çərşənbə 27 avqust 2025 - 19:31
Zülmə məruz qalmış Qəzza xalqına dəstək vermək dərhal yerinə yetirilməsi vacib olan dini bir vəzifədir

Hövzə / Hövzənin Ali Şurasının üzvü “Qəzzanın Səsi” Xalq Hərəkatının Şurası ilə görüşündə bəyan etdi: Məzlum Qəzza xalqına dəstək vermək mühüm və dini bir vəzifədir. Çünki müsəlmanların canı və malı təhlükə altındadır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Hövzənin Ali Şurasının üzvü Ayətullah Möhsün Əraki “Qəzzanın Səsi” Xalq Hərəkatının Şurası ilə görüşdə vurğulayıb:
Öz üzərinizə götürdüyünüz bu iş mühüm və dini bir vəzifədir. Çünki müsəlmanların canı və malı təhlükə altındadır.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü kampaniya iştirakçılarına tam etimadını ifadə edərək əlavə edib:
Mən bu toplumun hamısına inanıram. Bizim gücümüz çatan hər bir işdə, gecə-gündüz xidmət etməyə hazırıq.

O, belə bir hərəkatı ən vacib vəzifələrdən hesab edərək bildirib:
Hər bir kəs bu təşəbbüsün dəstəklənməsi üçün imkanlarını səfərbər etməlidir.

Hövzənin Ali Şurasının üzvü yardımların genişləndirilməsinin zəruriliyinə diqqət çəkərək bəyan edib:
Özümüzü məhdudlaşdırmamalıyıq, əksinə İran, İraq və region ölkələrindəki bütün potensial imkanlar bu işə cəlb olunmalıdır.

Ayətullah Əraki qeyd edib:
Bu iş ilahi bir vəzifədir və biz Allah qarşısında cavab verməliyik. Ümid edirəm ki, bütün fədakar insanlar sizə yardım etmək üçün əlindən gələni edəcəklər.

Qeyd edək ki, “Qəzzanın Səsi” Hərəkatı, Qəzzanın mühasirəsini yarmaq və həmin sahillərə yollanacaq yardım gəmilərinin fəaliyyətini gücləndirmək məqsədilə yaradılıb və bu mühüm işdə əməkdaşlıq etmək və yardım göstərmək istəyən bütün qeyrətli iranlıların yolunu gözləyir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha