Hövzə Xəbər Agentliyinin məlumatına görə, həzrət Ayətullah Sübhani bu gün İran İslam Respublikasında yerləşən mübarək hərəm və müqəddəs ziyarətgahların rəhbərləri ilə görüş zamanı bu ziyarətgahların dini mədəniyyətin təbliğində oynadığı təsirli rola işarə edərək vurğulayıb:
“Hər bir bölgədə bir imamzadənin olması dinin səssiz bir təbliğatçısıdır. Bu müqəddəs məkanların dinin qorumasında böyük rolu və əhəmiyyəti var.
Həzrət Ayətullah Sübhani qeyd etdi ki, imamzadələrin mövcud olduğu hər yerdə mənəviyyat və xeyirxah əməllər daha çox nəzərə çarpır.
Sonra xatırladıb ki, bu dəyərli potensial əvvəlkindən daha çox gücləndirilməli və məsul qurumların xüsusi diqqət mərkəzində olmalıdır.
Həzrət Ayətullah Sübhani İslamın əsas və həqiqi məfhumlarının unudulmasının qarşısının alınması zərurətini vurğulayaraq qeyd edib:
İcazə verməməliyik ki, zaman keçdikcə İslam bir əfsanə kimi unudulub diqqətdən kənarda qalsın. Halbuki dini məkanların və ziyarətgahların qorunması İslam maarifinin davamlılığı və yayılmasında əsas rol oynayır.
Həzrət Ayətullah Sübhani həmçinin müqəddəs ocaqlarda dəqiq və məqsədyönlü əsas proqramlaşdırmanın vacibliyini bildirərək vurğulayıb:
Etiqad və kəlam sahəsində xalqın fikri və əqidə əsaslı ehtiyaclarına cavab verə bilmək üçün mütəxəssis, bacarıqlı və seçkin şəxslərdən istifadə olunmalıdır.
Məlumata əsasən, müqəddəs hərəm və ziyarətgahların səkkizinci qurultayı cümə axşamı günü səhər saatlarında müqəddəs Cəmkəran məscidində keçiriləcək.



Rəyiniz