çərşənbə axşamı 22 sentyabr 2026 - 17:51
Ayətullah üzma Şübeyri Zəncaninin dəfn mərasiminin proqramında dəyişiklik olub

Ayətullah üzma Şübeyri Zəncaninin (Allahın ona rəhmət eləsin) cənazə mərasimi çərşənbə günü səhər Cihad meydanında yerləşən İmam Xomeyni (r) Ali Mədrəsəsinin məscidindən başlayaraq həzrət Məsumənin (s.ə) müqəddəs hərəminə doğru keçiriləcək.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şiələrin böyük mərcəi-təqlidi həzrət Ayətullah üzma Şübeyri Zəncaninin (Allah ona rəhmət eləsin) cənazəsinin dəfn mərasiminin başlanğıc yeri dəyişdirilərək Qum şəhərindəki Cihad meydanında yerləşən İmam Xomeyni (r) Ali Mədrəsəsinin məscidi müəyyən edilib. Bununla əlaqədar olaraq, şiələrin böyük mərceyi-təqlidinin cənazəsinin dəfn mərasimi və onunla bağlı matəm məclislərinin proqramı aşağıdakı kimidir: Cənazə mərasimi: Çərşənbə günü, 23 sentyabr 2026-cı il, saat 09:00-da Cihad meydanında yerləşən İmam Xomeyni (r) Mədrəsəsinin məscidindən başlayaraq həzrət Məsumənin (s.ə) müqəddəs hərəminə doğru keçiriləcək. İlk gecənin matəm məclisi: Həmin gün axşam məğrib və işa namazlarından sonra həzrət Məsumənin (s.ə) müqəddəs hərəmi. Qadınlar üçün matəm məclisi: Eyni vaxtda Əmirəl-möminin İmam Əli (ə) məscidində (Fatimi küçəsi) keçiriləcək. 

Ayətullah üzma Şübeyri Zəncaninin dəfn mərasiminin proqramında dəyişiklik olub

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha