cümə axşamı 7 avqust 2025 - 23:05
İslam ümmətinin birliyi strateji və zəruri bir məsələdir / Sionist rejimin İrandan sonrakı hədəfi digər İslam ölkələri olmuşdur

Hövzə/ Elmi Hövzələrin Beynəlxalq əlaqələr üzrə müavini İslam ümmətinin birliyinin zəruriliyini vurğulayaraq bildirdi: Əgər İran son təcavüzkar müharibədə qalib gəlməsəydi və bu proses düzgün idarə edilməsəydi, İsrailin növbəti hücum hədəfi İraq və digər İslam ölkələri olacaqdı.

İraqdan Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İraqda fəaliyyət göstərən beynəlxalq təbliğatçılara istiqamətlənmiş silsilə səfərlər çərçivəsində Elmi Hövzələrin Beynəlxalq Əlaqələr üzrə müavini Höccətül-İslam vəl-müslimin Seyid Mofid Hüseyni Kuhsari, İslam İnqilabının Ali Rəhbərinin Xamenei müqəddəs Nəcəf şəhərindəki nümayəndəsinin təmsilçisi Höccətül-İslam vəl-müslimin Al Əyyub, Həşdi-Şəbinin İdeoloji maarifləndirmə nümayəndəliklərinin rəhbəri Höccətül-İslam vəl-müslimin Fəcri, və Beynəlxalq Təbliğ İdarəsinin müdiri Höccətül-İslam vəl-müslimin Musəvizadə ilə birlikdə Səməvə bölgəsindəki təbliğatçılarla görüş keçirmişlər.

Məlumatda bildirilir ki, bu səmimi görüş müsbət və isti bir mühitdə baş tutmuş, mövcud narahatlıqların dinlənilməsi, təcrübə mübadiləsi və təbliğatçılarla açıq dialoq üçün dəyərli fürsət yaratmışdır.

Ziyarət heyəti görüş çərçivəsində vilayət səviyyəsində fəaliyyət göstərən beynəlxalq təbliğatçıların vəzifəli şəxsləri ilə də səmimi müzakirələr aparmış, daha sonra müxtəlif təbliğat məntəqələrini yerində ziyarət edərək onların fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Elmi Hövzələrin Beynəlxalq Əlaqələr üzrə müavini bu görüşdə İslam ümmətinin birliyinin strateji və zəruri mahiyyət daşıdığını vurğulayaraq belə qeyd etmişdir:

Əgər İran son təcavüzkar müharibədə qalib gəlməsəydi və müvafiq idarəçilik həyata keçirilməsəydi, Sionist rejimin növbəti hücum hədəfi İraq və digər İslam ölkələri olacaqdı.

O, əlavə edərək bildirib: İslam ümmətinin birliyinin qorunması və möhkəmləndirilməsi həyati və strateji bir məsələdir.

Höccətül-İslam vəl-müslimin Kuhsari beynəlxalq təbliğatçıların səylərini və fədakarlıqlarını yüksək qiymətləndirmiş, onların dini biliklərin və maarifin yayılmasındakı mühüm rolunu xüsusi təşəkkürlə qeyd etmişdir.

Ziyarət heyətinin növbəti dayanacağı isə Dəvaniyyə bölgəsi və daha sonra Kut şəhəri olacaq. Onlar burada da yerli təbliğatçılarla görüşərək bölgədəki təbliğat fəaliyyəti ilə yaxından tanış olacaqlar.

İslam ümmətinin birliyi strateji və zəruri bir məsələdir / Sionist rejimin İrandan sonrakı hədəfi digər İslam ölkələri olmuşdur

Elmi Hövzələrin Beynəlxalq Əlaqələr üzrə müavininin Səməvə bölgəsində fəaliyyət göstərən təbliğatçılarla görüşü.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha