çərşənbə axşamı 13 yanvar 2026 - 22:56
İslam İnqilabının Ali Rəhbərinin 12 yanvar tarixində keçirilmiş genişmiqyaslı kütləvi aksiyalardan sonra İran xalqına ünvanladığı bəyanatı

Hövzə / İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei yayımladığı bəyanatında bu gün baş tutmuş genişmiqyaslı kütləvi aksiyalarda İran xalqının meydanda nümayiş etdirdiyi yüksək həmrəyliyi və yaradılan tarixi günü qiymətləndirərək təqdir etmişdir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri həzrət Ayətullah Xamenei etdiyi çıxışında bu gün keçirilmiş genişmiqyaslı kütləvi aksiyalarda İran xalqının həyata keçirdiyi böyük tarixi addımı yüksək qiymətləndirərək vurğulamışdır: İran xalqı özünü, iradəsini və milli kimliyini düşmənlərə nümayiş etdirdi və bu, ABŞ siyasətçiləri üçün açıq bir xəbərdarlıq oldu ki, saxtakarlıqlarına son qoysunlar və xain muzdlulara arxalanmasınlar.

İslam İnqilabının Rəhbərinin bəyanatının mətni:

Bağışlayan və mehriban Allahın adı ilə

Əziz İran xalqı!
Bu gün siz böyük bir iş gördünüz və tarixi bir gün yaratdınız. Qətiyyət və möhkəm iradə ilə səciyyələnən bu möhtəşəm aksiyalar, daxildəki muzdlular vasitəsilə həyata keçirilməsi planlaşdırılan xarici düşmənlərin bütün niyyət və planlarını puça çıxardı.

Böyük İran xalqı öz varlığını, əzmini və milli kimliyini düşmənə bir daha sübut etdi. Bu addım ABŞ siyasətçiləri üçün ciddi bir xəbərdarlıq idi ki, aldadıcı siyasətlərini dayandırsınlar və xain muzdlulara etimad etməsinlər.

İran xalqı güclü və qüdrətlidir, ayıq-sayıqdır, düşməni tanıyır və hər zaman hadisələrin mərkəzində fəal şəkildə iştirak edir.
Allahın rərməti daim sizin üzərinizdə olsun.

Seyid Əli Xamenei
12 yanvar 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha