Hövzə Xəbər Agentliyinin məlumatına görə, Qum şəhərinin görkəmli, vilayət və inqilabçı əhalisi 30 dekabr (9 dey şəmsi ili) “Bəsirət günü və ümmətin vilayətə sadiqliyi” münasibətilə keçirilən möhtəşəm toplantıda iştirak etmək üçün İslam İnqilabının mənbəyi olan Feyziyyə mədərsəsində toplaşdı.
Alimlər, görkəmli şəxsiyyətlər və hövzə müdirləri, o cümlədən ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, Qum elmi hövzələrinin müəllimlər cəmiyyətinin sədri Ayətullah Seyid Haşim Hüseyni Buşəhri, Ali dini Şura və Xubriqan Məclisinin üzvü Ayətullah Möhsün Əraki, böyük dini ruhanilərin nümayəndələri və digər hörmətli şəxslər, tələbələr, müəllimlər və inqilab ruhlu xalqla birlikdə bu toplantıda iştirak etmişdirlər.
Feyziyyə mədərsəsi inqilab ruhu ilə zəngindir / Sadiqlik və möhkəmlik nümayiş olunur
Bu gün Feyziyyə mədrəsəsi milli və dini dəyərlərin qorunması və İslam inqilabına bağlılığın nümayişi ilə seçilən bir mühitə çevrilib. Tədbirdə iştirak edənlərin sayı hər dəqiqə artır, mədrəsə ABŞ və sionist rejiminin siyasətlərinə etirazını ifadə edən, ölkə və inqilabın müdafiəsi üçün möhkəm dayanan dini şəxslərlə doludur.
Mərasimin ilk anlarından etibarən Feyziyyə mədərsəsinin toplantı zalı inqilab ruhlu və vətənpərvər insanlar ilə dolmuşdur. İştirakçılar həm İslamın Ali lideri, həzrət Ayətullah Xamenei ilə sədaqətlərini yeniləmək, həm də daxili və xarici düşmənlər, xüsusilə ABŞ və uşaq qatili olan sionist rejiminin cinayətkar siyasətlərinə etiraz etmək məqsədilə burada toplaşmışdılar. Tədbirdə iştirakçılar, İslam idealları və milli dəyərlər uğrunda qətiyyətlə dayandıqlarını nümayiş etdirmişlər.
“Əzm və qüdrət” şüarları əks-səda verib
Feyziyyə mədərsəsində “Allahu Əkbər, Allahu Əkbər, Xamenei Rəhbər”, “Ölüm olsun Amerikaya”, “Ölüm olsun İsrailə”, “Ölüm olsun fitnəkara”, “Ey azad lider, hazırıq hazır”, “Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız”, “Biz hamımız sənin əsgərinik ey azad rəhbər, sənin əmrinlə hər zaman hazırıq” və digər şüarlar yüksək səslə səsləndirilib.
Bağladığımız əhdə sadiqik.
Tədbir iştirakçıları “Zillət bizdən uzaqdır” şüarını səsləndirərək İslam inqilabının ideallarına sadiqliklərini, İran İslam Respublikasının Ali Rəhbəri olan həzrət İmam Xameneiyə tam dəstək və müdafiələrini nümayiş etdiriblər. Aydın şəkildə bəyan ediblər ki, son ana kimi bağladıqları əhdə sadiqdirlər.

«Allah sizin əməllərinizi bilir» tarixin mühakiməsində ilahi meyar
Qum Elmi Hövzəsi müəllimlər cəmiyyətinin sədri Ayətullah Seyid Haşim Hüseyni Buşəhri bu möhtəşəm toplantının əsas məruzəçisi olmuşdur. O, ayə və rəvayətlərə istinad edərək dini və inqilabi bəsirətin əhəmiyyətini izah etmiş və bildirmişdir ki, Qurani-Kərim elə bir şəkildə nazil olmuşdur ki, həm bugünkü cəmiyyətimizin şəraiti, həm də 30 dekabr (9 dey şəmsi ili) kimi tarixi hadisələr üçün aydın və yolgöstərən mesajlar daşıyır.
O, «وَاللهُ یَعْلَمُ أَعْمَالَکُمْ» ayəsinə işarə edərək vurğulamışdır: Allah-Təala bütün insanların istər möminlərin, istərsə də fitnə törədənlərin əməllərindən tam şəkildə agahdır. Əgər fitnəkarlar meydana çıxırlarsa, onların əməlləri ilahi elmə məlumdur. Əgər 30 dekabr (9 dey şəmsi ili) kimi bir qəhrəmanlıq tarixçəsi yazılır və İran xalqının tarixi coşqusu nümayiş olunurursa, bu da ilahi hüzurda qeydə alınır.
30 dekabr (9 dey şəmsi ili) möminlərlə fitnəkarların ayrıldığı nöqtə
Qum Elmi Hövzəsi müəllimlər cəmiyyətinin sədri xüsusi olaraq vurğulamışdır ki, ilahi gün sayılan (یومالله) 30 dekabr elə bir səhnə idi ki, burada fitnəkarların həqiqi mövqeyi, eləcə də möminlərin, mücahidlərin və qəhrəmanlıq yaradanların yeri açıq şəkildə üzə çıxdı. Bu gün xalqın agahlığının təcəssümü və haqqın batildən ayrılacağına dair ilahi vədin aşkar təzahürü oldu.
O əlavə etmişdir ki, bu cür hadisələr əslində inqilab meydanında kimlərin fədakarcasına dayandığını müəyyən edən ilahi imtahan meydanlarıdır.
İmam Xomeyni və Ali Rəhbərə sədaqət, inqilab yolunda qalmağın meyarı
Ayətullah Hüseyni Buşəhri qeyd etmişdir ki, İslam İnqilabı ilə bağlanan əhd, xalqın və tələbələrin İmam Xomeyni (r) ilə beyəti və sonradan bu beyətin İslam İnqilabının Ali Rəhbəri həzrət Ayətullah üzma İmam Xamenei ilə yenilənməsi, inqilab yolunda iştirak və davamlılığın əsas meyarı olmuşdur.
Xubriqan Məclisinin Rəyasət Heyətinin sədr müavini bildirmişdir: İnsanların əməlləri, davranışları və hadisələrdəki mövqeləri inqilab mücahidlərinin tanınmasının əsas ölçüsüdür. Bu yolun digər tərəfində isə səbir, bəsirət və dözümlə haqq yolunu davam etdirən səbirli insanlar tanınır.
Ayətullah Hüseyni Buşəhri 2009-cu il fitnəsinin köklərini və məqsədlərini izah edərək vurğulamışdır: Düşmən İslam İnqilabının ilk günlərindən etibarən İmam Xomeyninin (r) inqilabına və vilayəti-fəqih prinsipinə qarşı mübarizə aparmışdır və 30 dekabr qəhrəmanlığı bu fitnələrin son nöqtəsi olmuşdur.

İslam İnqilabının Ali Rəhbərinin ölkənin müdafiəsində və böhranların idarə olunmasında rolu
Qum hövzə müəllimləri cəmiyyətinin sədri İslam İnqilabın Ali Rəhbərinin mübarizə və fədakarlıqla zəngin fəaliyyət yoluna toxunaraq bildirdi ki, İnqilabın Ali lideri rəhbərlik məqamına yüksəlməzdən çox əvvəl mübarizənin və müqəddəs müdafiənin mərkəzində yer almışdır. Onun siması dəfələrlə cəbhə səngərlərində, döyüşçülərin arasında və mücahidlərin sadə, səmimi süfrələri kənarında görülmüşdür.
O əlavə etdi ki, düşmənlər rəhbərliyin strateji əhəmiyyətini dərindən anlayır və məhz buna görə də İslam İnqilabın Ali Rəhbərinin çıxışlarını dəqiqliklə tərcümə edir, təhlil edir və öz strateji planlamalarının əsası kimi istifadə edirlər. Bu fakt göstərir ki, İslam sistemində rəhbərlik mərkəzi və həlledici rol oynayan əsas sütundur.
2009-cu il fitnəsinin mahiyyəti birbaşa mövcud sistemə qarşı idi.
Xubriqan Məclisinin Rəyasət Heyətinin sədr müavini 2009-cu ildə baş vermiş hadisələrə toxunaraq vurğuladı ki, ilkin mərhələdə bu proses sadəcə seçki mübahisəsi kimi qiymətləndirilirdi. Təxminən 40 milyon seçicinin iştirak etdiyi seçkidə bir namizəd qalib gəlmiş, digəri isə lazımi səsi toplamamışdı. Etirazlar “saxtakarlıq” iddiaları ilə başlamışdı, lakin zaman keçdikcə hadisələrin əsl mahiyyəti üzə çıxdı.
Onun sözlərinə görə, İnqilabın Ali Rəhbərinin səbir, təmkin və geniş dözümlülük nümayiş etdirməsi nəticəsində xalq anladı ki, məsələ təkcə seçki mübahisəsi deyil, əsl məqsəd İslam Respublikasının əsaslarına, vilayəti-fəqih prinsipinə, İslama və Aşura dəyərlərinə zərbə vurmaq idi.
Aşuraya hörmətsizlik və 30 dekabr 2009 (9 dey) hərəkatının yaranması
Qum hövzə müəllimləri cəmiyyətinin sədri aşura mərasimləri zamanı baş vermiş acı hadisələrə işarə edərək dedi ki, fitnə törədənlər hətta İmam Hüseynin (ə) bayraqlarına və çadırlarına belə hörmət etməmiş, İmam Hüseynin (ə) əzadarlıq günlərində təhqir, yandırma və zorakılıq əməllərinə əl atmışlar. Məhz bu davranışlar fitnənin mahiyyətini xalq üçün tam aydın etmişdir.
Nəticədə İran xalqı dərin bəsirət və ayıqlıq nümayiş etdirərək (9 dey) 2009 cu il 30 dekabr günü möhtəşəm bir hərəkat yaratmış, qətiyyətli iştirakı ilə fitnəyə son qoymuşdur.
Ayətullah Hüseyni Buşəhri Qum əhalisinin 30 dekabr hadisələrindəki geniş və coşqun iştirakını “coşqun və yaddaşlardan silinməyəcək bir hərəkat” kimi xarakterizə edərək vurğuladı ki, bu xatirə heç vaxt İran xalqının yaddaşından silinməyəcək. Xalq əvvəlcədən heç bir çağırış olmadan meydana çıxdı və öz düşüncəli mövqeyi ilə həm xarici düşmənlərə, həm də onların daxili tərəfdarlarına aydın və qəti mesaj verdi.
Onun sözlərinə görə, bu iştirakla xalq bəyan etdi ki, meydanda olduqları müddətdə heç kəsin Əhli-beyt (ə) məktəbi, İslam, Quran, İslam İnqilabına və Ali Rəhbərə hörmətsizlik etməyə haqqı yoxdur və düşmənlər öz hədlərini bilməlidirlər.

Qum əhalisinin hərəkatı: Daxili və xarici düşmənlərə qəti cavab
Qum hövzə müəllimləri cəmiyyətinin sədri düşmənlərin iğtişaş və fitnə yaratmaq üçün daim eyni üsullara əl atdıqlarına diqqət çəkərək vurğuladı ki, hər hansı hadisə baş verdikdə düşmənlər səfirlikləri, nüfuz agentlərini və muzdlu qüvvələrini səfərbər edərək böhran yaratmağa çalışırlar. Onun sözlərinə görə, bu cəhdlər praktikada da müşahidə olunmuşdur, lakin İran xalqının qüdrətli mövqeyi ilə üzləşdikdə, onlar bir-birinin ardınca heç bir müdaxilələrinin olmadığını iddia etməyə başlayırlar.
O, qətiyyətli şəkildə bildirdi ki, bu iddialar tamamilə əsassızdır. Çünki əgər düşmənlər məqsədlərinə çatsaydılar, bu gün şənliklər təşkil edər, hətta hakimiyyətin bölüşdürülməsi və “taxt-tac” planları üzərində düşünərdilər. Lakin İran xalqı buna heç vaxt imkan verməyəcək.
İnqilabın mahiyyəti ilə icraçıların fəaliyyətinin fərqləndirilməsinin zəruriliyi
Ayətullah Hüseyni Buşəhri çıxışının digər hissəsində bahalaşma, yaşayış çətinlikləri və cəmiyyətdə mövcud olan bəzi narazılıqlara toxunaraq dedi ki, qısa zaman kəsiyində, o cümlədən son günlərdə bəzi icraçıların səriştəsizliyi və ya zəif fəaliyyəti səbəbindən müəyyən peşə və sosial etirazlar baş verə bilər. Bununla belə, o, açıq şəkildə bəyan etdi ki, xalq İslam sisteminin özünü bəzi məsul şəxslərin fəaliyyətindən ayırd etməlidir.
Narazılıqlardan düşmənlərin sui-istifadəsi barədə xəbərdarlıq
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə etdi ki, əgər ayrı-ayrı şəxslər yanlış yol tutursa, səhv qərarlar qəbul edir və ya düzgün olmayan idarəçilik nəticəsində xalqın narazılığına səbəb olursa, bu məsələlər açıq şəkildə gündəmə gətirilməli və ciddi şəkildə araşdırılmalıdır. Lakin mövcud çatışmazlıqlar və idarəçilik problemləri İnqilabın və İslam sisteminin özünə aid edilməməlidir. Çünki düşmənlər məhz bu zəif nöqtələrdən və haqlı narazılıqlardan sui-istifadə edərək, xalqın tələblərini bəhanə gətirib sistemin əsaslarını hədəfə alırlar. O xəbərdarlıq etdi ki, lazımi ayıqlıq göstərilməzsə, bir anda vəziyyətin nəzarətdən çıxdığı aydın ola bilər.

Məsul şəxslərə şüurlu və şərtli dəstək
İnqilab düşmənləri qarşısında məsul şəxslərin, ruhani təbəqənin və xalqın ayıq-sayıq olmasının zəruriliyinə toxunan Ayətullah Hüseyni Buşəhri vurğuladı ki, məsul şəxslərə dəstək qaçılmazdır, lakin bu dəstək şüurlu, məsuliyyətli və şərtli olmalıdır. Onun sözlərinə görə, belə bir dəstəyin nəticəsi İslam İnqilabının güclənməsi, xalqın razılığının artması və İnqilabın Ali Rəhbərinin dövlət məmurlarının fəaliyyətindən məmnun qalması olmalıdır.
Qum Hövzə müəllimləri cəmiyyətinin sədri İnqilabın Ali Rəhbərinin bəyanatlarına istinad edərək bildirdi ki, düşmənlərin İslam Respublikasına qarşı düşmənçiliyi yalnız müəyyən bir hökumətə və ya siyasi cərəyana yönəlməyib. Bu düşmənçilik mahiyyət etibarilə İnqilabın özünə, İslama və İran dövlətinin varlığına qarşıdır. O qeyd etdi ki, bu reallıq müxtəlif dövrlərdə, o cümlədən son hadisələr və müharibələr zamanı açıq şəkildə üzə çıxmışdır.
Onun sözlərinə görə, düşmən ictimai rəyin manipulyasiyası yolu ilə, xüsusilə tarixi və siyasi proseslər barədə məlumatı az olan gənc nəsli hədəf alaraq, İran və İslam kimliyini zəiflətməyə çalışır. Belə bir şəraitdə “biz iran xalqı olaraq İmam Zamanın(ə.f) zühurunu gözləyənlərik” həqiqətinin izahı və təbliği ümumi bir vəzifədir.
İslam İnqilabının qorunmasına hamımız cavabdehik
Ayətullah Hüseyni Buşəhri vurğuladı ki, İslam İnqilabının qorunması məsələsində hər kəs məsuliyyət daşıyır. O qeyd etdi ki, 2009-cu il fitnəsi bu gün və gələcək üçün böyük bir dərs və strateji təcrübə kimi dəyərləndirilməlidir. Şübhəsiz ki, İnqilab düşmənləri öz fitnə və planlarından əl çəkməyəcək və yeni ssenarilər hazırlamaqda davam edəcəklər. Lakin keçmiş təcrübələrdən düzgün istifadə olunduğu halda, düşmənin niyyətləri üzə çıxan kimi ona qarşı mövqelər də aydın və vaxtında müəyyənləşdiriləcək.
Məsul şəxslərin ətrafına sızma təhlükəsi barədə xəbərdarlıq
Ayətullah Hüseyni Buşəhri çıxışının digər hissəsində ölkənin idarəetmə strukturlarına şübhəli ünsürlərin sızması təhlükəsinə diqqət çəkərək məsul şəxslərə tövsiyə etdi ki, ətraflarında kimlərin yer aldığına ciddi nəzarət etsinlər. Onun sözlərinə görə, diqqətlə araşdırılmalıdır ki, bu şəxslər düşmənin maraqlarına xidmət edirlər, yoxsa səmimi şəkildə İnqilaba və xalqa xidmət yolundadırlar.

İran igidlər yurdudur/ hər bir fitnəkarın əli kökündən kəsiləcək.
Bu il 30 Dekabr qəhrəmanlıq mərasimi beynəlxalq və regional mürəkkəb siyasi vəziyyət fonunda keçirilir. Qüdrətli imperialist qüvvələr və onun əməkdaşı, sionist rejim, zorakılıq, terror və fitnəkarlığı artırmaqla İran İslam Respublikasında təşviş yaratmağa çalışırlar. Bu səbəbdən, İran İslam Respublikasının qəhrəman və şəhidpərvər vətəndaşları ilə birlikdə, 30 Dekabr mərasimində düşmənlərə aydın mesaj verirlər ki, “İran igidlərin vətənidir və hər fitnəkarın əlini qandallayacağıq.”
Sadiq xalqı alqışlayırıq
Bəli, bu görkəmli gündə dini mərkəzlərin nümayəndələri və sadiq xalq İslam dünyasının mərkəzi olan Qum şəhərinə toplaşaraq İran və İran xalqının düşmənlərinə bildirmək istədilər ki, Ali Rəhbərin əmrinə cavab verərək, böyük İnqilabın mirasını və şəhidlərin qanını qorumaq üçün canlarını belə qurban verməyə hazırdırlar. İqtisadi çətinliklərə baxmayaraq, xalq inqilabi kimliyini qoruyaraq, İran İslam Respublikasının Ali Rəhbərinin vəd etdiyi zirvəyə doğru möhkəm addımlarla irəliləyir və heç vaxt dayanmır.
“Bunu görə bilməyən hər kəsin gözləri kor olsun.”
Ayətullah Hüseyni Buşəhrinin bu qəhrəmanlıq tədbirindəki çıxışı ətraflı şəkildə sonrakı günlərdə yayımlanacaq.
Rəyiniz