çərşənbə axşamı 26 avqust 2025 - 22:54
Əxlaq dərsi | Alim olmaq ilk addımdır, amma hədəf bu olmamalıdır

Hövzə / Dərs oxumaq və alim yaxud daha bilikli (ələm) olmaq mərhələsi, insan səylərinin ilk mərhələsidir. Çünki insan hələ bu mərhələdə müxtəlif elmlər və elmi kitablar ilə tanışlıq mərhələsini keçir. Daha yüksək mərhələ isə etdiyi səylərin və cihadının orta mərhələsidir. Yəni nəzəri biliklərdən reallığa doğru həmçinin söz və məfhumlardan isə həqiqət və reallığa doğru hərəkət etməkdir. Bu mərhələdə məqsəd daha çox bilmək deyil, elmin işarə etdiyi xarici reallığa çatmaqdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində “böyük hicrət” mövzusuna toxunmuşdur. Bu mövzunu elmsevərlərin diqqətinə təqdim edirik.

Çoxlarımız hövzələrdə və ya universitetlərdə dərs oxuyuruq və bəzən də oxuduqlarımıza uyğun şəkildə əməl edirik.

Lakin buna tam olaraq yolun açar və işığı demək olmaz. Bu sanki işıqlı bir mühitdə gəzmək və ya işıqlı bir otaqda addımlamağa bənzəyir. Bu bağlı qapıları açan bir vasitə deyil.

Bizim işimiz cahillikdən elmə hicrət etməkdir. Yəni istər hövzədə, istərsə də universitetdə çalışırıq, öyrənirik ki, alim olaq. 
Bu əlbəttə öz özlüyündə gözəl bir işdir.

Sadəcə olaraq bu ilk addımdır.
Cahillikdən elmə doğru səy edib alim olmaq  kiçik hicrət və kiçik bir cihad sayılır.

Amma əsas məsələ, elmdən məluma hicrət etməkdir, elmdən elmə hicrət etmək deyil.

Biz ya cahillikdən elmə doğru hərəkət edirik və alim oluruq ya da bir elmdən başqa elmə keçirik daha bilikli (ələm) oluruq.

Alim, cahillikdən qurtulub bir sıra məsələləri anlayır. 

Daha bilikli olmaq (ələm) isə bu anladıqlarını bir başlanğıc hesab edib, başqaları üçün gizli qalan məlum olmayan şeyləri kəşf etməkdir.

Amma hər ikisi hələ də məfhumlar və nəzəri biliklər aləmində hərəkət edir.
Onlardan heç biri “xarici reallığa” yol tapa bilmir. Sadəcə öyrəndiklərinin müəyyən qismini həyata keçirirlər.

Halbuki orta hicrət və orta cihad mərhələsinə çatan şəxs elmdən məluma doğru yol alır.
Onun məqsədi artıq sadəcə öyrənmək və ya daha bilikli olmaq deyil.

O, məfhumlarla, zehni surətlərlə, kitab elmləri ilə məşğul deyil əksinə 
onun hədəfi bu söz və anlayışların işarə etdiyi gerçəkliyi tapmaqdır.

Buna isə elmdən məluma hicrət, yaxud orta hicrət və orta cihad deyilir.

Mənbə: Əxlaq dərsi

Tarix: 04.06.2009

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha