çərşənbə axşamı 30 dekabr 2025 - 08:01
Ayətullah Ərafi, elmi hövzələrin təlim və tərbiyə  sektor müavinin iştirakı ilə «Səcaya» elektron platformasını istifadəyə verdi

Hövzə / Ayətullah Ərafi, Elmi Hövzə sektorunun müavini, idarə heyyət üzvləri və elmi hövzələrin təlim və tərbiyə müavininin iştirakı ilə «Səcaya» tam inteqrasiya olunmuş sistemi təqdim olundu.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Qum Elmi Hövzələrinin təlim və tərbiyə müavinliyinin tam inteqrasiya olunmuş «Səcaya» sistemi Məsumiyyə mədrəsəsində təqdim edildi.
Mərasimdə Elmi Hövzələrin rektoru Ayətullah Ərafi, təlim və tərbiyə müavini Höccətül-İslam vəl-müslimin Məhəmməd Aləmzadə Nuri, təhsil müavini Höccətül-İslam vəl-müslimin Muqimi Hacı, tələbə və məzunlar üzrə müavin, Höccətül-İslam vəl-müslimin Əli Qənavati,  həmçinin Elmi Hövzənin informasiya texnologiyaları mərkəzinin rəhbər və mütəxəssisləri iştirak etmişdirlər.
Tərbiyə və əxlaq müavini Höccətül-İslam vəl-müslimin Aləmzadə Nuri mərasimdə çıxışı zamanı sistemin imkanlarını təqdim edərək bildirdi ki, «Səcaya» sistemi tələbələrin mənəvi tərbiyəsi sahəsində rəqəmsal və məlumat yönümlü transformasiyanın mühüm addımıdır.
O əlavə etdi ki, sistem illər boyu aparılan tədqiqat və ehtiyac təhlilləri nəticəsində, tərbiyə və əxlaq sahəsində tələbələrin formalaşması üçün hazırlanıb və Elmi Hövzənin texnologiya mərkəzinin əməkdaşlığı ilə yekunlaşıb.
Höccətül-İslam Aləmzadə Nuri vurğuladı ki, Səcayanın əsas məqsədi ənənəvi idarəçilik modelindən məlumat yönümlü sistem idarəçiliyinə keçid təmin etməkdir və bu, dini elmlər sahəsində tələbələrin tərbiyəsi və mənəvi formalaşması sistemində mühüm yenilik hesab olunur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha