çərşənbə axşamı 3 fevral 2026 - 21:02
Əhd pozan dəstə ilə vəfalı ümmət arasında olan tarixi mübarizə zühura qədər davam edəcək

Hövzə / Ayətullah Əraki vəfalı ümməti Quranda xüsusi xitab olunan və ilahi vədin gerçəkləşməsinin tarixi yolunu daşıyan “yeni ümmət” kimi təqdim edərək deyib: "Bu gün də əhdini pozan dəstə ilə vəfalı ümmət arasında olan qarşıdurma davam edir və bu tarixi mübarizə zühura qədər davam edəcəkdir."

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Möhsün Əraki 2 fevral 2026-cı il bazar ertəsi günü günortadan sonra müqəddəs Cəmkəran məscidinin Bəqi şəbistanında keçirilən 21-ci beynəlxalq məhdəviyyət konfransında çıxış edərək müzakirəsinin əsas meyarını qaçılmaz tarixi sünnətlər kimi təqdim edərək bildirib: "Bu sünnətlər sonda İmam Zamanın (ə.f) rəhbərliyi ilə qlobal ədalət cəmiyyətinin qurulması və bərqərar olmasına gətirib çıxaracaq."

Elmi Hövzələrin Ali Şurasının üzvü bildirib: "Qurani-Kərimdə və məsumların (ə) rəvayətlərində cəmiyyətin formalaşması, cəmiyyətləri idarə edən qanunlar, ictimai dəyişikliklər və bəşər yolunun sonu haqqında geniş bir qayda mövcuddur. İlahi və ictimai qanunlar pozulmazdır və cəmiyyətlərin ümumi inkişaf prosesi məhz bu qanunlar əsasında irəliləyir."

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: "İnsan fərdi davranış sahəsində seçim sahibidir, amma ictimai hərəkət sahəsində tarixi proses qaçılmaz və müəyyən xarakter daşıyır və öz ilahi məqsədinə çatacaqdır."

Əhd pozan dəstə ilə vəfalı ümmət arasında olan tarixi mübarizə zühura qədər davam edəcək

Elmi Hövzə müəllimi rəvayətlərə istinad edərək bildirib: "Əgər dünyanın sonuna bir gün belə qalmış olsa , Allah o günü uzadacaq ki, haqqın hakimiyyətinə dair vədi yerinə yetsin."

Ayətullah Əraki tarixi proseslərə hakim olan ən mühüm ilahi sünnətlərdən birini “nemətin başqa nemət ilə dəyişdirilməsi qanunu” kimi dəyərləndirərək bildirib: Ümmətlər ilahi nemətlərə qarşı naşükürlük etdikləri təqdirdə süquta uğrayacaqlar. Qurani-Kərim bizə iki növ neməti tanıtdırır: Bütün insanlara şamil olan ümumi nemət və insanı kamalın ən ali mərtəbəsinə çatdıran kamil (tam) nemət.

Elmi Hövzələrin Ali Şurasının üzvü kamil neməti imamət ilə əlaqələndirərək bildirib: "Quranda nemətin tamamlanması məsələsi Qədir ayəsi və İbrahim peyğəmbərin ailəsi ilə bağlı ayələrdə ifadə olunmuşdur. İlahi fəzilət və ümmətlərin üstünlüyü bu kamil nemətin qəbul olunması və imamətin sayəsində gerçəkləşir."

Məsləhət Şurasının üzvü, ümmətin imamla bağladığı iki əsas əhdi, o cümlədən “itaət əhdi” və “qələbə əhdini" imanlı cəmiyyətin formalaşmasının təməli kimi təqdim edərək vurğulayıb: Kamil nemətə sahib olan ümmət məsuliyyət daşıyır və onun əsas missiyası yer üzündə ədalətin bərqərar edilməsidir.

Ayətullah Əraki bildirib: Əgər ümmət əhd-peymanın pozulmasına səbəb olarsa, nemətin dəyişdirilməsi sünnəti qüvvəyə minər və bunun nəticəsi zillət, ilahi qəzəb və qəlblərin qatılaşmasına gətirib çıxaracaqdır.

O, Quranda nemətin başqa bir nemətlə dəyişdirilməsinin ən bariz nümunəsi kimi yəhudiləri göstərərək deyib: Bu ümmət hidayət olmaq əvəzinə, tarix boyu fəsadın və böhran yaradılmasının mərkəzinə çevrilmişdir. Əhdini pozan ümmət öz ilkin və həqiqi mövqeyinin əksinə çevrilir və ilahi hidayətin əsas maneəsinə dönür.

Əhd pozan dəstə ilə vəfalı ümmət arasında olan tarixi mübarizə zühura qədər davam edəcək

Elmi Hövzələrin Ali Şurasının üzvü sözünə davam edərək ikinci ənənəni, “nemətin başqa bir nemətlə dəyişdirilməsi" kimi qeyd edərək deyib: Nemət başqa bir nemətlə əvəz olunduqda, Allah-taala əhdini pozan ümmətin yerinə başqa bir ümməti gətirər. İlahi hədəflər heç vaxt aradan getməz və heç bir qövm Allahın sünnətlərinin gerçəkləşməsinə mane ola bilməz. Bu sünnətlər İslam ümməti barəsində də tətbiq olunmuşdur və Aşura hadisəsi İslam tarixində nemətin başqa nemətlə dəyişdirilməsi və əhd-peymanın pozulmasının ən bariz nümunəsidir. Qurani-Kərim İslam ümmətinin iki təbəqəsindən bəhs edir: Biri əhdini pozan, digəri isə öz sədaqətinə bağlı qalan təbəqədir.

Ayətullah Əraki sədaqətli ümməti Qurani-Kərimdə xüsusi xitab olunan və ilahi vədin tarixi reallaşma yolunun daşıyıcısı olan “yeni ümmət” kimi təqdim edərək əlavə etdi: Bu gün də əhdini pozan dəstə ilə sədaqətli ümmət arasında qarşıdurma davam edir və bu tarixi mübarizə zühura qədər davam edəcəkdir.

Əhd pozan dəstə ilə vəfalı ümmət arasında olan tarixi mübarizə zühura qədər davam edəcək

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha