Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Qumda keçirilən iclasda Ərbəin Təbliğat Komitəsinin İcra Şurasının üzvləri ilə birlikdə beşinci Beynəlxalq Ərbəin Təbliğatının Fəalları Konfransı ilə bağlı son proqramlar və görülən işlər müzakirə olunub.
İcra Mərkəzi Konfransının rəhbəri Höccətül-İslam Əhməd Siyahəti iclasda çıxış edərək İraqa son səfəri və orada keçirilən görüşlərin nəticələri və qəbul edilmiş qərarlar barədə məlumat verib. O bildirib ki, bu konfransa İraq, Bəhreyn, Səudiyyə Ərəbistanı, Fələstin, Livan, Suriya, Türkiyə, Pakistan, Əfqanıstan və bir sıra Afrika ölkələrindən qonaqlar dəvət olunub.
O əlavə edib ki, müxtəlif ixtisaslara malik millətlərin nümayəndələri bu beynəlxalq tədbirdə iştirakı planlaşdırılır ki, Ərbəin fəaliyyəti sahəsində mövcud potensiallardan daha geniş şəkildə istifadə olunsun.
Ərbəin Mərkəzi Təbliğat və Tədris Konfransının rəhbəri Höccətül-İslam vəl-müslimin Həmid Əhmədi də iclasda çıxış edərək bildirib ki, Bağdadda iraqlı tərəflə keçirilən görüşdə komissiyaların strukturunda müəyyən dəyişikliklər aparılıb.
Onun sözlərinə görə, xarici qonaqlarla yanaşı, müxtəlif vilayətlərdən 200 nəfər Ərbəin fəalı da beşinci konfransda iştirak edəcək. Bu iştirak növbəti ildə keçiriləcək Ümumdünya Ərbəin konfransı üçün son maarif proqramların və əlaqələndirmələrin həyata keçirilməsinə şərait yaradacaq.
O, konfransın komissiya sədrlərinə müraciət edərək vurğulayıb ki, bu konfransın mühümlüyünə və əhatəliliyinə uyğun şəkildə keçirilməsi üçün dəqiq və vaxtında planlaşdırma aparılmalıdır.
İclasın davamında müxtəlif strukturların məsul şəxsləri beşinci Beynəlxalq Ərbəin Təbliğat Fəalları Konfransı üçün öz sahələri üzrə görülən işlər barədə hesabat verib və tədbirin daha səmərəli təşkili, komissiyaların strukturu və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Beşinci Beynəlxalq Ərbəin Təbliğat Fəalları Konfransı dekabr ayının 16-dan 19-dək Məşhəd şəhərində keçiriləcək.
Rəyiniz