Hövzə Xəbər Agentliyinin Yəzd şəhəri üzrə müxbirinin verdiyi məlumata əsasən, İslam təbliğatı idarəsinin müavini, həmçinin hövzə və universitet müəllimi Höccətül-İslam Müctəba Ərəb dünən Yəzd şəhərində qadın müəllimlər və tələbələrdən ibarət bir qrup ilə keçirilən görüşdə belə bildirib: Məhəmməd peyğəmbərin (s) gətirdiyi həqiqi və doğru olan İslam dini canlı, ədalətpərvər və ictimai bir dindir. İmam Xomeyni (r) tərəfindən təqdim olunan İslam, fərdi ibadətlərlə məhdudlaşmayan, əksinə, beşiydən qəbirə qədər cəmiyyətin idarə olunması üçün bir elm kimi təqdim edilən kamil bir dindir. Bu din xalqın gündəlik həyatı ilə birgədir. O, ücrələrdə və kitablarda məhdud qalmır.
O, ölkədə baş verən mədəni problemlərə, xüsusilə hicab məsələsinə toxunaraq qeyd edib: “Qurani-Kərim baxımından hicab təkcə fiqhi bir hökm deyil, həm də ilahi qeyrətin təzahürü və Allahın, möminə xanımın şərafətini qorumasıdır. Təəssüf ki, bu məsələyə səthi və məcburi yanaşma, gənc nəsli onun mənasından və ruhundan uzaqlaşdırıb.
İslam Təbliğatı Təşkilatının müavini dini ikiüzlülük (nifaq) və düşüncə geriliyi təhlükəsinə işarə edərək bildirib: “İmam Xomeyninin (r) xəbərdarlıq etdiyi kimi, bizim əsas mübarizəmiz Amerikanın təqdim etdiyi İslam ilədir. Elə bir İslam ki, ya Qərb mədəniyyəti qarşısında təslim olur, ya da cəhalət və məsuliyyətsizlik qabığına çəkilir.”
O, çıxışının davamında Məhdəviyyət məsələsinin sivilizasiya baxışını izah edərək dedi: “Məhdəviyyət məsələsini yalnız dua və ziyarətlərlə məhdudlaşdırmaq olmaz; İmam Zaman (ə.f) tarixi hadisələrin mərkəzində və məzlum xalqların yanındadır. Zühur sivilizasiya və tarixi bir prosesdir və İslam inqilabı onun həyata keçməsi yolunun bir hissəsi sayılır.”
Höccətül-İslam Ərəb əlavə edib: “Zühurun ən böyük maneəsi bu günkü təkəbbür və istibdad sivilizasiyasıdır ki, təfriqə, istehlakçılıq və həyasızlıq vasitəsilə insan fitrətini ilahi yoldan uzaqlaşdırır. Hicab, qadın şərafətinin sipəridir və onu qorumaq möminlərin mədəni cihadının bir hissəsidir.”
Hövzə və universitet müəllimi çıxışının sonunda vurğulayıb: İslam Respublikası, Məhdəvi cəmiyyətin qurulması üçün bir məşq və zühur vədəsinin gerçəkləşməsi üçün bir müqəddimədir. Əgər iman və dini maarif dövrün dilinə tərcümə olunsa, yeni nəsil dini davranış və əməl içində görəcək. Biz yalnız sözlə təbliğ edənlərdən deyil, həqiqi zəmin yaradanlardan olmalıyıq. Çünki zühur passiv gözlənti ilə deyil, şüurlu qiyam və ilahi sivilizasiya quruculuğu ilə gerçəkləşir.
Xəbərin sonu
Rəyiniz