cümə axşamı 7 avqust 2025 - 17:30
Müsəlman başçılarının Qəzza xalqının aclığı qarşısındakı sükutu başadüşülən deyil

Hövzə / Hövzə tədqiqatçısı, İslam ölkələrinin cəmiyyətləri və vətəndaş fəallarının hazırkı səssizliyini, İslamın ən amansız düşmənlərinə qarşı müsəlmanların göstərdiyi ən acınacaqlı reaksiyalardan biri kimi qiymətləndirdi.

Höccətül-İslam vəl-müslimin Höccətullah Sərvəri Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə sionist rejimin Qəzzada törətdiyi cinayətlərə toxunaraq bildirib:
"Qəzzadakı soyqırım və hərbi cinayətlər, bütün bəşəriyyətə qarşı törədilən bir cinayətdir."

O əlavə edib: Qəzzada misli görünməmiş aclıq böhranı, ABŞ-ın və saxta sionist rejimin iştirakı ilə və bu rejimlərin Qəzzada insan haqlarını davamlı şəkildə pozmaları, bəşəriyyətin ən dəhşətli humanitar faciələrindən biri kimi dəyərləndirilə bilər.

O, həmçinin vurğulayıb ki, İsrail rejiminin insan haqlarını kobud şəkildə pozması, bu saxta rejimin qurulmasından bəri davam edən bir tarixə malikdir.
UNICEF-in statistikalarına əsasən, Qəzzada 470 mindən çox insan şiddətli aclıqla üz-üzədir və hər üç nəfərdən biri günlərlə qidasız qalır. Onlar qida təhlükəsizliyinin beş mərhələli sistemində sonuncu və ən təhlükəli mərhələyə çatmış vəziyyətdədirlər.
Bununla yanaşı, BMT-nin Qida Proqramı öz hesabatında bildirib ki, Qəzzada 71 uşaq kəskin qidalanma çatışmazlığı səbəbilə təcili müalicəyə ehtiyac duyur. Bu rəqəmə əlavə olaraq, 17 min Qəzza sakini qadın da eyni problemdən əziyyət çəkir.

O bildirib: Müdafiəsiz və günahsız insanlar, artıq iki ilə yaxındır ki, bombalanır, öldürülür, yaralanır, evləri dağıdılıb, çox sayda uşaq yetim qalıb, analar övladlarını itirib, ailələr tamamilə məhv edilib və heç kəsi sağ qalmayıb. Xəstəlik, yuxusuzluq, aclıq və susuzluğun ard-arda yaşanması, onların həyatının acı reallığına çevrilib. Onlar bu dözümsüz dərd və iztirablarını fəryad edərək dilə gətiriblər, kömək istəyiblər, amma heç bir cavab ala bilməyiblər və hələ də mühasirədə qalıblar. Bütün bu fəlakətlərə rəğmən, yalnız uca Allaha təvəkkül edərək möhkəm və qətiyyətli şəkildə ayaqda durublar.

Hövzə yazıçısı əlavə edib: Bütün media senzuralarına baxmayaraq, bu gün dünya xalqları öz gözləri ilə görürlər ki, saxta və cinayətkar sionist rejim, necə bir daşürəkli və qəddarcasına Qəzzanın məzlum və köməksiz xalqını uzunmüddətli susuzluq və aclıqla mühasirəyə alıb. Buna baxmayaraq, İslam ölkələri isə sanki yoxmuş kimi susqunluğa qərq olublar.

O əlavə edib: Hamı şahiddir ki, bu ağır və ölümcül günlərdə, Qəzzanın dərdli və faciə içində olan insanları həm hərbi hücumlarla qətliam edilir, həm də şiddətli aclıq və susuzluq səbəbilə şəhid olurlar.

Höccətül-İslam vəl-müslimin Sərvəri bildirib: Hazırda 71 mindən çox insan aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir və kəskin qidalanma çatışmazlığı səbəbilə təcili dərman və qida yardımlarına ehtiyac duyurlar.
O vurğulayıb ki, sionist rejimin cinayətlərindən biri də artıq adət halını almış şəkildə Qəzzadakı ərzaq paylama mərkəzlərinə hücum etməkdir.

O, dünya üzrə İslam dövlətləri və müsəlman fəallara xitabən belə deyib:
“Əgər bu gün Həzrət Peyğəmbər (s) İslam aləmindən və iki milyard müsəlmandan soruşsa ki: ‘İsrailin Qəzzadakı cinayətlərinə qarşı, müharibədən zərər görmüş Qəzza xalqının o cümlədən qadınlarının və uşaqlarının müdafiəsi üçün siz nə etmisiniz? Bu suala nə cavab verəcəksiniz?
O əlavə edib: Əgər bu gün Həzrət İsa (ə) dünyada yaşayan üç milyarddan çox məsihidən soruşsaydı: Övladını itirmiş anaların fəryadına, ailəsini qorumağa çalışan, lakin əlləri bağlı ataların naləsinə cavab olaraq siz nə etdiniz, necə yardım göstərdiniz.? Xristian aləmi bu suala hansı cavabı verərdi?

Hövzə tədqiqatçısı daha sonra belə vurğulayıb:
Bu sualı din və İslamdan kənar yaşayan vicdanlı və ədalətsevər insanlardan soruşmaq lazımdır ki, siz niyə sionistlərin saysız-hesabsız, vəhşi, insanlıqdan uzaq və uşaqları hədəf alan cinayətlərinə qarşı bu əliyalın və mühasirədə olan xalqa qarşı törədilən zülmlərə heç bir reaksiya vermirsiniz? Niyə susursunuz?

Höccətül-İslam vəl-müslimin Höccətullah Sərvəri xatırladıb:
Bu gün hamı şahiddir ki, azacıq qida ümidi ilə növbəyə duran uşaqlar, sionist rejimin vəhşi və daşürəkli əsgərləri tərəfindən qəddarlıqla qətlə yetirilirlər.
O əlavə edib:
"Bu gün hər kəs o uşaqları da görür ki, analarının qucağında aclıq və susuzluqdan can verirlər. İsrail rejiminin sonsuz cinayətləri nəticəsində Qəzza xalqı tədrici ölümə düçar olub.

O daha sonra Qurani-Kərimə istinad edərək bildirib:
"Allah Təala Quranda Bəni-İsrailin qəlb sərtliyi haqqında buyurur:
 «ثُمَّ قَسَتْ قُلُوبُکُمْ مِنْ بَعْدِ ذَٰلِکَ فَهِیَ کَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ...»
Bundan sonra qəlbləriniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu....

Bu vəhşi cinayətlər yalnız sionistlərin daş və qansız qəlblərindən baş verə bilər.

Hövzə yazıçısı bildirib:
“Qurani-Kərim ümumi baxışla bu qövmü (Yəhudiləri) iman gətirənlərə qarşı ən azğın düşmən kimi tanıtdırır və buyurur:
 «لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَداوَةً لِلَّذینَ آمَنُوا الْیَهُودَ وَ الَّذینَ أَشْرَکُوا»
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən.

O əlavə edib:
"Allah Təala Maidə surəsinin 64-cü ayəsində Bəni-İsrail yəhudilərini azğın, təkəbbürlü, fəsad törədən, müharibə və fitnə axtaran, od alovlandıran, qatillik və cinayətkarlıq edən, əhdə vəfa etməyən, kafir, üsyankar və alçaq bir tayfa kimi təqdim edir. Onların işi isə peyğəmbərləri öldürmək və İlahi əmrə qarşı çıxmaq olub.

Daha sonra belə deyib:
Şübhəsiz ki, gələcəkdə sionistlərin zülm və cinayətləri qarşısında dayanmayıb, heç bir şəkildə müqavimət göstərməyən İslam ölkələri, gələcək nəsillərin gözündə tarix boyunca daim utanc və xəcalətlə xatırlanacaqlar.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha