Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən İtaliyada xalq Qəzzada İsrailin cinayətkar hərəkətlərinə qarşı böyük bir etiraz yürüyüşü təşkil ediblər. Bu da geniş diqqətin cəlb olunmasına səbəb olub. Ölkənin dörd bir yanından müxtəlif insan qrupları, o cümlədən uşaqlı ailələr də bu yürüyüşdə iştirak ediblər. Bu da aksiyanın sülhpərvər xarakter daşıdığını göstəribdir.
Etirazçılar əlində yazılı bayraqlar tutaraq belə şüarlar səsləndiriblər: «Qətliamı dayandırın. Qətliamda əlbir olmağa son qoyun!»
Yürüyüşün təşkilini üzərinə götürən şəxslərin verdiyi məlumata görə bu etiraz aksiyasında təxminən 300,000 nəfər iştirak edib. Aksiya İtaliyanın liberalizm müxalifət partiyası tərəfindən təşkil olunub. Etirazçılar hökumətdən Qəzza məsələsində aydın və qəti mövqe sərgiləməyi tələb ediblər.
İla Şlin İtaliyanın Liberalizm Demokrat Partiyasının lideri, jurnalistlərlə müsahibəsində belə deyib: Bu böyük bir ümummilli hərəkətdir. Qəzzada Netanyahunun cinayətlərini izləməyə artıq səbrimiz qalmayıb.
O, İtaliyanın hazırkı Baş naziri Ciorcia Meloni tədbirlərinin səmərəsizliyinə işarə edərək əlavə edib: Əgər İtaliyada hazırda iqtidarda olan hökumət heç bir addım atmaq istəmirsə, deməli, başqa bir İtaliya da var o da İtaliya xalqıdır. Biz səssiz qalmayacağıq!
Meloni son vaxtlar İsrailin cinayətkarlığına qarşı tədbir görməməsi səbəbilə müxalifət tərəfindən təzyiqə məruz qalır lakin onun bir çox tənqidçiləri onu İsrailə qarşı heç bir ciddi addım ata bilməyəcək qədər qorxaq hesab edirlər.
Əlbəttə Meloni keçmişdə bir çıxışında İsraildən dərhal Qəzzadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib və əlavə edib ki, İsrailin hücumları təəssüf doğuracaq dərəcədə artıb və Qəzzada qalan mülki əhalinin qorunması üçün ən qısa zamanda dayandırılmalıdır.
Mənbə: Əl-Cəzirə
Rəyiniz