Hövzə Xəbər Agentliyi | Həzrət Ayətullah Məkarim Şirazi vurğulayıb ki, İslam ümmətinə və onun hakimiyyətinə zərbə vurmaq məqsədilə Ali Məqamlı Rəhbəri və mərcəyi-təqlidləri təhdid edən və ya hər hansı təcavüzə yol verən hər bir şəxs və ya rejim İslam düşməni (müharib) hökmündədir. Müsəlmanlar və ya İslam dövlətləri tərəfindən onunla əməkdaşlıq və əlaqələrin gücləndirilməsi haramdır.
Aşağıda həzrət Ayətullah Məkarim Şirazinin mövqeyi prizmasından son dövr ictimai-siyasi hadisələrinin elmi təhlilini oxuya bilərsiniz:
Son günlərdə baş verən hadisə və olaylar hər bir vicdanlı insanı narahat etmişdir. Bu xalq öz müstəqilliyi və izzəti naminə ağır bədəl ödəmişdir və bu gün düşmən əvvəlkindən daha ciddi şəkildə, öz xəyalına əsasən bu torpağa və onun xalqına zərbə vurmaq üçün sui-qəsd planları qurduğu bir zamanda, biz hər zamankından daha güclü şəkildə öz birliyimizi qorumalıyıq. Buna görə də, aşağıdakı bir neçə zəruri və vacib məqama diqqətinizi yönəltməyi lazım bilirəm: [1]
Xalqın dolanışığı praktik tədbirlər tələb edir
İqtisadi vəziyyət və xalqın dolanışığında mövcud olan problemlər hamını narahat edir. Bu arada dövlət xalqın dolanışığına kömək məqsədilə müəyyən məbləğ ayırmışdır. Bu yaxşı bir addım idi, lakin dərhal əsas istehlak mallarının valyutasını kəsdi və bu, bütün mallara təsir göstərərək xalqın üzərindəki təzyiqləri daha da artırdı. [2]
Şübhəsiz ki, xalqın dolanışıq vəziyyəti, nəzarətsiz bahalaşma və qiymətlərin qeyri-sabitliyi sosial narazılıqların əsas amillərindən biridir. Sabit maaş alan işçilər və əməkhaqqı ilə dolanan şəxslər qiymətlərin gündəlik artımı ilə ayaqlaşa bilmirlər və məhz bu məsələ etirazlara səbəb olur. Lakin hamı, xüsusilə də cəmiyyətin ziyalı insanları və təsir gücünə malik şəxslər diqqətli olmalıdırlar ki, bu haqlı etirazlar sui-istifadə üçün zəminə çevrilməsin. [3]
Həqiqətin üzə çıxmaı
Ölkədə son vaxtlar baş vermiş iğtişaşlar və terror hadisələri zamanı təxribatçıların əsl siması üzə çıxdı və İsrail də bu iğtişaşlarda rol oynadığını etiraf etdi.
Şübhəsiz ki, məscidlərin, ictimai məkanların, tacirlərin yaşayış və iş yerlərinin, bankların və xalqın digər əmlakının dağıdılmasına yönəlmiş hər hansı bir əməl, dövlətə və İslama qarşı mübarizə növüdür. [4]
Böyük illüziya (gerçək olmayan)
ABŞ prezidenti xəyallara qapılmışdır və Trampın əsas sərmayəsi yalandan ibarətdir. Tramp İran İslam Respublikasının süqutu xəlyalı ilə yaşayır. ABŞ dövlət adamları düşünürdülər ki, iqtisadi təzyiqlər vasitəsilə İran xalqı onların qarşısında diz çökəcək və danışıqlar masasına gələcəkdir, lakin onlar (xalq) göstərdilər ki, bu məsələ yalnız boş bir xülyadan başqa bir şey deyil.
Şübhəsiz ki, heç bir öhdəliyə (müqavilə) sadiq qalmayan Amerika ilə danışıqlar məntiqli və ağıla uyğun deyildir. Heç bir öhdəliyə əməl etməyən və imzaladığı razılaşmanı kameralar qarşısında məhv edən bir ölkə ilə yenidən danışıqlar aparmaq olmaz.
Sanksiyalar da zəiflik və acizlikdən qaynaqlanan bir silahdır. Sanksiyaları yalnız sanksiyadan başqa heç bir iş bacara bilməyən ölkə tətbiq edir və ilahi lütf sayəsində düşmənlərin bu sui-qəsdi də xalqın və məsul şəxslərin müqaviməti və davamiyyəti ilə aradan qaldırılacaqdır. [5]
Biz Ali Məqamlı Rəhbərə qarşı həssasıq
ABŞ-ın aciz başbilənləri son dərəcə zəiflik içində və ağılsızlıqdan irəli gələrək İslam İnqilabının Ali Məqamlı Rəhbərini təhdid etməyə başlayıblar.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin varlığı şiə məzhəbinin, hətta İslam ümmətinin varlığının qoruyucusu kimi, bizim etiqadımızda son dərəcə həssas bir nöqtədir və heç bir saleh və azad müsəlman bu təhdidi qəbul etməz. Buna görə də zəruridir ki, dünyanın hər yerində müsəlmanlar və azadlıqsevər insanlar mümkün olan hər bir formada ona dəstək verməyə və hər cür hörmətsizliyi pisləməyə təkid etsinlər. Qoy hamıya bəlli olsun: Dünyadakı İslam ümmətləri onların qarşısında dayanmışdır.
Silahlı qüvvələr də indiyədək olduğu kimi qüdrətlə düşmənə meydanı daraltdıqları kimi, təşəbbüs göstərməklə, qəfil zərbələr endirməklə və qarşı cəbhəyə təsirli zərbələr vurmaqla elə bir tədbir görməlidirlər ki, düşmən özünə bu cür düşüncələrə və bu cür təhdidlərə yol vermək cəsarəti tapmasın. [6]
Süqut qətidir!
Amerika həm öz xalqına, həm də dünya xalqlarına zülm edən ən mühüm ölkədir. Biz inanırıq ki, bu cür bir hakimiyyət davamlı olmayacaq. Çünki zülmün qalıcı olmadığına etiqad edirik. Buna görə də gec-tez bunlar aradan gedəcək və inşallah gələcək haqq axtaranların ixtiyarında olacaqdır. Necə ki, Qurani-Kərimdə açıq şəkildə buyurulmuşdur:
«أَنَّ الْأَرْضَ یَرِثُهَا عِبَادِیَ الصَّالِحُونَ؛ [7]
“Yer üzünə saleh qullarım varis olacaqdır!”.
İnşallah, Həzrət Mehdi (ə.f.) zühur etdikdə bütün yer üzü ilahi ədalət bayrağı altına toplaşacaqdır. [8]
Müharib (İslam düşməni) hökmü
İslam ümmətinə və onun hakimiyyətinə zərbə vurmaq məqsədilə Ali Məqamlı Rəhbəri və mərcəyi-təqlidləri təhdid edən və ya hər hansı təcavüzə yol verən hər bir şəxs və ya rejim İslam düşməni (müharib) hökmündədir. Müsəlmanlar və ya İslam dövlətləri tərəfindən onunla hər cür əməkdaşlıq və əlaqələrin gücləndirilməsi haramdır.
Zəruridir ki, dünyanın hər yerində bütün müsəlmanlar bu düşmənləri öz söz və səhvlərindən peşman etsinlər və əgər bu yolda çətinlik və ya zərərə məruz qalsalar, inşallah Allah yolunda mücahid savabına nail olarlar. [9]
Trampın Sepaha qarşı olan kini
ABŞ prezidenti ixtilaf yaratmaq və intiqam almaq məqsədilə, terrorçularla mübarizənin ön sıralarında yer alan İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçular siyahısına daxil etdi. Bu ittihamla millətimizin təbəqələri arasında parçalanma yaratmaq və onları xalqdan ayırmaq istəyir.
Lakin, ABŞ başbilənlərinin istək və məqsədlərinin əksinə olaraq, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xalq arasındakı mövqeyi daha da ucaldı və möhkəmləndi.
Dünyanın bütün müdrik insanları etiraf edirlər ki, əgər İnqilab Keşikçiləri Korpusu yardım etməsəydi, Amerika siyasətlərinin məhsulu olan qəddar və terrorçu İŞİD qüvvələri Bağdadı, Dəməşqi, hətta Beyrutu ələ keçirərdilər. Şübhəsiz ki, dünya terrorunun başçısı olan bir dövlət tərəfindən SEPAH-ın terrorçu siyahısına salınması axmaq bir addım idi. Düşmən millətimizi parçalamaq və ixtilafa sürükləmək niyyətində idi. Lakin Allaha şükürlər olsun ki, düşmən bundan əks nəticə əldə etdi. [10]
İranın işğalı arzusunda
Amerika regional nüfuzunu genişləndirməyə çalışır. Bu məqsədə çatmaq üçün dünyanın müxtəlif guşələrində müharibə alovunu qızışdırmağa məcburdur.
Maddi dünyanın bugünkü müharibə qızışdıranları heç vaxt “Allah rizası üçün döyüşürük” demirlər, lakin müharibə yaratmaq və öz üçlü “hədəflərinə” çatmaq üçün müəyyən “bəhanələr” irəli sürür və həmin bu üç bəhanə pərdəsi altında müharibəyə başlayırlar.
İnsan haqları!
Qeyd olunan üç hədəfdən birinin ardınca gedən bəzi ölkələrdə “insan haqlarını” bəhanə edərək geniş təbliğat aparır, dünya xalqlarının zehniyyətini həmin ölkə ilə “müharibəyə” hazırlayırlar. Daha sonra bu “yalançı şüar” pərdəsi altında həmin ölkəyə “hücum” edir və onu “işğal” edirlər, əslində isə öz nəzərdə tutduqları məqsədləri güdürlər.
Demokratiya!
Xalqın bir-birinin üzərində olan hakimiyyəti müharibə edənlərin digər bir bəhanəsidir. Onlar cinayətkar Səddamın diktatura rejimini devirmək və “demokratiya” yaratmaq adı ilə İraqa hücum etdilər. Lakin bu, məsələnin zahiri tərəfidir və onların həqiqi məqsədi İraqın “neft quyuları idi”.
Azadlıq!
Müharibə edənlərin digər yalançı pərdə arxasında gizlətdiyi hədəfi ölkədə “azadlığın” olmamasıdır. Onlar azadlıq uğrunda mübarizə apardıqlarını iddia edərək digər ölkələri “işğal” edir və azadlıq adı altında həmin ölkənin xalqını və dövlətini öz ehtiraslarının “əsirinə” çevirirlər.
Bunlar müasir dünyada müharibələrin məqsədləridir ki, insan haqları, demokratiya və azadlıq pərdələri altında zaman-zaman dünyanın bir guşəsində alovlanır. [11]
Son söz: (Güclü İran: arzudan əmələ)
Əziz övladlarım! Qoymayın düşmən sizin haqlı tələblərinizdən sui-istifadə etsin, bu bəhanə ilə müqəddəslərə hörmətsizlik göstərsin, ictimai əmlakı, ictimai məkanları və məscidləri dağıtsın, hətta şəxsi əmlaka və insanların toxunulmazlığına təcavüz etsinlər. Siz öz yolunuzu onlardan ayırmalısınız.
Əzizlərim! Hamımız çalışmalıyıq ki, təhlükəsizliyin keşiyində duran qüvvələr cəmiyyətə tam sakitliyi yenidən qaytarsınlar. Suriya, Liviya və onlara bənzər ölkələrə baxın ki, necə həm izzət və təhlükəsizliklərini itirdilər, həm də xarici düşmən onların üzərində hökmran oldu! Onlar (xarici düşmənlər) bizim xeyrimizi istəmirlər, əksinə bu torpağa zərbə vurmaq və onun sərvətlərini ələ keçirmək niyyətindədirlər.
Bütün İran xalqı və etnik qruplar o cümlədən türk, kürd, lor, ərəb, fars, bəluç və digərləri bilməlidirlər ki, yalnız vahid və güclü İran hamının təhlükəsizliyini və rifahını təmin edə bilər.
Bəzi qurumların xüsusilə də ailələrin vəzifəsi, reallıqları izah etmək, güclü və ümidverici məqamları önə çəkməklə yeniyetmə və gənclərə düzgün yol göstərməkdir. Çünki ölkənin əsas sərmayəsi məhz şübhə və fəsad hücumuna məruz qalan bu pak qəlblərdir. [12]
Şübhəsiz ki, bütün cəbhələrdə bizim üstün mövqeyimizi təmin edən və edəcək əsas amil xalqımızın və döyüşçülərimizin imanıdır. Buna görə də bu çətin şəraitdə bütün imanlı insanlar o cümlədən möminlər ixlasla uca Allahın dərgahına əl açmalı, fərdi və kollektiv şəkildə dua və yalvarışdan, həmçinin pak Məsumların (ə) mübarək dərgahına təvəssüldən geri qalmamalıdırlar. Çünki düşməniniz kim olursa-olsun, yenə də:
«يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ؛
Allahın əli onların əllərinin üstündədir». [13]
Ümidvaram ki, (Şaban ayının ) bu mübarək gün və gecələrində bu ölkə və bu nizam həzrət İmam Zamanın (ə.f) himayəsi altında, xalqın və məsul şəxslərin birgə iştirakı ilə bədxahların hər cür zərərindən amanda qalsın. İnşallah. [14]
Mənbə:
Həzrət Ayətullah Məkarim Şirazinin bəyanatları
[1] Son dövrlərdə ölkədə baş verən hadisələrdən sonra Həzrət Ayətullah üzma Məkarim Şirazinin müraciətinin mətni 10.01.2026
[2] Həzrət Ayətullah üzma Məkarim Şirazinin Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi Riyasət Heyətinin üzvləri ilə görüşdəki çıxışı 12.01.2026
[3] Həzrət Ayətullah üzma Məkarim Şirazinin Milli Media rəhbəri ilə görüşdəki çıxışı, 02.01.2026
[4] Həzrət Ayətullah üzma Məkarim Şirazinin Qum Elm Hövzəsinin Müəllimlər Birliyi Riyasət Heyətinin üzvləri ilə görüşdəki çıxışı 12.01.2026.
[5] Həzrət Ayətullah üzma Məkarim Şirazinin Elm, Tədqiqat və Texnologiya naziri ilə görüşdəki çıxışı, 18.07.2019
[6] İslam İnqilabının Ali Məqamlı Rəhbərinə qarşı hörmətsizlikdən sonra Həzrət Ayətullah üzma Məkarim Şirazinin (Allah onu qorusun) müraciətinin mətni 19.07.2025
[7] Ənbiya surəsi, 105-ci ayə
[8] Həzrət Ayətullah üzma Məkarim Şirazinin ABŞ-da İslam Ümməti Hərəkatının lideri Luis Fəraxan ilə görüşdəki çıxışı 07.10.2018
[9] ABŞ-ın İslam İnqilabının Ali Məqamlı Rəhbərinə qarşı təhdidləri ilə bağlı verilən istiftata Həzrət Ayətullah üzma Məkarim Şirazinin cavab mətni 29.07.2025
[10] Tərhe no dər məsayel əxlaqi (Əxlaq məsələlərində yeni baxış) cild 2, səh. 244.
[11] Əz to sual mikonən (Səndən soruşurlar), səh. 68.
[12] Son dövrlərdə ölkədə baş verən hadisələrdən sonra Həzrət Ayətullah üzma Məkarim Şirazinin müraciətinin mətni 10.01.2026
[13] Fəth surəsi, 10-cu ayə,
İslam İnqilabının Ali Rəhbərinə qarşı hörmətsizlikdən sonra Həzrət Ayətullah üzma Məkarim Şirazinin (Allah onu qorusun) müraciətinin mətni 19.07.2025
[14] Son dövrlərdə ölkədə baş verən hadisələrdən sonra Həzrət Ayətullah üzma Məkarim Şirazinin müraciətinin mətni, 10.01.2026
Xəbərin sonu
Rəyiniz