Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, mərhum Ayətullah üzma Şübeyri Zəncaninin (Allah ona rəhmət eləsin) cənazəsinin dəfn mərasimi çərşənbə günü, üçgünlük ümumi matəmin üçüncü günündə İmam Həsən Əskəri (ə) məscidindən həzrət Məsumənin (s.ə) müqəddəs hərəminə doğru keçiriləcək və onun pak cənazəsi həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin ərazisində torpağa tapşırılacaq.
Bütün möminlər, tələbələr və alimlər Ayətullah üzma Şübeyri Zəncani kimi böyük mərcəyi-təqlidin əzəmətli dəfn mərasimində izdihamlı iştirak etməyə dəvət olunur. Möminlərin bu mərasimdə iştirakı həmin böyük alimin pak cənazəsinin son mənzilə yola salınması mərasimində iman, xalqla mərcəiyyət arasında qırılmaz bağlılığın təcəssümü və İslam şüarlarına ehtiramın bariz nümunəsidir.
Vaxt: Çərşənbə günü, 23 sentyabr, saat 09:00
Məkan: İmam Həsən Əskəri (ə) məscidindən həzrət Məsumənin (s.ə) müqəddəs hərəminə doğru
Qum Elmi hövzəsinin Müəllimlər Birliyi
Elmi hövzələrin Ali Şurası
Elmi hövzələrin İdarəetmə Mərkəzi
Ekspertlər Məclisinin Rəhbərliyi Katibliyi
Rəyiniz