çərşənbə axşamı 20 yanvar 2026 - 19:09
İslam ümməti Ayətullah Xamenei ilə bağladığı əhdə son nəfəsinə qədər sadiq qalacaq

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi xəyalpərəst ABŞ prezidentinin bihudə və mənasız bəyanatlarına reaksiya olaraq bəyan edib: İslam ümməti həzrət Məhəmməd (s) peyğəmbərin ardıcılları olaraq «أَشِدَّاءُ عَلَی الْکُفَّارِ» ayəsinin təzahürü kimidir. İmam Zamanın (ə.f) naibi Ayətullah Xamenei ilə bağladığı əhd və peymana son ana qədər sadiq qalacaqdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi İslam İnqilabının Ali Məqamlı Rəhbərinə qarşı Trampın səviyyəsiz bəyanatlarına cavab olaraq yaydığı bəyanatın tam mətni aşağıdakı kimidir:

بسم الله الرحمن الرحیم

«وَإِنِّی لَأَظُنُّکَ یَا فِرْعَوْنُ مَثْبُورًا» (İsra / 102)

Bağışlayan və mehriban Allahın adı ilə 

 Ey Firon! Mən də sənin məhv olduğunu düşünürəm.

ABŞ-da hakim olan fironabənzər şəxsin (Trampın) həzrət Ayətullah Xamenei (Allah onu qorusun) barəsində səsləndirdiyi həyasız və səviyyəsiz ifadələr bu şeytansifət, alçaq və çirkin zatın mahiyyətindən qaynaqlanır. Bu sözlər bir tərəfdən onları səsləndirənin təkəbbür və qürurunun ən yüksək həddə çatdığını göstərir, digər tərəfdən isə həmişə meydanda olan İran İslam Respublikasının müqaviməti qarşısında acizlik və zəlilliyini nümayiş etdirir.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi xəyalpərəst ABŞ prezidentinin bihudə və mənasız bəyanatlarını qətiyyətlə pisləyərək bəyan edib:

İnqilabın Ali Məqamlı Rəhbərinə qarşı yönəlmiş təhqir və hər cür təcavüz qarşısında biz əsla susmayacağıq. İlahi qanun Allahın vəlilərinə kömək və yardım göstərmək üzərində qurulmuşdur. Tarix təkəbbür sahiblərinin aqibətini zillət və rüsvayçılıqdan başqa bir şey olmadığı həqiqətini açıq şəkildə sübut etmişdir.

«إنّ الله یذلّ کلّ جبّار، و یُهین کلّ مختال»

 «Həqiqətən, Allah hər bir zalım və təkəbbürlünü zəlil edər və hər bir lovğanı rüsvay edər».

İslam ümməti həzrət Məhəmməd (s) peyğəmbərin ardıcılları olaraq «أَشِدَّاءُ عَلَی الْکُفَّارِ» (Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birinə qarşı mərhəmətlidirlər) ayəsinin təzahürü kimidirlər.  İmam Zamanın (ə.f) naibi Ayətullah Xamenei ilə bağladığı əhd və peymana son ana qədər mətinliklə və qətiyyətlə sadiq qalacaqdır.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha