çərşənbə axşamı 18 noyabr 2025 - 18:15
Livan parlamentinin nümayəndəsi: Milli və şəri vəzifəmiz bizi öz torpaqlarımızı müdafiə etməyə vadar edir

Hövzə / Əli Xəris, Əməl Hərəkatının Siyasi Bürosunun üzvü və Livan parlamentinin deputatı vurğulayıb ki, parlament seçkiləri mövcud qanunvericiliyə uyğun olaraq öz təyin olunmuş vaxtında keçiriləcək.

Hövzə Xəbər Agentliyinin tərcümə qurupunun məlumatına görə, Əməl Hərəkatının Siyasi Bürosunun üzvü və Livan parlamentinin deputatı Əli Xəris, hərəkat tərəfindən əl-Biyaz şəhərində təşkil edilən şəhid Əli Kamal Süleymanın birinci şəhadət ildönümü mərasimi zamanı çıxış edərək vurğulayıb ki, parlament seçkiləri mövcud qanunvericilik əsasında müəyyən olunmuş vaxtda keçiriləcək və hər kəs ki, islahat adı altında yeni qanun layihəsi təklif edir, əslində seçkilərin təxirə salınmasına çalışır.

O əlavə edib ki, Əməl Hərəkatının mövqeyi açıq və qətidir. Hər hansı dəyişiklik və ya gecikmə üçün heç bir əsas mövcud deyil.

Əli Xəris, Livanın varlığı və davamlılığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ruhuna ehtiramını bildirib və hamıya söz verib ki, onların yolu və əhdinə sadiq qalacaqlar.

O həmçinin Naquradan Şəbaya qədər fəaliyyət göstərən, meydanlarda fədakarlıq göstərib vəzifələrini ən yüksək səviyyədə yerinə yetirən ər-Risalətül-İslamiyyə Skautlar Cəmiyyətinin (Vətəndaş Müdafiəsi) əməkdaşlarının səylərini yüksək qiymətləndirib.

Cənab Xəris deyib: Biz çətin bir mərhələdən keçirik. İsrail düşməni hər gün bombardman, qətl və dağıntı ilə təhdidlərini davam etdirir və beynəlxalq, xüsusilə də ABŞ tərəfindən dəstəklənir. Təəssüflə qeyd etməliyik ki, ölkə daxilində də elələri var ki, mövqeləri və bəyanatları ilə düşməni dəstəkləyir, onu öz təcavüzkar fəaliyyətlərini davam etdirməyə ruhlandırırlar. Bu isə milli birliyə ciddi zərər vurur.

Livan deputatı əlavə edib: Düşmənlə qarşıdurma yalnız birlik, həmrəylik və dinc birgəyaşayış vasitəsilə mümkündür. Bu vətən burada yaşayan bütün övladları üçün qəti və son məskəndir, və biz hamımız onun qorunması və müdafiəsi üçün birgə çalışmalıyıq, milli liderlərə və ictimai xadimlərə qarşı yönəlmiş fitnələrdən uzaq durmalıyıq.

Sonda o vurğulayıb: Milli və şəri vəzifəmiz bizi torpaqlarımızı, sərhədlərimizi, vətənimizi, cənubumuzu və xalqımızı müdafiə etməyə vadar edir bunun üçün istər fədakarlıq, istərsə də şəhidlik bahasına olsun hansı qiymət tələb olunursa-olunsun.

Mərasimdən sonra müdafiə dəstələrinin üzvlərinə xatirə hədiyyələri təqdim edilib və Şəhid Süleymanın adını daşıyan mərkəz açılıb.

Livan parlamentinin nümayəndəsi: Milli və şəri vəzifəmiz bizi öz torpaqlarımızı müdafiə etməyə vadar edir.

Əli Xəris, Livan.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha