çərşənbə 13 avqust 2025 - 09:32
Netanyahunun əli İran xalqı qarşısında ifşa olunub; əgər bacarırsa, İsrail rejiminin süqutunun qarşısını alsın.

Bəlağ Mubin Hibrid Müharibə Qərargahının rəhbəri, Hövzə Xəbər Agentliyinə müsahibəsində sionist rejimin qaniçən baş naziri tərəfindən İran xalqına guya yardım göstərilməsi barədə son sərsəm bəyanatlara cavab verib.

Höccətül-İslam vəl-müslimin Hüseyn Rəfi, Hövzə Xəbər Agentliyinə müsahibəsində sionist rejimin qaniçən baş naziri tərəfindən İran xalqına guya yardım göstərilməsi barədə irəli sürülən son sərsəm iddialara cavab verib.

Bəlağ Mubin Hibrid Müharibə Qərargahının rəhbəri bildirib ki, Netanyahunun İran xalqına ünvanladığı son mesajında, öz xəyanət və cinayətləri ilə guya İran xalqını aldada biləcəyini zənn etməsi, onun sadə həqiqətləri dərk etməkdən belə aciz olduğunu göstərir. İran xalqına su verəcəyi barədə iddia isə elə bir vaxtda irəli sürülür ki, həmin cinayətkar rejim Qəzza xalqına içməli su təmin edə bilmir və bunun əvəzində soyqırım törədir.

Xubriqan məclisinin üzvü əlavə edib ki, bu rejimin keçmiş baş naziri lənətlənmiş Naftali Bennett də vaxtilə eyni cür cəfəng iddialar səsləndirmişdi. Əgər həqiqətən yardım etmək imkanları olsaydı, əvvəlcə özlərinin vəhşicəsinə mühasirəyə aldıqları Qəzza xalqına su çatdırardılar. Lakin görünür ki, bunun əvəzinə günahsız uşaqları, qadınları və kişiləri amansızcasına qətlə yetirməklə məşğuldurlar.

İlahiyyat məktəblərinin Təbliğat və Mədəni İşlər üzrə müavini vurğulayıb ki, bu gülünc iddialar sionistlərin fitnə yaratmaq məqsədi daşıyan yeni ssenarisinin bir hissəsidir. Onlar İran xalqı arasında ixtilaf salmaq üçün çırpınırlar. Lakin xalqımız tamamilə ayıq-sayıq, uzaqgörən və agahdır; necə ki, on iki günlük müharibədə sübut etdilər, hər cür fitnəyə qarşı qətiyyətlə dayanacaqlar.

Hüseyn Rəfii bəyan edib ki, İran xalqı müxtəlif meydanlarda, o cümlədən müqəddəs dəyərlərin müdafiəsi uğrunda on iki günlük müharibədəki fəal iştirakı ilə göstərib ki, bu cür puç iddialara aldanmaq bir yana, əksinə, hər cür fitnə qarşısında sıx birləşərək dayanmağı bacarır.

O, daha sonra İran və sionist rejimin tarixi mövqeyini müqayisə edərək vurğulayıb: İran xalqı minilliklərə söykənən bir sivilizasiyanın sahibidir, halbuki bu işğalçı və uşaqqatili rejim cəmi yetmiş il əvvəl Fələstin torpaqlarının zəbt edilməsi ilə meydana çıxıb. İranla bu cinayətkar rejim arasındakı fərq, yer ilə göy arasındakı fərq kimidir.

 Xubriqan məclisinin üzvü sionist rejimin daxili böhranlarına toxunaraq əlavə edib: Bu gün hətta sionistlərin və yəhudilərin özləri də Netanyahudan üz döndəriblər. Ona qarşı baş qaldıran kütləvi etirazlar göstərir ki, bu cinayətkarların və onların müttəfiqlərinin o cümlədən Trampın əli hər kəs üçün artıq ifşa olunub.

Bəlağ Mubin Hibrid Müharibə Qərargahının rəhbəri, milli birliyə toxunaraq vurğulayıb: İran xalqı yekdil və möhkəm bir bədən kimidir. Xalqımızın sözü, Rəhbərin sözüdür. İran xalqı Rəhbərin, silahlı qüvvələrin, ordu, Sepah, Bəsic və polis qüvvələrinin arxasında dayanıb və heç vaxt meydanı tərk etməyəcək.

Höccətül-İslam vəl-müslimin Rəfi, sionist rejimin gələcəyi ilə bağlı xəbərdarlıq edərək deyib: Sionistlərin bu puç arzularını özləri ilə qəbrə aparacaqlar. Yaxın gələcəkdə şahid olacağıq ki, bu işğalçı rejim rüsvayçı bir məğlubiyyətə uğrayacaq. Necə ki, keçmiş müharibələrdə acizliklərini nümayiş etdirdilər, gələcəkdə də onların qəti məğlubiyyəti labüddür.

O, sionist rejimin törətdiyi cinayətlərə işarə edərək bildirib: Siz ki, on iki günlük müharibədə iranlıları qətlə yetirdiniz! Siz ki, hücumlar təşkil etdiniz! Alimlərimizi şəhid etdiniz, komandirlərimizi qətlə yetirdiniz, günahsız uşaqları öldürdünüz, dinc insanları qan içində qoydunuz, xəstəxanaları bombaladınız, media qurumlarına hücum etdiniz!

Həqiqətin səsini boğmaqmı istəyirsiniz? Dünyanın müxtəlif media qurumlarında çalışan neçə jurnalisti şəhid etdiniz? Nə qədər günahsız uşaq, qadın və kişi öldürdünüz? Bu terrorlara və soyqırımlarınıza nə cavab verirsiniz?

Haradan azadlıqdan danışırsınız? Öz xalqınız hələ azadlıq üzü görməyib! Siz elə bir diktaturasınız ki, öz millətinizi amansızcasına boğursunuz. Xaricdə yaşayan və sizə qarşı mövqe alan yəhudilərə nə cavab verirsiniz? Azadlıqsevər dünya ictimaiyyətinin sizə qarşı səsləndirdiyi ittihamları necə cavablandıracaqsınız?

Bütün dünya xalqları sizi lənətləyib. İndi isə həftədə üç dəfə məhkəmələrə gedib cavab verməli olursunuz! Sənin azadlıqdan danışmağa haqqın yoxdur! İran xalqına sevgi göstərmək iddiasında görünməkdə heç bir haqqınız yoxdur!

Bəlağ Mubin Hibrid Müharibə Qərargahının rəhbəri, Netanyahunun yalan iddialarına cavab olaraq deyib: Elə bu son on iki günlük müharibədə siz neçə günahsız insanı öldürdünüz, neçə nəfəri şəhid etdiniz və evsiz qoydunuz? Sənin ardınca getdiyin bu murdar ingilis siyasəti nədir və bu nadan, düşüncəsiz davranışların hansı mənaya gəlir?

O əlavə edib: Siz ki, İran xalqı ilə dostluq iddiası edirsiniz, doğrudanmı İran xalqının suyu və azadlığı üçün narahatlıq keçirirsiniz? Bu sözlər yalnız sadəlövh insanların hisslərini aldatmaq üçündür, ayıq və bəsirətli İran xalqı üçün deyil.

Xubriqan Məclisinin üzvü vurğulayıb: Siz İran xalqını tanımamısınız bu isə sizin axmaqlığınız, anlamazlığınız və cahilliyinizdir, cənab Netanyahu. İran xalqı şüurlu, bəsirətli və anlayışlı bir xalqdır, öz düşmənini yaxşı tanıyır. Siz hələ dərs almamısınız, ibrət götürməmisiniz.

Höccətül-İslam vəl-müslimin Rəfi sonda Netanyahunu birbaşa ünvanlayaraq deyib:

İnşallah bu dəfə İran xalqından daha sərt bir zərbə alacaqsınız və Allahın izni ilə sizi zaman səhnəsindən siləcəyik. Bu, Allahın vədidir və onun həyata keçməsi qətidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha