Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirinin verdiyi məlumata əsasən,fələstinli azad şəxs və HƏMAS-ın İslam Müqaviməti Hərəkatının əsirlər işi üzrə məsul nümayəndəsi Şeyx Təlal Əbdürrəhman çərşənbə axşamı ,16 dekabr tarixində onlayn formatda keçirilən “İran İslam Respublikası sionist rejimlə qarşıdurmada İslamın əsas cəbhəsidir” adlı dördüncü beynəlxalq vebinarda çıxış edərək, İran İslam Respublikası, Fələstin, Livan, Yəmən və İraq şəhidlərinin əziz xatirəsini ehtiramla yad edərək bildirib ki, Fələstin məsələsi İslam İnqilabının qələbəsinin ilk günlərindən etibarən daim İran İslam Respublikasının gündəmində əsas bir məsələ kimi yer alıb.
O, İranın sadəcə müvəqqəti və situativ bir siyasi mövqe tutmadığını, əksinə, bu hərəkətin ilahi rəhbərlik və ilahi ədalətin əsas anlamına əsaslandığını vurğulayaraq dedi: İran İslam Respublikası illər boyu məzlumları dəstəkləmək, sionist rejimə və ABŞ-a qarşı dayanmaq yolunda ağır bədəllər ödəyib.Bu bədəllərə sanksiyalar, mühasirələr təhdidlər və terrorlar daxildir. Lakin bütün bunlara baxmayaraq, heç vaxt öz prinsip və yolundan geri çəkilməyib.
HƏMAS hərəkatının əsirlər işi üzrə məsul şəxsi ABŞ-ın bölgədə yeni müstəmləkəçilik layihəsinin əsas strateji xəttinə işarə edərək vurğuladı: Bir çox dövlətlərin müqavimət mövqelərindən geri çəkildiyi bir zamanda İran İslam Respublikasının qətiyyətli duruşu İslam ümmətinin izzətinin, ləyaqətinin və müstəqilliyinin simvolu oldu. Bu gün sionist rejimin hegemoniyasının zəifləməsi və ABŞ-ın öz iradəsini zorla qəbul etdirməkdə aciz qalmasının əlamətləri açıq şəkildə müşahidə olunur.
Şeyx Təlal Əbdürrəhman İranın Fələstin və Livan müqavimətinə dəstəyini heç bir siyasi şərtə bağlamadığını bildirərək əlavə edib: İran İslam Respublikası müqavimət mehvərini haqq, vəzifə və şərəf hesab edir və “Əl-Əqsa Tufanı” əməliyyatı İranın Fələstin müqavimətinə göstərdiyi strateji və davamlı dəstəyin bəhrəsinin açıq nümunəsidir.
O, bölgədə real və çoxcəhbəli müqavimət oxunun formalaşmasına işarə edərək qeyd edib: Bu gün sionist rejimə qarşı yeni bir çəkindirici balans yaranıb və İran İslam Respublikası hələ də bu strateji xəttin əsas mehvəri sayılır və onun möhkəmləndirilməsində əsas rolunu qoruyub saxlayır.
Fələstinli azad şəxs İran İslam Respublikasının dəstək və mövqelərinə görə təşəkkür edərək bildirib: Şəhidlərin qanı heç vaxt hədər getməyəcək. “Əl-Əqsa Tufanı” müqavimət yolunun sonu deyil, başlanğıcıdır və zaman keçsə də sionist rejim süquta məhkumdur.
O, bölgədə azadlıqsevərlərin və məzlumların müdafiəsi istiqamətində İran İslam Respublikasının səylərini yüksək qiymətləndirərək əlavə edib: Bu dəstəklər zülm və təcavüzkarlıqla mübarizədə İslam ümməti üçün ilhamverici bir nümunə hesab olunur.
Xəbərin sonu
Rəyiniz