Hözvə Xəbər Agentliyinin məlumatına görə, Elmi Hövzələrin İdarəetmə Mərkəzi Qumda 9 yanvar qanlı üsyanının (Allahın günü 9 yanvar 1978) 48-ci ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatın mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
«وَ ذَکِّرْهُمْ بِأَیَّامِ اللَّهِ إِنَّ فِی ذلِکَ لَآیاتٍ لِکُلِّ صَبَّارٍ شَکُورٍ» (ابراهیم/۵)
Bağışlayan və mehriban Allahın adı ilə
Şübhəsiz ki, biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır. (İbrahim, 5)
9 yanvar 1978, yalnız təqvimdə bir tarix deyil, xalqın ən qaranlıq Pəhləvi diktaturası dövründə cəsarət və fədakarlıqla işıq saçan, öfkə vulkanı kimi partlayan bir tarixi hadisədir. Həmin gün Qum şəhərinin əhalisi mərcəiyyət və vilayətin qorunması üçün sinəsini güllələrə sipər etdi. 9 yanvar 1978-ci il üsyanı, müasir İran tarixində dönüş nöqtəsi olub və 2,500 illik səltənət zülmünü sona çatdıran bir hərəkatın başlanğıcıdır.
O gün, Pəhləvi rejimin satqınları tərəfindən, şahın birbaşa əmri ilə, həzrət İmam Xomeyninin (ə) şəxsiyyətinə qarşı təhqir edildikdə, Qumun dindar və inqilabçı insanları o cümlədən müdrik din xadimlərinin uzaqgörənliyi ilə ayağa qalxdılar. Allahu Əkbər səsləri ilə xalqın mərcəiyyətə qarşı olan sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdilər. Göstərdilər ki, xalqın imanlı olması mədəni və siyasi hücumlara qarşı keçilməz qaladır.
Bu gün, biz həmin qəhrəmanlığın 48-ci ildönümünü qeyd edərkən, onun şücaət və şəfəqinin işığı Qəzza, Livan və müqavimət cəbhəsinin digər coğrafiyalarında da alovlanır.
9 yanvar 1978 şəhidlərinin qanı Niyavaran sarayının sarsılmış təməllərini sındırdığı kimi, bu gün də həmin hərəkat beynəlxalq sionizmin zəif təməllərini və qərbin getdikcə zəifləyən hegemonluğunun əsaslarını sarsıtdı.
Elmi Hövzələrin İdarəetmə Mərkəzi, 9 yanvar 1978 üsyanının dəyərli şəhidlərini və şərəf və qüdrət yolunda canlarını fəda edən bütün şəhidləri yad edərək bildirib:
Elmi Hövzələr, böyük İran xalqı ilə birgə, tam ayıq və diqqətli şəkildə düşmənin yeni fitnələrini və çoxşaxəli müharibələrini izləyir və icazə verməyəcək düşmən millətin birliyinə nüfuz etsin.
Hövzə tələbələri bir daha haqqın nümayəndəsi, İmam Zamanın (ə.f) varisi, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xameneiyə sədaqətlərini yenilənərək bildiriblər:
Allah kəlamının ucalması və İslam sivilizasiyasının gerçəkləşməsi uğrunda son nəfəslərinə qədər dayanacaqlar.
Elmi Hövzələrin İdarəetmə Mərkəzi
Rəyiniz