Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, «İdeal cəmiyyətə doğru» adlı məhdəviyyət mövzuları silsiləsi, İmam Zamanla (ə.f) bağlı təlim və maarifin yayılması məqsədi ilə siz dəyərli oxuculara təqdim olunur.
Məhdəviyyət dualarının araşdırılması və mütaliəsi, həmin həzrətin məqamlarının aydın mənzərəsini ortaya qoyur və ona etiqad bəsləyənlər üçün mərifət qapılarını açır. Bu məqamlardan bəzilərinə qısaca toxunuruq:
خلیفة الله، حجة الله
Ali-Yasin ziyarətnaməsində oxuyuruq:
«السَّلَامُ عَلَیکَ یا خَلِیفَةَ اللَّهِ وَ نَاصِرَ حَقِّهِ، السَّلَامُ عَلَیکَ یا حُجَّةَ اللَّهِ وَ دَلِیلَ إِرَادَتِه»
Salam olsun sənə, ey Allahın xəlifəsi və onun haqqının yardımçısı!
Salam olsun sənə, ey Allahın höccəti və onun dininin bələdçisi!
Aydındır ki, Allahın xəlifəsi olmaq və ilahi höccət məqamı Allah-Təalanın İmam Məhdi (ə.f) üçün müəyyən etdiyi ən uca məqamlardandır. O həzrət bu uca mövqedə öz dövründə misilsiz və tayı-bərabəri olmayan bir şəxsiyyətdir.
باب الله، سبیل الله
Allahın qapısı, Allahın yolu
Ali-Yasin ziyarətnaməsində oxuyuruq:
«السَّلَامُ عَلَیکَ یا بابَ اللَّهِ»
Salam olsun sənə, ey Allahın qapısı!
Həmçinin İmam Zamanın (ə.f) digər ziyarətnaməsində oxuyuruq:
«السَّلَامُ عَلَیکَ یا سَبِیلَ اللَّهِ الَّذِی مَنْ سَلَکَ غَیرَهُ هَلَک»
Salam olsun sənə, ey Allahın yolu, kim bu yoldan başqa bir yolla gedərsə, həlak olar.
“Allahın qapısı” ifadəsi bu həqiqəti aydın şəkildə ortaya qoyur ki, hər kim uca Allaha çatmaq və onun əmrlərinə itaət etmək həmçinin ilahi razılığı qazanmaq istəyirsə, bu məqsədə yalnız İmam Məhdiyə (ə.f) iman və onun imamətini qəbul etməklə həmçinin ona tam itaət yolu ilə nail ola bilər. Eyni məna “Allahın yolu” ifadəsində də təcəlli edir. Yəni Allaha və onun dərgahına aparan yeganə yol, Allahın vəlisi olan İmam Zamana (ə.f) iman, etiqad və itaətdən başqa bir şey deyil.
میثاق الله، وعد الله
Allahın əhdi, Allahın vədi
Ali-Yasin ziyarətnaməsində oxuyuruq:
«السَّلَامُ عَلَیکَ یا مِیثَاقَ اللَّهِ الَّذِی أَخَذَهُ وَ وَکَّدَهُ، السَّلَامُ عَلَیکَ یا وَعْدَ اللَّهِ الَّذِی ضَمِنَه»
Salam olsun sənə, ey Allahın əhd və peymanı
Salam olsun sənə, ey Allahın zəmanət verdiyi vədi!
“Allahın əhdi” ifadəsi onu göstərir ki, İmam Məhdi (ə.f) Allah-Taalanın bəndələrindən aldığı ilahi əhd və peymanın tam və kamil təcəssümüdür. İnsanların İmam Məhdi (ə.f) qarşısında götürdükləri öhdəlik, əslində bütün ilahi dinə və şəriətə sədaqətin göstəricisidir. Necə ki, ondan üz döndərmək və ondan ayrılmaq, Allahın bütün əhd və peymanlarını tapdalamaq mənasına gəlir.
“Allahın vədi” ifadəsi isə bu mənanı daşıyır ki, İmam Məhdi (ə.f) Qurani-Kərimdə verilmiş ilahi vədin yəni saleh bəndələrin hakimiyyətinin bərqərar olması, həmçinin yer üzünün bütün dəyər və yaxşılıqları özündə cəmləməsi o cümlədən ilahi hakimiyyətə gəlməsi, Allah vədinin aydın və bariz təcəssümüdür. O, Allahın yer üzərində olan bütün peyğəmbərlərin və övliyaların ideallarını gerçəkləşdirən, ilahi şəriəti və səmavi kitabları dirçəldən imamıdır. Bəli, O, Allahın zəmanət verdiyi vəd və bütün səmavi kitablarda müjdələnmiş şəxsdir. Onun zühurunun qarşısını heç bir qüvvə ala bilməyəcəkdir.
عینالله النّاظرة
Allahın görən gözü
İmam Rzadan (ə) nəql olunan bir duada oxuyuruq:
«وَ عَینِکَ النَّاظِرَةِ عَلَی بَرِیتِکَ وَ شَاهِدِکَ عَلَی عِبَادِک»
O, Sənin məxluqatın üzərində hər şeyi görən gözün və bəndələrin üzərində şahidindir.
Bu ifadələr onu göstərir ki, İmam Məhdi (ə.f) Allahın höccəti və nişanəsi olmaqla yanaşı, ilahi nəzarətin təcəssümüdür. İnsanların gizli və aşkar əməlləri ondan gizli qalmır, əksinə, o, bütün əməllərin şahidi və nəzarətçisidir. Bu həqiqətə iman gətirmək, insanın nəfsinin tərbiyəsi, əxlaqi saflaşması və mənəvi islahı baxımından son dərəcə mühüm rol oynayır.
İmam Məhdidən (ə.f) nəql olunan bir hədisdə belə buyurulur:
«فَإِنَّا نُحِیطُ عِلْماً بِأَنْبَائِکُمْ وَ لَا یعْزُبُ عَنَّا شَیءٌ مِنْ أَخْبَارِکُم»
Allahın bizə verdiyi elmi sayəsində sizin vəziyyətinizdən xəbərimiz var və sizin heç bir xəbəriniz bizdən gizli qalmır. (Əl-ihticac, c. 2, s. 495)
və s...
Bu mövzuların ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz