cümə 23 yanvar 2026 - 23:28
Məhdəviyyət mövzuları (30) | Dualarda İmam Zamanın (ə.f) vəsfi

Hövzə / İmam Zamanın (ə.f) sifət və xüsusiyyətlərinə diqqət yetirmək imamla əlaqənin möhkəmlənməsinə həmçinin əlaqənin geniş və daha səmərəli olmasına səbəb ola bilər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, «İdeal cəmiyyətə doğru» adlı məhdəviyyət mövzuları silsiləsi, İmam Zamanla (Allah onun zühurunu tezləşdirsin) bağlı elm və maarifin yayılması məqsədi ilə hörmətli ziyalı oxucuların diqqətinə təqdim olunur.

Məhdəviyyət dualarında İmam Məhdi (ə.f) elə sifətlərlə təqdim edilir ki, onların hər biri onun şəxsiyyətini tanıdır və bu sifətlərə diqqət yetirilməsi ona olan etiqadın möhkəmlənməsinə, eləcə də imamın şəxsiyyəti ilə daha dərin ünsiyyət və əlaqənin formalaşmasına səbəb olur.

Aşağıda imamın bəzi sifətlərinə işarə olunub.

عَلَم‌المَنصُوب

“Qaldırılmış bayraq” mənasını ifadə edir. Çünki onun varlığı haqq axtaranları həqiqətə yönəldən bir hidayət bayrağıdır və onun hidayəti olmadan insanlar qeyb dövrünün fitnə və azğınlıqlarına düçar olurlar.

“Ali-yasin ziyarətində” oxuyuruq:

«السَّلَامُ عَلَیکَ أَیهَا … العَلَمُ المَنصُوب»

سَفینَةُ‌النَّجاة

“Nicət gəmisi” mənasını daşıyır. Çünki kim İmam Məhdinin (ə.f) imamətinə etiqad edər və ona itaət etməyə sadiq qalarsa, nicat əhli olacaqdır və şübhəsiz ki, bu yoldan başqa bir nicat yolu mövcud deyildir.

İmam Zaman (ə.f) haqqında olan ziyarətlərin birində deyilir:

«اللَّهُمَّ صَلِّ عَلَی خَلِیفَتِکَ‌ فِی‌ بِلَادِکَ‌ …. سَفِینَةِ النَّجَاةِ»

“İlahi! Nicat gəmisi olan öz xəlifənə rəhmət və bərəkətini göndər"

وَارِثُ عُلُومِ‌ النَّبِیین

“Peyğəmbərlərin elminin varisi” mənasındadır. Çünki İmam Məhdi (ə.f) Allah-Təalanın yer üzərində olan sonuncu höccəti həmçinin bütün peyğəmbərlərin və övliyaların yer üzərində olan varisidir. Rəvayətlərə əsasən, Allahın peyğəmbərlərinə nazil etdiyi ilahi elmlərin hamısı İmam Məhdinin (ə.f) vücudunda cəmlənmişdir.

“Müqəddəs Sərdab ziyarətində” İmam Zamana (ə.f) xitabən deyilir:

«السَّلَامُ عَلَیکَ یا وَارِثَ‌ عُلُومِ‌ النَّبِیین»


“Salam olsun sənə, ey peyğəmbərlərin elminin varisi!”

Ali-yasin ziyarətində isə İmam Zamanın (ə.f) elm və biliyi belə vəsf olunur:

«السَّلَامُ عَلَیکَ أَیهَا …. الْعِلْمُ‌ الْمَصْبُوب»


“Salam olsun sənə ey elm sahibi"

Bütün nöqsandan uzaq və məsum

İmam Məhdinin (ə.f) varlığı hər cür günah və çirkinlikdən pak, istənilən növ mənəvi natəmizlikdən uzaqdır. Çünki o, Allahın seçilmiş höccəti, bütün bəşəriyyətin yolgöstərəni və rəhbəridir.

İmam Rzadan (ə) nəql olunan duaların birində buyurulur:

«عَصَمْتَهُ‌ مِنَ‌ الذُّنُوبِ‌ وَ بَرَّأْتَهُ مِنَ الْعُیوبِ وَ طَهَّرْتَهُ مِنَ الرِّجْسِ وَ سَلَّمْتَهُ مِنَ الدَّنَس»


“İlahi! Sən onu bütün günahlardan qorudun, hər cür eyibdən uzaqlaşdırdın, bütün çirkinliklərdən pakladın və hər növ natəmizlikdən amanda saxladın.”

Sığınacaq və insanların pənahgahı

İmam Məhdi (ə.f) bütün insanların sığındığı pənahgahdır. Çətinliklər və bəlalar zamanı ən yaxşı köməkçi, ən mühüm və ən etibarlı dayaqdır.

Əhd duasında deyilir:

«وَ اجْعَلْهُ اللَّهُمَ‌ مَفْزَعاً لِمَظْلُومِ عِبَادِکَ وَ نَاصِراً لِمَنْ لَا یجِدُ لَهُ نَاصِراً غَیرَک‌»

“İlahi! Onu məzlum bəndələrinin sığınacağı et və səndən başqa yardımçısı olmayanlara yardımçı qərar ver.”

Nüdbə duasında isə belə deyirik:

«اللَّهُمَّ وَ نَحْنُ عَبِیدُکَ التَّائِقُونَ إِلَی وَلِیکَ المُذَکِّرِ بِکَ و بِنَبیکَ خَلَقْتَهُ‌ لَنَا عِصْمَةً وَ مَلَاذاً، وَ أَقَمْتَهُ لَنَا قِوَاماً وَ مَعَاذا»


“İlahi! Biz Sənin bəndələrinik və sənin höccətini sevənlərik. O höccətin bizə səni və peyğəmbərini xatırladır. Sən onu bizim üçün din və imanımızın qorunması və sığınacağı olaraq yaratdın, onu bizə dayaq və pənahgah qərar verdin.

və.s...

Bu mövzuların ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha