bazar ertəsi 8 sentyabr 2025 - 22:45
İslam Vəhdəti üzrə 39-cu Beynəlxalq Konfransın başlanması

Hövzə / 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransı 8 sentyabrda  İslam ölkələri zirvə toplantısı sarayında işə başladı

Hövzə Xəbər Agentliyinin Tehrandan verdiyi məlumata əsasən, 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransı bu gün bir neçə saat əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın iştirakı, Qurani-Kərimdən ayələrin oxunuşu və İran İslam Respublikasının himninin səsləndirilməsi ilə Tehrandakı İslam ölkələri zirvə toplantısı sarayında işə başladı.

Konfrans zamanı təxminən 210 yerli və xarici şəxs iştirak edir ki, onların 80-dən çoxu beynəlxalq səviyyədə tanınmış alimlərdir. Onlar arasında nazirlər, böyük fiqh alimləri, prezident müşavirləri, böyük İslami təşkilatların müavinləri və rəhbərləri, eləcə də İslam ölkələrinin keçmiş baş nazirləridə var.

Bundan əlavə konfrans zamanı təqribi mövzulu kitabların təqdimatı, hörmətli mərceyi-təqlidlərin tövsiyələrinin oxunması, xarici və yerli səviyyədə qadınlar üçün iclaslar və yerli alimlərin iştirakı ilə görüşlər keçiriləcək.

Konfrans zamanı təxminən 200 vebinar keçiriləcək ki, bunlar konfransda iştirak edə bilməyən alimlərin əvvəlcədən qeyd etdikləri çıxışları və göndərdikləri mətnlər əsasında təşkil olunur.

39-cu Beynəlxalq İslam Vəhdəti Konfransı 9 sentyabra kimi Tehranda davam edəcək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha