Hövzə Xəbər Agentliyinin məlumatına görə, böyük dini mərcəyi-təqlidlərdən olan Ayətullah Cəfər Sübhani öz dərsində Qurani-Kərimin ayələrinə istinad edərək İran İslam Respublikasında baş vermiş fitnələri keçici və sabit olmayan hadisələr kimi xarakterizə edib.
Qurani-Kərimdə fitnələrin “suyun üzərindəki köpüyə” bəzədilməsi
أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir. (Yuxarıdakı ayədə Allah-Təala haqqı və haqq əhlini göydən yağan yağışa, batili və batil əhlini isə suyun üzündəki köpüyə bənzətmişdir. Su insanlar üçün faydalıdır, ancaq köpüyün insanlara heç bir faydası yoxdur. Yenə bu ayədə möminlər qızıl və gümüş mədənlərinə bənzədilmişlər ki, həqiqətən də bunlardan insanlar çox faydalanırlar. Ancaq əridilən qızıl və gümüşün köpüyü tullanır və ondan heç kim istifadə etmir. Kafirlər də məhz bu köpüyə bənzədilmişlər.)
(Rəd surəsi, 17-ci ayə)
Ayətullah Sübhani Rəd surəsinin 17-ci ayəsinə istinadən bildirib: Bu ayədə olduğu kimi, göydən endirilən yağış daşqın zamanı köpükləri gətirir. Bu köpüklər yalnız bir neçə saat və ya maksimum bir neçə gün mövcud olur, amma təmiz və dayanıqlı su yerdə qalır və insanlar ondan bir müddət faydalanır.
Nuje çevrilişindən indiyə qədər tarixdə baş verən fitnələr “köpüyə” bənzəyir
Ayətullah Sübhani, Qurani-Kərim təmsilini (bənzətmə) keçmiş və indiki hadisələrə tətbiq edərək əlavə edib: İran İslam Respublikasında baş vermiş ardıcıl fitnələr məhz həmin köpüklərdir. İnqilabın əvvəlində Nuje çevrilişi kimi hadisələr baş verib, sonrakı illərdə digər fitnələr meydana çıxdı və son onillikdə gördüyünüz hadisələr də eyni xarakter daşıyır. Bunlar suyun üzərində yaranan körpüyə bənzəyir. Yalnız bir neçə dəqiqə, bir neçə saat və ya maksimum bir neçə gün görünür, sonra isə yox olur. Əsl həqiqətlər və xalqın xeyrinə olanlar isə saf su kimi davamlı və qalıcıdır.
Hazırkı təhlükəsizlik xalqın həmrəyliy və uzaqgörənliyinin nəticəsidir
Ayətullah Sübhani ölkənin indiki təhlükəsizliyini xalqın həmrəyliyi və uzaqgörənliyi ilə əlaqələndirərək bildirib: Bu gün ölkədə hökm sürən təhlükəsizlik və onun çətiri altında fikir mübadiləsi aparmaq xalqın sayəsində əldə olunub. Bu xalq, əslində, təhlükəsizliyi yenidən ölkəyə qaytarmışdır.
Dövlətin vəzifəsi: Şəhid ailələrinə dəstək və zərərçəkmişlərin kompensasiyası
Ayətullah Sübhani qeyd edib: Dövlət ilk növbədə təhlükəsizlik şəhidlərinin (polis əməkdaşları) ailələrini ziyarət etməli, müqəddəs məkanlara, o cümlədən məscidlərə dəymiş ziyanı ən qısa müddətdə bərpa və kompensasiya etməlidir.
Ayətullah Sübhani sonda din xadimlərinin və ruhanilərin vəzifəsinə toxunaraq deyib: Bizim də borcumuz odur ki, imkan daxilində bu hörmətli ailələrə dəstək göstərək.
Xəbərin sonu
Rəyiniz