Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Nuri Həmədaninin dünən axşam Qum şəhərində İmam Kazım (ə) adına Elmiyyə Mədrəsəsində keçirilən onuncu “ilahi yaradıcılıq” festivalının yekun mərasimində oxunan məktubunun tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
«وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِیُبَیِّنَ لَهُمْ فَیُضِلُّ اللَّهُ مَنْ یَشَاءُ وَیَهْدِی مَنْ یَشَاءُ ۚ وَهُوَ الْعَزِیزُ الْحَکِیمُ.» (ابراهیم / 4)
Bağışlayan və mehriban Allahın adı ilə
(Allahın dinini) onlara izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik. Allah dilədiyini zəlalətə düçar edər, dilədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət və hikmət sahibidir.
İbrahim surəsi, 4 -cü ayə
Onuncu “ilahi yaradıcılıq” festivalının yekun mərasimində iştirak edənləri və dinləyiciləri səmimi qəlbdən salamlayıram.
İndi ki, onuncu “ilahi yaradıcılıq” festivalının yekun mərhələsindəyik, Elmi Hövzələrin təbliğ sahəsində mühüm və təsirli olan bu hadisəni yüksək qiymətləndirir, həmçinin Elmiyyə Hövzələrinin hörmətli rektoruna, bədii və hövzə qurumlarının məsul şəxslərinə, “ilahi yaradıcılıq” festivalının təşkilatçılarına və əməkdaşlarına, eləcə də bu bədii festivalda iştirak etməklə onun canlanmasına töhfə verən hövzə tələbələrinə və sənətkarlarına təşəkkür və minnətdarlığımızı bildiririk.
Texnologiya və kommunikasiya dövründə, xüsusilə gözəl yaradıcılığdan faydalanmaqla müasir təbliğ vasitələrinə diqqət yetirilməsi, tövhidi və vəhyə əsaslanan düşüncələrin yayılması və təbliği yolunda təsirli bir addım ola bilər. Eyni zamanda hövzə ustadlarının elmi və bilik sahəsindəki səylərini və nailiyyətlərini müasir üslubda İslam cəmiyyətinə çatdırar və şiə məzhəbinin maarifinə susamış könülləri sirab edər.
Qurani-Kərimdəki nurani ayələr, Əhli-Beyt (ə) rəvayətləri başlanğıcından etibarən Peyğəmbərimiz Məhəmmədin (s) vəhy missiyasına qədər, ən ali bədii əsərlərdən biri olub.Tövhidi düşüncəni yaymaq üçün ifadəli bir dil rolunu oynamış və ilahi təlimləri insanların qəlb və ruhuna ən gözəl şəkildə çatdırmağı bacarmışdır.
İslam məzhəbinin yaradıcılığa diqqət yetirməsi və ondan faydalanması səbəbindən, dinin böyük alimləri və Elmi Hövzələrinin dəyərli şəxsiyyətləri bu gözəl yaradıcılığa yönəlmiş elm və fiqh sahəsində tarix boyu alimlərdən və hövzə tələbələrindən yüksək səviyyəli bədii əsərlərin meydana gəldiyinə şahid olmuşuq.
Elmi Hövzələri İdarəetmə Mərkəzinin “yaradıcılığa" göstərdiyi xüsusi diqqət əsas və mühüm bir addımdır. Bu isə müasir təbliğ sahəsində parlaq bir gələcəyin müjdəsini verəcəkdir.
“İlahi yaradıcılıq” festivalı, hövzə tələbələrinin müasir təbliğ sahələrindəki təsirli iştirakı ilə bağlı bir mənzərə təqdim edən və Elmi Hövzələrin təbliğində mühüm və strateji addımlardan biri hesab edilən tədbirdir. Onuncu buraxılışında festival “müasir təbliğ və süni intellekt” adlı xüsusi bölmə ilə zənginləşdirilmiş və hövzə rəhbərlərinin müasir təbliğə dair geniş və yüksək baxışını əks etdirmişdir.
Mən öz tərəfimdən bu festivalın təşkilatçılarına və icraçılarına əvvəlkindən də çox uğurlar arzulayır, Allah-Təalaya dua edirəm ki, qəlblərimizi dini təlimlərin nurundan doldursun və mədəni, bədii və təbliğ səylərimizi dünyaya ədalət və nur bəxş edəcək İmam Mehdinin (ə.f) zühuru yolunda qəbul olunmuş xeyirli səylərdən qərar versin.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun
Qum – Hüseyn Nuri Həmədani
Rəyiniz