bazar 13 iyul 2025 - 13:30
Livan “Hizbullah” hərəkatı Suriyanın Həms şəhərində şeyx Rəsul Şəhhudun terror edilməsi hadisəsini pislədi

Hövzə/ Livan “Hizbullah” hərəkatı yaydığı bəyanatda Suriyanın Həms şəhərində tanınmış din xadim Şeyx Rəsul Şəhhuda qarşı törədilən dəhşətli cinayəti qəti şəkildə pislədi.

Hövzə Xəbər Agentliyinin Tərcümə qurupunun verdiyi məlumata görə,  Livan “Hizbullah” hərəkatı yaydığı bəyanatda Suriyanın birliyini və ərazi bütövlüyünü pozmağa, məzhəbi və firqəlik fitnələri alovlandırmağa çalışan cinayətkar və xain əllər tərəfindən törədilmiş bu dəhşətli cinayəti şiddətlə qınayıb.

Hizbullah bəyanatında qeyd edib: Bu ağır cinayət, həyatını dinə və cəmiyyətə xidmətə həsr etmiş, Quran məktəblərinin dəstəkləyicisi, gənclərə təhsil və iman yolunda dayaq olan, haqqın dürüst təbliğatçısı və məzlumların müdafiəçisi olan bir dini alimi hədəf almışdır. Belə bir cinayət müxtəlif elmi mərkəzlər, universitetlər və mənəvi institutlar tərəfindən geniş şəkildə qınanmalı və pislənməlidir.

Bəyanatın sonunda Hizbullah vurğulayıb: Biz bu cinayəti törədənlərin, eləcə də onunla əlaqəli və ya şərik olduğu sübuta yetirilmiş hər bir şəxsin təqib olunaraq cəzalandırılmasının zəruriliyini bir daha bəyan edirik. Biz tam əminik ki, Suriya xalqı cəmiyyətlərin birliyini təhdid edən, sabitliyi sarsıdan, orta mövqeləri və maarifçi düşüncələri hədəf alan bu ifrat ideologiyanı qətiyyətlə rədd edəcəkdir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha