çərşənbə axşamı 1 iyul 2025 - 16:44
Mərceyi-təqlid alimlərinin Ali Rəhbərə  dəstək üçün verdiyi tarixi bir fətvası şiə fiqhinin gücünün göstəricisidir / Netanyahu və Tramp Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxsin hökmündədir

Höccətül-İslam vəl-müslimin Əsədpur Hövzə Xəbər Agentliyinə verdiyi müsahibəsində deyib: Hörmətli mərceyi-təqlid alimlərinin verdiyi fətvası o cümlədən İslam İnqilabının Ali Rəhbərini və müctəhidləri təhdid edən şəxsləri "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxsin" fətvasını tarixi bir fətva kimi qeyd edərək bu hökmü İslamın qorunması sahəsində şiə fiqhinin gücünün göstəricisi kimi dəyərləndirib. O, bu fətvanı şiə tarixindəki cihad fətvalarının davamı kimi xarakterizə edib.

Elmi Hövzə müəllimi və İslam elmləri üzrə tədqiqatçısı Höccətül-İslam vəl-müslimin Əmin Əsədpur Hövzə Xəbər Agentliyinə verdiyi müsahibəsində deyib: Hörmətli mərceyi-təqlidlərin verdiyi fətvası o cümlədən İslam İnqilabının Ali Rəhbərini və müctəhidləri təhdid edən fərd və hökumətləri "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxsin" fətvası kimi qeyd edibdir. Bu tip fətvaların tarixi eləcə də onların ictimai-siyasi göstəriciləri barədə danışıb.

O, belə fətvaların şiə fiqhində və yüksək mərcəiyyət ənənəsindəki keçmişinə işarə edərək deyib: Tarix boyu bu cür fətvaların çoxsaylı nümunələri olmuşdur. Xüsusilə Səfəvilər dövründən başlayaraq fiqhin hakimiyyət və siyasi güclə qarşılıqlı münasibətləri güclənmiş və bu dövrdən etibarən cihad fətvaları, düşmən dövlətlərinin "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs" kimi elan olunması eləcə də İslam dövlətinin daxili nizami ilə bağlı hökmlər o cümlədən vergilərin alınması və ödənilməsinin vacibliyinə dair risalələr meydana çıxmışdır.

Elmi Hövzənin müəllimi daha sonra əlavə edib: Bu tip fətvalar daşıdığı geniş sosial və siyasi göstəricilərlə fiqhimizi gündəlik problemlər və çağırışlarla üzləşən canlı və güclü bir fiqhə çevirir. Şiə fiqhi daim müdrik və uzaqgörən müctəhidlərə ehtiyac duyur ki, İslamın hökmlərini dəyişən sosial və siyasi şərtlərlə uzlaşdıra bilsinlər.

Son günlərdə ali mərceyi-təqlidlər tərəfindən verilmiş tarixi fətva şiə fiqhindəki sosial və siyasi fətvalar sisteminin davamı kimi formalaşmış və hazırkı dövrdə mübarizə və cihad müstəvisində mühüm strateji imkan yaratmışdır. Bu fətvada Ali Rəhbərin təhdid olunması İslam ümmətinin varlığına yönəlmiş bir təhlükə kimi qiymətləndirilmiş və belə bir təhdid bağışlanmaz cinayət sayılmışdır.

O, çıxışının davamında vurğulayıb ki: Səfəvilər dövründən bəri bu qəbildən olan hökmlərin siyasi sferada daha açıq və təsirli şəkildə təzahür etməsinin şahidi olmuşuq. Qacarlar dövründə də müstəmləkəçi dövlətlərə qarşı yönəlmiş cihad fətvaları və onların "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs" kimi elan olunması bir neçə dəfə baş vermişdir. Lakin mötəbər müctəhidlər tərəfindən verilmiş son fətvanın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu fətva tamamilə İslam prinsiplərinə əsaslanan qanuni və legitim bir İslam dövləti çərçivəsində İslam məfkurəsinin qorunmasının yetkin bir nümunəsidir.

Elmi Hövzə müəllimi qeyd edib ki, keçmişdə bəzi hakimiyyətlərin tam legitim olmamasına baxmayaraq fiqh alimləri İslam cəmiyyətinin mənafeyi naminə həmin hakimiyyətlərlə qarşılıqlı əməkdaşlıq etmişlər. Lakin bu gün İslam Respublikasında, Vilayəti-Fəqih rəhbərliyi altında baş verən hadisələr zamanı xüsusilə də Ali Rəhbərə qarşı yönələn təhdidlər kontekstində mərceyi-təqlidlər bütün səylərini səfərbər edərək qəti mövqe sərgiləmişlər. Həmin fətvada belə təhdidlərin müəllifləri o cümlədən Benyamin Netanyahu və Donald Tramp "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs" kimi həmçinin onların başçılıq etdiyi rejim və dövlətlər "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs" kimi təqdim olunmuşdur.

İslam elmləri üzrə tədqiqatçı fiqhi əsaslara istinad edərək bildirib ki, “Əl-Cihad” kitabında “kafiri hərbi” ( İslamın düşməni ) anlayışına geniş yer verilib. Mərcəyi-təqlid alimləri də son təhdidləri bu kateqoriya çərçivəsində qiymətləndirmiş və “kafiri hərbi” ( İslamın düşməni ) hökmünü tətbiq etmişlər. Bu termin heç bir sülhə və müqaviləyə sadiq olmayan və Qurani-Kərimdə İslam ümməti ilə açıq şəkildə döyüş vəziyyətində olan şəxsə aid edilir.

Höccətül-İslam vəl-müslimin Əsədpur vurğulayıb ki, bu fətvada bütün dünya müsəlmanlarına çağırış edilərək onlardan xahiş olunur ki, qeyd olunan şəxsləri “kafiri hərbi” ( İslamın düşməni ) kimi tanıyıb və onlara dair dini hökmləri yerinə yetirsinlər. Onların canı, malı və izzəti toxunulmaz sayılmır və müsəlmanların onların əməl və hücumlarına cavab verməyə haqqı vardır. Bu fətvanın əsas strateji istiqamətlərindən biri Ali Rəhbərə qarşı yönələn istənilən təhdid və hücuma qarşı ciddi və çəkindirici “xərc” formalaşdırmaqdır.

O, həmçinin mərhum İmam Xomeyninin (r) Salman Rüşdinin mürtəd elan olunmasına dair tarixi fətvasına istinad edərək bildirib ki, necə ki, həmin fətva İslama qarşı çıxanları dəstəkləyən qüvvələr üçün ağır nəticələr doğurdu. Eləcə də bu günkü fətva düşmən dövlətlərin istənilən təhdidinin baha başa gələcəyini nümayiş etdirməyi qarşısına məqsəd qoyur.

Elmi Hövzənin müəllimi sonda qeyd edib ki, ali mərceyi-təqlid alimlərinin Ali Rəhbərə və dini mərcəiyyətə dəstək məqsədilə verdikləri bu tarixi fətva əsasında hazırda müqavimət cəbhələri o cümlədən bütün dünya müsəlmanları və hətta Qərb ölkələrindəki dindarlar da Netanyahu, sionist İsrail rejimi, Donald Tramp və ABŞ hökumətinə qarşı mübarizə apararaq "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxsin" hökmünü yerinə yetirməlidirlər. Yəni onlara istənilən yardımın edilməsində iştirak etmək və onları dəstəkləmək haramdır.


 
O əlavə edib ki, bu fətva həm də Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq hüquq və diplomatik müstəvidə istinad mənbəyi ola bilər. Məsələn Netanyahu barəsində terror ittihamı ilə hüquqi prosedurların başlanması və ya İsrail rejiminin müharibə cinayətlərinə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi bu çərçivədə nəzərdən keçirilə bilər. Belə ki, sionist rejimin ölkəmizə qarşı son terror hücumu nəticəsində qadınlar, uşaqlar və dinc əhali daxil olmaqla 600-dən çox şəhidin verilməsi beynəlxalq hüquq baxımından açıq-aşkar müharibə cinayəti kimi qiymətləndirilir.

İslam elmləri üzrə tədqiqatçı yekun olaraq bildirib ki, hətta rəsmi dövlətin silahlı qüvvələrinə iznsiz hücum da cinayət sayıldığı halda, bu tarixi bir fətva şiə fiqhinin siyasi və ictimai fətvalar sisteminin davamı olaraq müasir mübarizə və cihad mərhələsində önəmli strateji imkan yaradır. Bu hökmdə Ali Rəhbərə qarşı yönələn təhdid İslam ümmətinin varlığına qarşı açıq hücum kimi qəbul edilmiş və bağışlanmaz cinayət kimi qiymətləndirilmişdir.

Hörmətli mərceyi-təqlid alimlərinin Ali Rəhbərə və dini mərcəiyyətə dəstək məqsədilə verdikləri tarixi fətvaya əsasən dünya üzrə olan müqavimət hərəkatları, bütün dünya müsəlmanları və hətta Qərb ölkələrindəki dindarlar və təşkilatlar Netanyahu, işğalçı İsrail dövləti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və hökumətinə qarşı mübarizə apararaq "Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxsin" hökmünü yerinə yetirməlidirlər. Yəni onlara istənilən yardımın edilməsində iştirak etmək və onları dəstəkləmək haram sayılır.

O vurğulayıb ki, əgər bu istiqamətdə əməli tədbirlər görülərsə, hegemon güclər anlayacaqlar ki, dünya artıq onlar üçün əmniyyətli bir yer deyil. Dünyanın dörd bir yanında fəaliyyət göstərən müsəlmanlar və müqavimət hərəkatları bu təhdidlərin müəlliflərini “kafiri hərbi” (İslamın düşməni) kimi tanıyacaq və onları əməllərinin qarşılığında cəzalandıracaqlar.

İslam elmləri üzrə tədqiqatçı əlavə edib ki, sionist rejim və cinayətkar ABŞ kimi dövlətlərlə aparılan cihad və mübarizə cəmiyyətimizi daha da diqqətli olmasına səbəb olacaqdır və bununla yanaşı insanlar düşmənlərin cızdığı planlardan qafil qalmayacaqlar. Mövcud mübarizə yalnız hərbi ölçülərlə məhdudlaşmır. Demək olar ki, psixoloji bir müharibədir. Bu mübarizənin idrak, media və ictimai rəy aspektləri sosial və siyasi fəallar tərəfindən diqqətlə dəyərləndirilməli və işıqlandırılmalıdır. Cəmiyyətdə elmi, iqtisadi, informasiya və media mübarizəsi hiss olunmalı və hər bir fərd özünü bu mübarizə meydanının iştirakçısı bilməlidir.

Sonda o bildirib ki, ümid edirik, Ali Rəhbərin müdrik rəhbərliyi və uzaqgörən strategiyası ilə sionist rejimin sonunun şahidi olacağıq. "Biz Qüdsdə namaz qılacağıq" cümləsi gerçəkləşəcəkdir. Həmçinin bölgə imperialist təsirlərdən tamamilə təmizlənəcək və bu yeni İslam sivilizasiyasının bərpasına zəmin yaradacaqdır. Bu isə İmam Zamanın (ə.f) zühur və fərəcinin yaxınlaşmasına zəmin olacaqdır.


Böyük mərceyi-təqlid alimlərinin tarixi fətvaları:

1. Ayətullah üzma Məkarim Şirazinin fətvası  

2. Ayətullah üzma Nuri Həmədaninin tarixi fətvası  

3. Ayətullah üzma Sistaninin tarixi bəyanatı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha