bazar ertəsi 15 dekabr 2025 - 16:36
ABŞ-ın düşmənçiliyinin kökü “əsl İslamın bərqərar edilməsindən” duyulan qorxudadır / Qəzza Qərb sivilizasiyasının rüsvayçılıq sərgisi

Hövzə / Qum Elmi Hövzələrinin Müəllimlər Cəmiyyətinin sədr müavini vurğuladı ki, ABŞ-ın, sionist rejimin və Qərbin İran İslam Respublikasına qarşı düşmənçiliyinin əsas kökü Peyğəmbərin gətirdiyi əsl İslamın bərqərar edilməsindən duyulan qorxudur. Onun sözlərinə görə, düşmənləri vahiməyə salan nə İranın nüvə potensialıdır, nə də texnoloji imkanları. Əksinə, sivilizasiyaqurucu İslamın gerçəkləşməsi və idarəçiliklə cəmiyyət müstəvisində dini hakimiyyətin təcəssüm tapmasıdır.

Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, Qum Elmi Hövzələrinin müəllimlər cəmiyyətinin sədr müavini Ayətullah Abbas Kəbi, Qum şəhərində Hövzə və İslam İnqilabı üzrə Strateji Araşdırmalar Mərkəzində keçirilən “İslamın bərqərar edilməsi” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı Peyğəmbərin gətirdiyi əsl İslamın sivilizasiyaqurucu potensialını vurğulayaraq bildirdi ki, ABŞ-ın, sionist rejimin və Qərbin əsas düşmənçiliyinin kökü dinin bərqərar olunmasından və İslamın idarəçilik və cəmiyyət müstəvisində gerçəkləşməsindən duyulan qorxudur.

O, İslam İnqilabının şəhidlərinin, Vətən müharibəsi (müqəddəs müdafiə) şəhidlərinin, hərəmi müdafiə edən şəhidlərin, təhlükəsizlik, səhiyyə, xidmət, müqavimət və İran İslam Respublikasının qüdrətinin şəhidlərinin, xüsusilə də şəhid Seyid Həsən Nəsrullah, şəhid Seyid Haşim Səfiəddin və müqavimət cəbhəsinin şəhid komandirlərinin xatirəsini ehtiramla anaraq vurğulayıb: Bu şəhidlər İslamın bərqərar edilməsinin bəhrəsi və ilahi hakimiyyətin gerçəkləşməsi yolunda cihadın canlı təcəssümüdür.

Qum Elmi Hövzələrinin müəllimlər cəmiyyətinin sədr müavini, həmçinin “İslamın bərqərar edilməsi” kitabının müəllifinə və Hövzə və İslam İnqilabı üzrə Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarına, xüsusilə Höccətül-İslam vəl-müslimin Möhsüniyə, bu elmi əsərin hazırlanması və sistemləşdirilməsi istiqamətində göstərdikləri səylərə görə təşəkkür edərək, sözügedən mərkəzi İslam İnqilabının mühüm bərəkətlərindən biri kimi dəyərləndirdi.

ABŞ-ın düşmənçiliyinin kökü “əsl İslamın bərqərar edilməsindən” duyulan qorxudadır / Qəzza Qərb sivilizasiyasının rüsvayçılıq sərgisi

Dinin bərqərar edilməsindən Qərbin qorxusu

Ayətullah Kəbi, “«کَبُرَ عَلَی الْمُشْرِکِینَ مَا تَدْعُوهُمْ إِلَیْهِ»،” ayəsinə istinad edərək bildirdi ki, İslamın düşmənləri yalnız nüvə potensialı olan İrandan və ya elm və texnologiya ilə inkişaf etmiş İrandan qorxmur. Onları vahiməyə salan, əslində, Peyğəmbərin (s) gətirdiyi əsl İslamın və Əhli-Beyt (ə) təlimlərinin bərqərar edilməsidir. O vurğuladı ki, Qərb zəif, asılı və təhqir edilmiş İranla problemi yoxdur, lakin müstəqil, ilhamverici və sivilizasiyaqurucu İrandan qorxur.

O əlavə etdi ki, İslam İnqilabının düşmənləri, İŞİD və digər təkfirçi qruplar kimi layihələr uğursuzluğa uğradıqdan sonra, yeni layihələrə yönəldilər. Bunlar arasında “liberal İslam”, “liberal şiəlik” və “amerikan İslami” layihələri, həmçinin dünya İslam aləmində universitetlər, düşüncə institutları və şəbəkələrin yaradılması var. Məqsəd isə İslamı onun sivilizasiyaqurucu və inqilabi mahiyyətindən məhrum etməkdir.

Qəzza: Qərb sivilizasiyasının rüsvayçılıq sərgisi

Ayətullah Kəbi, Sionist rejimin Qəzzadakı cinayətlərinə istinad edərək qeyd etdi ki, bu gün Qəzzada baş verənlər, iman olmadan elmin məhsuludur. Elmi imandan ayıran sivilizasiya, Monqol və Natsizm dövründəkindən də dəhşətli cinayətlərə yol aça bilər. Qəzza Qərb sivilizasiyasının rüsvayçılıq sərgisi kimi tədqiq edilməli və analiz olunmalıdır.

O, İslamın bərqərar edilməsini elə bir model kimi təqdim etdi ki, burada elm və iman, ağıl və mənəviyyat, ədalət və tərəqqi, qüdrət və Allah rəhməti bir araya gətirilir. Ayətullah Kəbi əlavə etdi ki, Möhtərəm Rəhbərin ifadəsi ilə, minimum İslam yetərli deyil. İslam bütün mədəni, sosial, siyasi, iqtisadi və idarəçilik sistemlərinə tətbiq olunmalıdır.

ABŞ-ın düşmənçiliyinin kökü “əsl İslamın bərqərar edilməsindən” duyulan qorxudadır / Qəzza Qərb sivilizasiyasının rüsvayçılıq sərgisi

İslamın bərqərar edilməsinin göstəriciləri

Qum Elmi Hövzələrinin müəllimlər Cəmiyyətinin sədr müavini, “İslamın bərqərar edilməsi” anlayışının göstəricilərini izah edərək bildirdi:

1. Tövhid və ibadət mərkəzi prinsipdir. Tövhid yalnız nəzəri səviyyədə qalmamalı, ilahi hakimiyyətin qəbuluna və hər sahədə qeyrilə ilahi hakimiyyətin rəddinə gətirməlidir.


2. İctimai ədalət – İslamın ikinci əsas göstəricisi ədalətdir. Qurana görə ədalət sadəcə sosial müqavilə deyil, ilahi və çoxşaxəli bir həqiqətdir və dini hakimiyyət olmadan gerçəkləşə bilməz.


3. Dini idarəçilik və şəriətin bütün sahələrdə tətbiqi 
Həyatın xoşbəxtliyi və kamilliyi üçün vacib şərtdir.


4. Əmr be-məruf və nəhy əz-münkər (yaxşılığa dəvət, pislikdənçəkindirmək) – Dinin bərqərar edilməsinin təminatı və idarəçiliyin xalqiləşdirilməsi üçün əsas vasitədir.


5. Cihad və müqavimət – Dinin bərqərar edilməsinin ayrılmaz tərkib hissələridir.

Dini hakimiyyət olmadan ədalət anlayışına tənqid

Ayətullah Kəbi qeyd etdi ki, bəzi yanaşmalar ədalətin dini hakimiyyət olmadan da həyata keçirilə biləcəyini düşünürlər, lakin Qurana görə ədalət sabit və ilahi bir anlayışdır. Onun təzahürləri dəyişə bilər. Sekulyar idarələr yalnız nisbi və məhdud maddi ədalət təmin edə bilərlər, lakin dünya və axirət ədaləti dini hakimiyyət olmadan mümkün deyil.

İran İslam Respublikasında dinin bərqərar edilməsinin çağırışları və imkanları

Ayətullah Kəbi dini hakimiyyətin bərqərar edilməsinin çağırışları kimi gizli sekulyarizm, inzibati və iqtisadi korrupsiya, media müharibəsi, bəzi qurumların idealları düzgün anlamaması və dinin yalnış və müxtəlif təfsirlərini göstərdi.

Digər tərəfdən, xalq dəstəyi və dini iman, elmi və mədəni potensial, müqavimət cəbhəsinin formalaşması, sadiq gənc nəsil və yeni İslami sivilizasiya üçün kadr imkanları bu yolun əsas imkanlarıdır.

Sivilizasiya cihadı: Gələcəyin strategiyası

Ayətullah Kəbi vurğuladı: Dini bərqərar etmək cihad olmadan mümkün deyil. Sivilizasiya cihadı təhlükələri fürsətlərə çevirmək və İslam İnqilabının Ali Rəhbərinin düşüncə sistemini bütün sahələrdə tətbiq etmək deməkdir. Bu prosesdə Vilayət fəqihin rəhbərliyi mədəniyyətin vahidliyinin əsas mərkəzidir və İslam Respublikası sivilizasiya cihadının əsas baza nöqtəsidir.

O əlavə etdi ki, dünyanın gələcəyi yeni İslami sivilizasiya, ağıllı idarəçilik, qlobal ədalət və yeni ittifaqlar istiqamətində formalaşır və İslam dünyası bu yolda cihad və müqavimət ruhunu qoruyaraq fəal rol oynamalıdır.

Ayətullah Kəbi yekun olaraq bildirdi : “İslamın bərqərar edilməsi” kitabı bu diskursu izah edən dəyərli əsərdir və onun yeni inqilab nəsli üçün praktik olaraq yenidən oxunması və xülasələşdirilməsi zəruridir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha