şənbə 5 iyul 2025 - 19:25
Kərbəladan başlayan müqavimət bu gün İsrailə qarşı davam edir 

Hövzə / Zülmlə iman qarşıdurmasında meyar Kərbəladır. Əgər İmam Hüseyn (ə) Aşura günü “Zillət və Şəhadət” arasında seçim edərək şərəfli ölümü seçdisə, bu gün də sionist təcavüzü qarşısında bizim tək yolumuz var oda izzətlə müqavimət göstərməkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, torpağımızın sionist rejimin açıq təcavüzünə məruz qaldığı və günahsız insanlarımızın vəhşi düşmən hücumlarının hədəfinə çevrildiyi bu günlərdə, İmam Hüseynin (ə) Aşura günü münasibətilə buyurduğu nurlu kəlamların yenidən oxunması bizi müqavimət hikmətinin dərinliklərinə və İslamın izzətə əsaslanan fəlsəfəsinə yönəldir.

Tarix boyu yaşayan böyük şəxsiyyət İmam Hüseyn (ə) Aşura günü belə buyurdu:

《موتٌ فی عِزٍّ خیرٌ من حیاةٍ فی ذُلٍّ》

"İzzətlə ölmək, zillətlə yaşamaqdan daha yaxşıdır."

"Məvsuətu kəlimətul İmam Husəyn (ə) hədis 289"
(İmam Hüseyn (ə) hədislərinin cəm olunduğu kitab)

Bu sözlər sadəcə emosional şüar deyil, tarixdəki bütün azad insanların tam manifestidir. Bir məzhəb ki, zilləti rədd edir və hər bir hökmranlıq iddiasına qarşı şərəflə şəhadət cavabını axtarır. Bu gün həmin məzhəbin övladları Aşura nəsillərindən olan komandirlər və döyüşçülər  İmam Hüseynin (ə) yolunu davam etdirirlər. Onlar İsrailin oduna diz çökmək əvəzinə möhkəmliklə cavab verdilər və düşməni geri çəkilməyə məcbur etdilər.Tək tərəfli atəşkəs qüdrətdən qaynaqlanan bir məcburiyyətdir.
Nə gözəl buyurub o haqqı deyən İmam (ə):

«هَیْهاتَ مِنَّا الذِّلَّة»

"Zillət bizdən uzaqdır"

(Həmin mənbə, hədis 412)

Bu gün döyüş meydanlarında İsrailin qarşısında sinəsini sipər edən igidlər,qeyrətli Hüseyn (ə) övladlarıdır. «Zillət bizdən uzaqdır» şüarının varisləridirlər. Onlar da Hüseyn (ə) kimi qılınc ya beyət seçimi qarşısında qılıncı yəni izzətli müqaviməti seçdilər. Çünki batilə beyət zillətin özü, zülm qarşısında susmaq isə zülmə şərik olmaq deməkdir.

Hüseynçi baxışına görə, zalım bir hakimiyyət yalnız qeyri-qanuni deyil, eyni zamanda ümmətin fəsad səbəbidir. İmam Hüseyn (ə) Yezidə beyət etməməsinin səbəbini belə buyurmuşdur:

عَلَی الاِْسْلامِ السَّلامُ إِذْ قَدْ بُلِیَتِ الاُْمَّةُ بِراعٍ مِثْلَ یَزِید؛ 

Yezid kimi bir hökmdarın hakimiyyətə gəlməsi və İslamın belə bir rəhbərə tapşırılması İslamın aradan getməsi deməkdir.

Bu gün də İsrail zamanımızın Yezididir. Uşaq qətil edən, qəsbkar və həm insani həm dini baxımdan heç bir qanuna sığmayan rejimdir. Belə bir rejim qarşısında Hüseynçi məntiqindən uzaq düşən şəxs, gec-tez ya zillətli bir susqunluğa, ya da rüsvayçılığa sürüklənəcəkdir.

Lakin millətimiz və qəhrəman komandirlərimiz fərqli bir yol seçiblər. İnqilabçı ağıldan qaynaqlanan, Aşura maarifində kök salmış və imanla qeyrətdən doğan bir yol. Bu gün İranın göstərdiyi müqavimət, İmam Hüseyn (ə) məktəbinin canlı sədasıdır. Elə bir məktəb ki, təhlükəsizliyi uğrunda izzətindən keçməz əksinə əminliyi məhz izzət ilə ələ gətirər.

Nəticədə, zülmlə iman qarşıdurmasında meyar yenə Kərbəladır. Əgər İmam Hüseyn (ə) Aşura günü "zillət və şəhadət" arasında seçim edib və izzətli ölümü üstün tutdusa, bu gün də bizim sionist təcavüzü qarşısında yalnız bir yolumuz var oda izzətli müqavimətdir.

Əgər «Zillət bizdən uzaqdır» məfhumu bir xalqın ruhunda diri qalsa heç bir saxta güc hətta hegemon güclər belə o xalqın fəryadını susdura bilməz.

Məhəmməd Hairi Şirazi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha