çərşənbə axşamı 22 sentyabr 2026 - 09:20
Ayətullah üzma Vəhid Xorasaninin başsağlığı bəyanatı

Ayətullah üzma Vəhid Xorasaninin Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı münasibətilə verdiyi başsağlığı bu mərcəyi-təqlidin ailəsinə çatdırılıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı münasibətilə bu gün səhər həzrət Ayətullah üzma Vəhid Xorasaninin böyük oğlu mərhum mərcəyi-təqlidin dəftərxanasına gedərək onun başsağlığı məktubunu mərhumun ailə üzvlərinə çatdırıb.

Ayətullah üzma Vəhid Xorasaninin məktubunda mərhum Ayətullah üzma Şübeyri Zəncaninin vəfatının Elmi hövzələr üçün böyük itki olduğu vurğulanıb. O, böyük mərcəyi-təqlidin vəfatı münasibətilə başsağlığı verərək uca Allahdan mərhum üçün Əmirəl-möminin İmam Əli (ə) ilə birlikdə məhşur edilməsini, onun möhtərəm övladları və bütün ailə üzvlərinə isə səbir və böyük mükafat bəxş etməsini diləyib.

Ayətullah üzma Vəhid Xorasaninin başsağlığı bəyanatı

Vəhid Xorasani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha