Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam ənənəsində, xüsusilə də Əhli-Beyt(ə) məktəbində dini şüarların ucaldılması və Peyğəmbər( s ) nəslinə məhəbbətin ifadəsi xüsusi əhəmiyyət daşıyır. Bu ehtiramın təzahürlərindən biri isə matəm günlərində mərasimlərin keçirilməsi və hüznün ifadə edilməsidir. Bu kontekstdə insanın daxilindəki hissləri əks etdirən bir zahiri rəmz kimi geyim və onun rəngi də möminlərin duyğu və ehtiramının dərinliyini göstərən amillərdəndir.
Məhz bu səbəbdən Fatimiyyə günlərində qara paltar geyinməyin şəri hökmü barədə bir sual irəli sürülmüş və Ayətullah Üzma Xamenei həmin istiftaaya cavab vermişdir. Cavabı oxuculara təqdim edirik.
Sual:
Fatimiyyə günlərində qara paltar geyinmək məkruhdurmu?
Cavab:
İlahi şüarların ucaldılması və hüznün ifadəsi məqsədilə ismət və paklıq əhli olan Həzrət Fatimənin (ə) matəm günlərində qara paltar geyinmək savab və mükafat gətirən bir əməldir.

Rəyiniz