çərşənbə 30 iyul 2025 - 17:36
Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Hövzə / Qəzza zolağında baş verən son hadisələr dünyanın, məzlum Fələstin xalqına verdiyi dəstək və sionist rejimin insanlığa qarşı törətdiyi cinayətlərinin pislənməsi fonunda Nigeriyanın paytaxtı Abuca şəhərində Nigeriya müsəlmanlarının İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin iştirakı ilə Fələstin şəhidlərinin və müqavimət hərəkatının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun məlumatına görə, sionist rejimin son cinayətlərinə etiraz əlaməti olaraq və məzlum Fələstin xalqı, eləcə də Qəzza zolağı ilə həmrəylik məqsədilə, Nigeriyanın paytaxtı Abuca şəhərində Qüds və Müqavimət şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə Nigeriya İslam Hərəkatının tanınmış lideri Şeyx İbrahim Zəkzaki ilə yanaşı, müxtəlif məzhəb və xalqların nümayəndələrindən olan çoxsaylı alimlər, jurnalistlər və vətəndaşlar iştirak etmişlər. Bu mərasim Şeyx İbrahim Zəkzakinin yaşadığı məkanda təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Şeyx Zəkzaki işğalçı Qüds rejiminin vəhşicəsinə törətdiyi əməllərə qarşı dərin nifrətini ifadə edərək, bu rejimin uşaqlara və mülki şəxslərə qarşı həyata keçirdiyi cinayətləri qəti şəkildə pisləmişdir. O, Qəzza xalqının məzlumiyyətini və Fələstin mücahidlərinin şücaətlə göstərdiyi müqaviməti vurğulamışdır.

Şeyx Zəkzaki eyni zamanda Qüdsün və Fələstin xalqının İslam dünyası üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, onları bütün müsəlman cəmiyyətləri üçün müqavimət və iman rəmzi adlandırmışdır.

Nigeriya İslam Hərəkatının lideri çıxışının davamında bəzi müsəlman rəhbərlərin baş verən hadisələr qarşısında səssiz qalmasını tənqid etmiş və belə demişdir:
Beytül-Müqəddəs bütün müsəlmanların qəlbini birləşdirən müqəddəs torpaqdır. Kim Allah və axirət gününə iman gətiribsə, Qüdsün vəziyyətindən narahat olmalıdır.

Çıxışının sonunda Şeyx Zəkzaki müsəlmanları müqəddəs Qüds və digər işğal altında olan müqəddəs məkanların müdafiəsində ayıq-sayıq olmağa və qətiyyətlə dayanmağa çağırmış və bu istiqamətdə birliyin zəruriliyini vurğulamışdır.

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Qüds İslam ümməti üçün iman və mübarizə simvoludur + şəkillər

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha