çərşənbə axşamı 13 yanvar 2026 - 22:56
Ayətullah Ərafi İran xalqının 12 yanvar yürüşündə etdiyi iştiraka görə təşəkkürü \ Məsul şəxslər xalqın rifahı və ölkənin tərəqqisi üçün qətiyyətli şəkildə tədbir görməlidirlər

Hövzə / Elmi Hövzələrin rektoru 12 yanvar yürüşündə xalqın şücaətli iştirakına dair çıxışında bildirib: Bütün məsul şəxslər xalqın rifahını təmin etmək və ölkənin tərəqqisini təmin etmək məqsədilə qətiyyətlə və məqsədyönlü şəkildə tədbir görməlidirlər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Elmi Hövzələrin rektoru həzrət Ayətullah Ərafi, 12 yanvar tarixində keçirilmiş möhtəşəm və izdihamlı yürüşdə İran xalqının şücaətli iştirakına görə dərin təşəkkürünü bildirmişdir.

Elmi Hövzələrin rektorunun etdiyi çıxışının tam məzmunu aşağıdakı kimidir:

12 yanvar tarixində baş tutan möhtəşəm və izdihamlı yürüş İranın, İslamın və İslam İnqilabının tarixində yeni bir səhifə açdı. Vətənimizin şərəf və qüdrətinə, eləcə də İslam müqavimətinə güc qatdı. Bu yürüş həmçinin bir aynadır ki, orada İran xalqının və gənclərinin zəka və görkəmliliyi həmçinin düşüncə, fikir və müdrikliyi  parlaq və ecazkar şəkildə əks olunmuşdur. Biz uca və qüdrətli Allahdan bu böyük nemət və hidayətlərinə görə şükr edir, bu şüurlu xalq qarşısında baş əyir və onların gündən-günə artan böyüklüyü, xoşbəxtliyi və problemlərinin həlli üçün Allahdan yardım diləyirik.

Biz bütün xalqa xüsusilə əziz gənclərə o cümlədən uzaqgörən və fədakar ruhanilərə, elmi hövzələrə, mərcəyi-təqlidlərə o cümlədən elm, universitet və mədəniyyət mərkəzlərinə səmimi qəlbdən öz minnətdarlığımızı bildiririk. Bu böyük qəhrəmanlıq mesajı düşmənlər və bədxahlar üçün İran xalqının qüdrət və möhkəm müqavimətinin simvolu olmuşdur. Eyni zamanda bu hərəkət İslamın, İnqilabın və İranın dostlarına ümid və hazırlıq mesajı vermişdir.

Hər bir məsul şəxs və ruhaniyyət bu möhtəşəm iştirak və oyanış qarşısında daha çox təvazökarlıq və xidmətlə çıxış etməli, geniş mədəni, sosial və iqtisadi cihadı planlaşdırmalı və xalqın rifahını təmin etmək, ölkənin tərəqqisini təmin etmək məqsədilə qətiyyət və fədakarlıqla hərəkət etməlidirlər.

Allahdan bütün şəhidlərimizə və İmam Xomeynin (r) müqəddəs ruhuna rəhmət diləyirik.

 Ayətullah Əlirza Ərafi

Elmi Hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha