bazar 17 avqust 2025 - 06:34
Elmi Hövzələr Ərbəin mərasimində milyonlarla insanın iştirakı ilə bağlı İraq dövləti və xalqının qonaqpərvərliyinə görə təşəkkürünü bildirib 

Elmi Hövzələrin İdarəetmə Mərkəzi, İlahi və sivilizasiya baxımından möhtəşəm olan Ərbəin ərəfəsində milyonlarla insanın iştirakını yüksək qiymətləndirərək və İraq dövləti ilə xalqının qonaqpərvərliyinə görə təşəkkür edərək, dünyanın azad insanlarını “Zillət bizdən uzaqdır” şüarı ilə qəsbkar sionist rejimin və onun havadarlarının cinayətlərinə qarşı dayanmağa çağırdı.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi Hövzələrin İdarəetmə Mərkəzinin Ərbəin mərasimində xalqın iştirakına və İraq dövləti ilə xalqının qonaqpərvərliyinə görə təşəkkür bəyanatının mətni belədir:

بسم الله الرحمن الرحیم
«وَمَنْ یُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَی الْقُلُوبِ»

Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlblərin təqvasındandır.
(Həcc, 32)

Bu il də İmam Hüseynin (ə) möhtəşəm Ərbəin mərasimi əvvəlki illərdə olduğu kimi İslam ümmətinin Allahın nişanələrinə ehtiramının təcəllisinə çevrildi. Çünki Hüseyn ibn Əli (ə) Kərbəlada öz qanı, övladları və səhabələri ilə Allah qarşısında ən uca bəndəliyi nümayiş etdirdi və Allah yanında bəndəliyin böyük nümunəsinə çevrildi. Dünyanın bu misilsiz hadisəsi Aşuranın müxtəlif yönlərini bəşəriyyətə təqdim etdi və İslam ümmətinin həmrəyliyinin, İlahi dəyərlərə bağlılığının rəmzinə çevrildi.

Əlbəttə, bu ilki möhtəşəm izdiham həm də dövrün Yezidilərinə qarşı qəhrəmanlıq və hayqırtı ilə müşayiət olundu. Elə o Yezidilər ki, bu gün Qəzzanın məzlum xalqını bomba və raketlərin mühasirəsində aclıq və susuzluq əzabına düçar edib qətliam törədirlər və bütün insan haqlarını tapdalayıblar. Bu ilki Ərbəin həm də müxtəlif ölkələrdən gələn zəvvarların İran xalqı ilə həmrəyliyinin təzahürü oldu. Həmin xalq ki, tarix yaradan və zamanın şeytanlarına qarşı mübarizənin əfsanəsi adını qazanmışdır.

Elmi Hövzələrin İdarəetmə Mərkəzi, İranın qeyrətli xalqının və dünyanın digər ölkələrindən olan milyonlarla insanın iştirakını yüksək dəyərləndirərək, bu möhtəşəm insanlıq və İlahi yürüşünün gerçəkləşməsinə zəmin yaradan bütün hörmətli xalq və məsul şəxslərə dərin təşəkkürünü bildirir. Həmçinin bu böyük mərasimə layiqli qonaqpərvərlik göstərən əziz İraq dövləti və xalqını təqdir edir.
Eyni zamanda Hövzələrin İdarəetmə Mərkəzi dünyanın bütün azad insanlarını İmam Hüseynin (ə) “Zillət bizdən uzaqdır” şüarını örnək götürərək, işğalçı sionist rejimin və onun havadarlarının genişlənmə siyasətinə, irqçiliyinə və cinayətlərinə qarşı durmağa və öz həqiqət və ədalət hayqırtılarını bütün dünyada ucaldmağa çağırır.

Elmi Hövzələrin İdarəetmə Mərkəzi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha