Hövzə Xəbər Agentliyinin Sənəndəc şəhəri üzrə müxbirinin verdiyi məlumata əsasən, Kürdüstan Azad Universitetində “Elmi diplomatiyada hövzə və universitet müəllimlərinin rolu” mövzusunda ixtisaslaşmış iclas keçirilib. Tədbirdə çıxış edən ölkə hövzələrinin beynəlxalq əlaqələr üzrə müavini, Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari mövzu ilə bağlı çıxış etmişdir.
Hövzələrin beynəlxalq əlaqələr üzrə müavini elmi diplomatiyanın İran İslam Respublikası üçün verdiyi təsir gücünü əsas ünsürlərdən biri kimi əhəmiyyətini vurğulayaraq, xüsusilə son 12 günlük düşmən təxribatından sonra bunu dövlətin təsir gücünü tamamlayan amil kimi dəyərləndirdiyini bildirərək deyib:
İslam dünyasında yeni İslam sivilizasiyasına doğru hərəkətin və ümmət quruculuğunun tələbi ondan ibarətdir ki, güc və tərəqqinin bütün komponentləri, o cümlədən elmi və texnoloji nailiyyətlər beynəlxalq müstəvidə İran İslam Respublikasının ucaldılması naminə bir-biri ilə yanaşı və koordinasiyalı şəkildə fəallaşdırılsın.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari elmi diplomatiyanın fəallaşmasını onun əhəmiyyət və zərurətinin düzgün dərk edilməsi, eləcə də universitet və hövzə mühitlərində bu sahənin əsas strateji istiqamətlərdən biri kimi diskurs formalaşdırılması və mədəniyyətləşdirilməsi ilə şərtləndirdi.
O, müasir dünyanın texnologiya və kommunikasiya sahələrindəki sürətli dəyişikliklərini siyasi və sivilizasion münasibətlərdə baş verən transformasiyaları, yeni qlobal və regional güclərin formalaşmasını həmçinin Qərbin maddi sivilizasiyasından qaynaqlanan böhranları ölkənin elmi diplomatiyası üçün heyrətamiz tarixi imkanlar və zəminlər kimi təqdim etdi.
Hövzələrin beynəlxalq əlaqələr üzrə müavini ölkənin elmi qurumlarını elmi diplomatiyanın həyata keçirilməsi üçün misilsiz potensiallara malik hesab etdi və minlərlə dəyərli elmi kitab və əsərin tərtibi və müəllifliyini, yüzlərlə elmi-tədqiqat jurnalının nəşrini müxtəlif elmi sahələrdə ixtira və innovasiyaları, onlarla elm və texnologiya parkını, minlərlə inkişaf və innovasiya mərkəzini, onlarla böyük elmi konfrans və tədbiri, yuxarı səviyyəli strateji sənədlərin hazırlanmasını, eləcə də yüz minlərlə müəllim və tədqiqatçının, milyonlarla universitet və hövzə tələbəsi və məzunun mövcudluğunu bu sahənin əsas imkanları kimi qeyd etdi.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari elmi diplomatiyada təsirli olan ən mühüm ünsürləri belə sadaladı: Elmi və texnoloji sahələrdə milli özünəinamdan bəhrələnmək, İran İslam Respublikasının insani, islami və sivilizasion diskursu, həqiqi İslamın qoyduğu təsir gücü, ali islami maarif və dəyərlər eləcə də İran İslam Respublikasının ən ağır sanksiya şəraitində və hegemon güc sisteminin müxtəlif təzyiqləri altında elmi nailiyyətlər əldə etməsi üzrə uğurlu təcrübəsi elmi diplomatiyada əldə etdiyi ən mühüm ünsürlərdəndir.
O, həmçinin İranın region ölkələri, İslam aləmi və beynəlxalq müstəvi üçün ilhamverici potensiala malik olduğunu vurğulayaraq qeyd edib ki, İran İslam Respublikasının və Əhli-beyt (ə) maarifinin bərəkəti sayəsində dünyada Qərb sivilizasiyası ilə bütün sahələrdə sivilizasion rəqabət aparmaq gücünə malik yeganə elmi, maarifçi və diskursiya mərkəzdir.
Hövzələrin beynəlxalq əlaqələr üzrə müavini elmi diplomatiyanın fəallaşdırılmasında bəzi prioritetlərə toxundu: İranda yaşayan xarici tələbə və hövzə şagirdlərinə diqqət yetirmək, farsdilli və xaricdə yaşayan iranlılarla elmi əməkdaşlığa üstünlük vermək, qonşu ölkələr və Müqavimət Cəbhəsi ilə elmi əlaqələrə önəm vermək, İslam dünyasında ortaq elmi bazara diqqət ayırmaq, süni intellekt imkanlarından istifadə etmək, onlayn konfrans və vebinarları genişləndirmək, müxtəlif ixtisaslarda ortaq elmi cəmiyyətlərin formalaşdırılmasını təşviq etmək, elmi mübadilə səfərlərini inkişaf etdirmək, İran İslam Respublikasının elmi və texnoloji imkanlarını və nailiyyətlərini təqdim etmək.
O, həmçinin bəzi elmi diplomatiya səviyyələrinə və qatlarına asanca çıxışın mümkün olduğunu vurğulayaraq qeyd edib ki, elmi diplomatiyanın səmərəli həyata keçirilməsi digər diplomatiya növləri ilə o cümlədən rəsmi, media, mədəniyyət, dini və iqtisadi diplomatiya ilə əlaqələndirmə və əməkdaşlıq tələb edir.
Xəbərin sonu
Rəyiniz