Camiətüz-Zəhra (s.ə) Dini Elmlər Hövzəsinin Təbliğat və Mədəni İşlər Üzrə Departamentinin sədri açıqlama verdi:
Qadınların məscid yönümlü ictimai fəaliyyətinin genişləndirilməsi / Qum məscidlərində mədəni, ictimai və təlim-tərbiyə komitələrinin fəallaşdırılması
Hövzə / "Məsumə Şərifi bildirib ki, Qum əyalətində məscidlərə baxış keçirmə layihəsinin icrasına başlanılıb və məscid yönümlü fəaliyyətlərin çərçivəsində mədəni, ictimai və təlim-tərbiyə komitələrinin yaradılması nəzərdə tutulub. Bu tədbir, din təbliğatçılarının ictimai rolunun artırılması və məscidmehvər ictimai təşkilatların inkişafı istiqamətində həyata keçirilir."
Məsumə Şərifi Hövzə Xəbər Agentliyi ilə söhbətində Camiətüz-Zəhra (s.ə) Dini Elmlər Hövzəsinin Təbliğat və Mədəni İşlər Üzrə Departamentinin Qum əyalətinin məscidlərinə ziyarətlər təşkil etdiyini və bununla mədəni və ictimai fəaliyyətlərin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirdi.
O qeyd edib ki, bu ziyarətlərin məqsədi məscidlərdə mövcud olan imkanların dəyərləndirilməsi, qarşıdakı problemlərin araşdırılması və dini-ictimai fəaliyyətlərdə xalqın iştirakının genişləndirilməsi üçün praktik həll yollarının təqdim edilməsidir. Bu çərçivədə məscidlərdə mədəni, ictimai və təlim-tərbiyə komitələrinin təşkil olunması gündəmdədir.
Şərifi bu tədbirlərdən birinə işarə edərək bildirib: "Bəzi məscidlərdə Ailə komitələri yaradılıb ki, bu komitələr yeni qurulmuş ailələrə evlilik həyatına aid məsləhətlər vermək, müştərək həyatda lazım olan zəruri bacarıqları öyrətmək və subaylara münasib həyat yoldaşı seçməkdə köməklik etmək məqsədi daşıyır." O, əlavə edib ki, uşaq bağçaları üçün tərbiyəçi kursları, mədəni seminarlar və ictimai aktivliyi artıran proqramlar, həmçinin ailədaxili ünsiyyət və yaşlı-gənc nəslin qarşılıqlı münasibətlərinın yaxşılaşdırılması mövzusunda təlim kursları davamlı şəkildə təşkil edilir.
Söhbətinin sonunda o, belə vurğulayıb ki, məscidmehvər fəaliyyətlər cəmiyyətin mədəni və əxlaqi səviyyəsinin yüksəldilməsində mühüm rol oynamaqla yanaşı, ictimai təşkilatların formalaşmasına və sosial əlaqələrin güclənməsinə töhfə verir və məscidləri cəmiyyətin dinamik və stabil mərkəzlərinə çevirir."
Xəbərin sonu
Rəyiniz