürlərini davamlı etsin), İslam İnqilabının Ali Məqamlı Rəhbərinə (Allah-Təala onu qorusun), eləcə də Elmi hövzələrə və möhtərəm ruhani tələbələrə, böyük İran xalqına, möhtərəm Qum əhalisinə, dünya müsəlmanlarına, Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytinin davamçılarına, İranda və həmçinin dünyada mərcəiyyətə rəğbət bəsləyənlərə, bütün ali elmi və hövzə qurumlarına, xüsusilə də onların möhtərəm övladlarına və ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Elmi hövzələrin dərsləri bu gündən cari həftənin sonunadək müqəddəs mərceiyyət məqamına ehtiram göstərmək, dəfn və dəfn mərasiminə, eləcə də yas məclislərinə qatılmaq məqsədilə böyük təqlid mərcələrinin və Elmi hövzələrin Ali Şurasının razılığı ilə tətil elan olunur.
Həmin böyük alim və dəyərli mərceiyyət nümayəndəsi dəyərli ömrünün təxminən bir əsrini elm öyrənməyə, tədrisə, araşdırmaya, çoxsaylı tələbələr yetişdirməyə, eyni zamanda elmi əsərlər və həmçinin nəzəriyyələr ortaya qoymağa, xalqı və hövzə əhlini irşad və hidayət etməyə sərf etmişdir. O, Qum Elmi hövzəsinin və digər elmi hövzələrin inkişafına və yüksəlişinə, fiqh, üsul, rical, tarix və İslam elmləri üzrə araşdırmaların tərəqqisinə böyük töhfə verib.
Həmin müdəqqiq fəqih yüksək və şərəfli bir ailədə yetişmiş, qədim Qum hövzəsində yaşamış, Ayətullah üzma Burucerdi (r) və Müəmməd Damad (r) kimi böyük alimlərin elmindən bəhrələnmiş, müqəddəs Nəcəf şəhərinin Elmi hövzəsinin böyük alim və təqlid mərcələrindən faydalanmışdır. O, dərin düşüncəsi və elmi mücahidliyi ilə tədris və tədqiqatın müxtəlif mərhələlərini keçərək İslam elmlərinin qarşısında yeni üfüqlər açdı.
Dinin və elmin bu bu böyük siması müzakirə və dərs kürsülərində, zəngin elmi müzakirələrdə, fiqhi araşdırma və dəqiqləşdirmələrdə, nəzəriyyəçiliyə, rical və tarixi məsələlərə dair incə araşdırmalarda, eləcə də digər fikir və düşüncə sahələrində günəş kimi parlayırdı. O, Feyziyyə mədrəsəsində və həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin məscidində uzun illər davam edən piş namaz vəzifəsini yerinə yetirərək mənəvi nur saçır, əziz xalqı irşad və hidayət edirdi.
O, İran xalqının mübarizələri və İslam İnqilabının banisi həzrət İmam Xomeyninin (r) rəhbərliyi ilə həyata keçdiyi dövrdə, daha sonra isə şəhid Ayətullah Xameneinin (r) rəhbərliyi dövründə İslam İnqilabının yanında olmuş, İran xalqının və Elmi hövzələrin qayğıkeşi və yol göstərəni kimi fəaliyyət göstərmişdir.
Onun tələbələrə, alimlərə və İslam və Əhli-beyt (ə) maarifini axtaranlara göstərdiyi elmi yardımlar dillər əzbəri olmuş və ilham mənbəyinə çevrilmişdi. Onun hövzənin və cəmiyyətin elmi və əxlaqi inkişafına verdiyi dəstək, eləcə də istedadlı və seçilən tələbə və alimlərin yetişdirilməsinə göstərdiyi diqqət və hövzə üçün xüsusi mədrəsələrin təsis edilməsi istiqamətində gördüyü işlər təqdirəlayiq idi.
Bütün bunlarla yanaşı, onun əxlaqı, mənəviyyatı, daxili saflığı, gözəl davranışı, zahidliyi və pak həyat tərzi, eləcə də hövzənin qədim və mötəbər əxlaqi və elmi ənənələrinə sadiqliyi bu gün və gələcəkdə hövzə və universitet, tələbələr, gənclər və həmçinin müəllimlər üçün ilham mənbəyi olacaqdır.
İndi isə fiqh elminin böyük şəxsiyyəti həzrət Ayətullah üzma Şübeyri Zəncaninin vəfat xəbəri dini təhsil ocaqlarını, eyni zamanda öz tələbələrini və onu sevənləri matəmə qərq edib. Bu gün Elmi hövzələr, gənc tələbələr və həmçinin əziz müəllimlər qarşısında onun dəyərli elmi irsi dayanır və hamımızın əhdimiz həmin xoşbəxt mərhumun paklıq və fəqahət yolunu, eləcə də İslamın, Əhli-beyt məktəbinin, İslam İnqilabının və böyük şəhidlərin yolunu davam etdirməkdir.
Biz onun pak ruhuna salam göndərir və ümid edirik ki, Elmi hövzələr, möhtərəm Qum əhalisi, eləcə də İran və dünya xalqları ona və Əhli-beyt məktəbinə (ə) olan borclarını yerinə yetirəcək və çoxsaylı möhtəşəm mərasimlərin hamısında geniş şəkildə iştirak edəcəklər.
عاش سعیداً و مات سعیداً
“O, xoşbəxt yaşadı və xoşbəxt vəfat etdi.”
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz