Elmi Hövzənin əxlaq ustadı Höccətül-İslam vəl-müslimin Seyid Əli Möqəddəm Quçani Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbiri ilə müsahibəsi zamanı, Ali Rəhbərin təbliğin əhəmiyyəti barədə tövsiyələrinə istinad edərək bildirdi: Bu gün dünyanın Qurani-Kərim və Əhli-Beytin (ə) maarif və elmlərinin daha dərindən tanınmasına və öyrənməsinə ehtiyacı var. Buna görə də elmi hövzələr təbliğ sahəsində daha fəal olmalıdır.
Əxlaq ustadı qeyd etdi ki, elmi hövzələr təbliğ sahəsində bir sıra mühüm addımlar atıblar. O cümlədən, Qum hövzəsində beynəlxalq miqyasda təbliğçi hazırlığı və təhsili üçün mərkəzlərin yaradılması mühüm təşəbbüslərdəndir. Bununla yanaşı İslam İnqilabının Ali Rəhbərinin tələb və tövsiyələrinə uyğun olaraq, təbliğ fəaliyyətlərinin daha geniş və əhatəli şəkildə inkişaf etdirilməsi zəruridir.
Müasir dünyada dini təbliğin genişləndirilməsinin zəruriliyi
Əxlaq ustadı, İslam İnqilabının Ali Rəhbərinin təbliğin müasir dövrdəki əhəmiyyəti ilə bağlı digər fikirlərinə də toxunaraq vurğuladı: İslam İnqilabının baş verməsi və İranda dini dövlətin qurulması bir tərəfdən, müsəlman xalqları arasında İslami oyanışın baş qaldırması digər tərəfdən, müasir dünyada dini təbliğin genişləndirilməsinin zəruriliyini dəfələrlə artırmışdır.
Höccətül-İslam vəl-müslimin Müqəddəm Quçani İslam cəmiyyətlərində ortaya çıxan saxta və azdırıcı yeni “irfan” cərəyanlarına işarə edərək xatırlatdı: Əgər biz Qurani-Kərimin və Əhli-Beytin (ə) doğru, həqiqi və parlaq maarifini düzgün şəkildə təbliğ etsək, bu cür saxta və azğın firqələrin meydana çıxması üçün şərait yaranmaz.
O əlavə etdi ki, şiə hövzələrinin fəaliyyəti heç vaxt yalnız dərs və mübahisələrlə məhdudlaşmayıb. Böyük mərcəyi-təqlidlər, alimlər və hövzə direktorları hər zaman zəruri olduğu yerdə ictimai, siyasi və hərbi meydanlarda iştirak ediblər. Bunun bariz nümunəsi isə səkkiz illik müharibə dövründə çoxsaylı alimlərin cəbhədə İslam Respublikası və ölkəni müdafiə etməsi olmuşdur.
Əxlaq ustadı bəyan etdi: Bu gün də ruhani və tələbələr harada zərurət olsa, tərəddüd etmədən döyüş libasını geyinib, İslamın və millətin düşmənlərinə qarşı dayanırlar. Bu həqiqət 2019 və 2022-ci illərdə ABŞ–sionist fitnələri ilə mübarizədə, həmçinin 12 günlük müharibədə ölkənin müdafiəsi zamanı bir daha özünü göstərdi.
Dinin düzgün təbliği daxili və beynəlxalq müstəvidə çox mühümdür
Əxlaq ustadı müəllimlərə müraciət edərək bildirib: Bu gün sizin fəaliyyətiniz və nüfuzunuz yalnız dərs vermək və tələbə yetişdirməklə məhdudlaşmır. Şübhəsiz, bu iki məsələ olduqca mühüm və əsaslıdır, lakin daha mühüm məsələ – dinin daxili və beynəlxalq miqyasda düzgün təbliğidir. Tələbələr təhsil dövründə dini və hövzə elmləri ilə yanaşı, xarici dilləri öyrənməli, müasir təbliğ üsulları ilə də tanış olmalıdırlar.
Höccətül-İslam vəl-müslimin Müqəddəm Quçani bildirdi ki, elmi hövzələrin yanaşması tələbələrin əxlaqi, elmi, tədqiqat yönümlü və təbliğçi şəxsiyyətinin formalaşdırılmasına yönəlməlidir. Bu istiqamətlərin hamısı paralel şəkildə davam etdirilməli və ciddi şəkildə nəzərə alınmalıdır. Təbii ki, təzkiyə (mənəvi saflaşma) məsələsi hər şeyin önündə dayanmalıdır, lakin tədris, tədqiqat və təbliğ sahələri də eyni ciddiyyətlə izlənilməlidir.
O, elmin qloballaşması və universitetlərlə yanaşı dini təhsil ocaqlarında bilik istehsalının zəruriliyinə diqqət çəkərək vurğuladı: Dini təhsil ocaqları daim yeni bilik və bacarıq sahələrini müəyyən etməli və onların dəqiq, tam tədrisi üçün tələbələrə proqram hazırlamalıdırlar. İslam İnqilabının Ali Rəhbəri də öz dəyərli və fundamental "öncül və nümunəvi hövzə" müraciətində dini təhsil ocaqlarının günün tələblərinə uyğunlaşdırılmasının, ruhanilərin bilik və bacarıqlarının artırılmasının, elmi suallara və etiqadi şübhələrə cavab verə biləcək səviyyəyə çatdırılmasının vacibliyini vurğulamışdır.
Xəbərin sonu
Rəyiniz