Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədaninin İran İslam Respublikasının Ətraf Mühit Riskləri və Milli Təhlükəsizlik mövzusunda keçirilən Ümumrespublika konfransına ünvanladığı müraciətin mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Allahın sevimlisi və onun seçdiyi peyğəmbərə (s) və onun pak Əhli-beytinə, həmçinin yer üzündə Allahın sonuncu höccəti olan Bəqiyyətullaha (ə.f) salam olsun.
Onların bütün düşmənlərinə isə qiyamət gününədək daim lənət olsun.
Uca Allah maddi və mənəvi inkişaf, kamillik və səadət yolunda insan üçün pak və sağlam həyat şəraitini təmin etmiş, təbiəti və ətraf mühiti bir əmanət olaraq bəşəriyyətin ixtiyarına vermişdir. Ona ehtiyac duyduğumuz hər şeyi sonsuz nemətlərdən bizim üçün yaratmış və ram etmişdir. Təbiət və ətraf mühitin qorunması, dirçəldilməsi və yaxşılaşdırılması nemətə şükrün və əmanətin qorunmasının bariz nümunəsidir. Həmçinin bu iş şəri baxımdan vacib bir vəzifə olmaqla yanaşı, bəşər cəmiyyətinin bütün fərdlərinin ortaq məsuliyyətidir.
Həzrət Əmirəl-möminin Əli ibn Əbu Talib (əleyhissalam) buyurur:
(اِتَّقُوا اللّه فی عِبادِهِ و بِلادِهِ فإنّکُم مَسؤولُونَ حتّی عنِ البِقاعِ و البَهائمِ، أطِیعُوا اللّه و لا تَعصُوه (خطبه ۱۶۶ نهج البلاغه )
«Allah bəndlərinin haqları müqabilində həmçinin digər işlərdə təqvalı olun. Çünki hətta yerlər və heyvanlar üçün də məsuliyyət daşıyırsınız. Ona görə də Allaha itaət edin və ona asi olmayın.» (Nəhcül-Bəlağə, xütbə 166)
Buna əsasən, ətraf mühitin qorunması ilahi və vacib bir vəzifədir. Bu vəzifə dənizlər, göllər, çaylar, su sədləri, bataqlıqlar, yeraltı sular, meşələr, torpaq, otlaqlar və havanın mühafizəsi, bərpası və yaxşılaşdırılması, bioloji müxtəlifliyin qorunması, bu resurslardan onların daşıma qabiliyyəti və bərpa potensialına uyğun şəkildə, qanunauyğun məhdudiyyətlərin tətbiqi ilə istifadənin tənzimlənməsini, dayanıqlılıq meyarları və göstəriciləri əsasında kompleks idarəetmənin həyata keçirilməsini, genetik resursların mühafizəsi və müxtəlif ekoloji sahələrdə texniki və ekspert göstəriciləri səviyyəsinədək inkişaf etdirilməsini əhatə edir.
Digər tərəfdən, ictimai mühitin qəsdən məhv edilməsi insanların hüquqlarının pozulmasına, başqalarına zərər vurulmasına, ictimai qanunların aradan getməsinə, nemətlərin dəyərsizləşdirilməsinə, nemətə qarşı naşükürlük və dini qadağanlara zidd hərəkətlərə səbəb olur. Bəzi hallarda, məsələn, müxtəlif növ çirklənmələr insan sağlamlığını təhlükəyə atdıqda, bu, dini məsuliyyətə (təminat və ya cəza) yol açır.
Qurani-Kərim, hədislər və Əhli-Beyt (ə) fiqhi mənbələri ətraf mühitin qorunmasına və onun məhv edilməsinin təhlükələrinə dair diqqəti açıq-aydın göstərir:
Qurani-Kərimdə yer üzündə onu islah fitnə-fəsadın qarşısını almaq üçün ayələr
İnsanların mənfi hərəkətləri nəticəsində dəniz və quru sahələrdə fəsadın açıq şəkildə tənqid olunması
Məhəmməd peyğəmbərin (s) ətraf mühiti qorumaq və hətta müharibə zamanı belə ağac kəsməmə tövsiyəsi
İmam Əlinin (ə) heyvanların və təbii sərvətlərin hüquqlarına dair tövsiyələri
Bunlar yalnız Qurani-Kərim və məsum İmamların (ə) ətraf mühitin qorunmasına dair təlimlərinin kiçik bir nümunəsidir.
Bundan əlavə, konstitusiyanın 40, 45, 50 və 176-cı maddələrində də bu məsələ gəlmişdir.
İran İslam Respublikasında ətraf mühit və təbii sərvətlərlə bağlı əsas misya, ətraf mühit təhlükələri və milli təhlükəsizlik məsələlərini əhatə edir.
Ətraf mühitin laqeydliklə idarə olunması: Hava çirklənməsi, torpaq çökməsi, meşələrin məhv edilməsi milli təhlükələrə səbəb olur.
Ətraf mühitin bərpasında xalq və könüllü təşəbbüslərinin rolu son dərəcə vacibdir.
Bu məqamda aşağıdakı məsələlərə xüsusi diqqət yetirmək zəruridir:
1. Ətraf mühit təhlükələrinin milli təhlükəsizlik üzərindəki müxtəlif aspektlərinə dair hərtərəfli fiqhi hökm və dini norma və prinsiplərin formalaşdırılması və izahında hövzələrin imkanlarından istifadə, eləcə də ətraf mühit təhlükələrinin milli təhlükəsizlik üzərindəki təsirləri barədə ümumi təhsil verilməsi üçün elit ekspertlərin və universitet mütəxəssislərinin imkanlarından geniş istifadə
2. Hava, su, torpaq və bioloji müxtəliflik kimi həyati resursların geniş və sistemli idarə olunması, xüsusilə hüquqi və struktur imkanların artırılması ilə xalqın iştirakı yanaşması çərçivəsində
3. Nəsildən-nəsilə ədalətin təmin olunmasına və ətraf mühit resurslarının davamlılığının qorunmasına diqqət
4. Müxtəlif qurumların koordinasiyası və xalqın əməkdaşlığı ilə ətraf mühitin yaxşılaşdırılmasına uyğun olaraq ümumi sağlamlığın və həyat keyfiyyətinin yüksəldilməsi
5. Milli təhlükəsizlik risklərinin aradan qaldırılması və ekoloji böhranlarla mübarizə aparmaq məqsədilə ətraf mühitin qorunması və inkişaf etdirilməsində idarəetmənin səmərəliliyinin gücləndirilməsi
Sonda İmam Hüseyn (ə) adına Universiteti tərəfindən təşkil edilən İran İslam Respublikasında ətraf mühitin zərərləri və milli təhlükəsizlik mövzusunda Ümumi Konfransın təşkilatçılarına öz təşəkkür və ehtiramımı bildirir, həmçinin konfransın məqsədlərinin həyata keçirilməsində zəhməti olan bütün iştirakçılara uğurlar arzulayıram. Həmçinin, Ali Rəhbər Ayətullah Xameneinin (Allah onu qorusun) uzun ömürlü və sağlam olmasını, İslam və ölkəmizin düşmənlərinin hiylə və məkirinin qarşısının alınmasını, bütün əziz xalqın, o cümlədən müsəlman ölkələrinin təhlükəsizliyinin təmin edilməsini, onlara qarşı təhlükələrin aradan qaldırılmasını, həmçinin İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) xüsusi diqqətinin yönəldilməsini arzulayıram.
Allahın rəhməti və bərəkəti üzərinizə olsun
Hüseyn Nuri Həmədanı
Rəyiniz