çərşənbə axşamı 3 fevral 2026 - 19:17
Hövzə elmləri üzrə ixtisaslar 10–15 sahədən 100-dən çox icra olunan sahəyə çatdırıldı / Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

Ayətullah Ərafi, “Ayətullah Ərafi” layihəsini əsas proqramlardan biri olaraq qeyd edərək bildirib: İki il əvvəl Məşhəd şəhərində, on saat ərzində, bu layihə və sənədlərin fələsəfi əsas, prinsip və yanaşmalarını təxminən 400 hövzə rəhbər və müəllimi qarşısında izah etmişəm.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi Qum şəhərində yerləşən Məsumiyə mədrəsəsinin namazxanasında keçirilən “təbliğ ixtisasları və aydın təbliğat” mövzusunda təbliğ sahəsinin müəllimləri ilə birgə on birinci ideya sessiyasında, Ali  Məqamlı Rəhbərin bəyanının icrası üzrə fikir mübadiləsi zamanı çıxış edərək, hövzə elmləri təhsili üzrə müavinətə öz təşəkkürünü bildirdi. O, həmçinin bu sessiyaların və ixtisaslaşmış komissiyaların təşkilində əməyi olanlara minnətdarlığını ifadə edərək qeyd etdi ki, bu görüşlərin nəticələri gələcək nəzərdən keçirmə və planlaşdırmalarda istifadə olunacaq.
Elmi hövzələrin rektoru əlavə etdi ki, bu dövrdə hövzənin idarəçiliyi uğurlar və çətinliklər üzərindən keçmişdir. Bu yol, həm əməkdaşların xidmətlərinə, həm də sahə araşdırmalarından toplanmış məlumatlara, problem analizi nəticələrinə və Ali Rəhbər və ixtisaslı dini rəhbərlərin rəyinə əsaslanaraq formalaşdırılmışdır.
O, bildirdi ki, ilkin illərdə ölkə üzrə sınaq məqsədli yazışmalar və layihələr əsasında təxminən on araşdırma istiqamətindən məlumatlar toplanmış və mərhələli şəkildə tamamlanmışdır. Bu məlumatlar hövzənin gələcək fəaliyyətinin əsasını təşkil edir, eyni zamanda hözvə elmlərində gündəlik və cari işlər də davam etdirilir.

Hövzə elmləri üzrə ixtisaslar 10–15 sahədən 100-dən çox icra olunan sahəyə çatdırıldı / Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

İlk dəfə olaraq “əsas və strateji sənədlər” paketinin hazırlanması

Ayətullah Ərafi, hövzənin proqramlaşdırma sistemində görülən işlərə işarə edərək, “əsas və strateji sənədlər paketinin" tarixdə ilk dəfə hazırlanması barədə məlumat verib. O bildirib ki, Ali Məqamlı Rəhbərin 300-dən çox tələb və göstərişləri toplanaraq kateqoriyalara ayrılıb. Bu göstərişlər qərəzsiz və diqqətlə kitabça şəklində tərtib olunub ki, hər bir tələbin həyata keçirilib-keçirilmədiyi, icra mərhələsində olduğu və ya daha çox izlənməyə ehtiyacı olduğu aydın olsun.

Ayətullah Ərafi əlavə edib ki, artıq fikir və ideya bazası yaradılıb, ümumiyyətlə həyata keçirilməyən layihələr belə burada toplanır və təhlil edilir. Bu məlumatlara əsaslanaraq hövzə üçün sənədlər toplusu hazırlanıb, baxmayaraq ki, təsir dərəcəsi barədə müxtəlif fikirlər mövcuddur, bu sənədlər hövzə üçün vacib baza hesab olunur.
Elmi hövzələrin rektoru vurğulayıb ki, “ilk dəfə olaraq əsas və strateji sənədlər paketi təqdim olunub”. Bu sənədlər gələcək planlaşdırmalar üçün əsas təşkil edən baxış, nizamnamə və on beş geniş sistemi əhatə edir.

O, həmçinin bildirib ki, hövzə rəhbərliyinin ilk beşillik proqramı sona çatıbdır. Bu il həmin proqramın yekunu bağlanır. Hazırda ikinci beşillik proqram hazırlanır və ilkin qiymətləndirmələrə görə, təxminən planın 50–60 faizi həyata keçirilib.

Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

Ayətullah Ərafi “hövzələr üçün yüz strateji sənəd” layihəsini əsas proqramlardan biri olaraq qeyd edərək bildirib ki, iki il əvvəl Məşhəddə on saat ərzində bu layihə və sənədlərin fələsəfi əsaslarını, həmçinin prinsip və yanaşmalarını təxminən 400 hövzə direktoru və müəllim qarşısında izah etmişdir.

Elmi hövzələrdə ixtisaslarının sayı artıq 100-dən çox sahəni əhatə edir 

Ayətullah Ərafi hövzə ixtisaslarının yenidən təşkili və yaradılması layihəsinə toxunaraq bildirib ki, təxminən 150 ixtisas istiqamətinin planı tamamlanıb və təsdiq edilib, və 100-dən çox ixtisas hövzə mərkəzlərində və əyalətlərdə tətbiq olunub.
O vurğulayıb ki, bu layihə illərlə davam edən araşdırma və ekspert işindən sonra icra mərhələsinə keçib. Təklif olunan bir neçə yüz ixtisas istiqamətindən 400-dən çox istiqamət tam təsdiqini alıb və ixtisasların struktur və fənn proqramlarının hazırlanması sıfırdan başlanıb.

Elmi hövzənin rektoru əlavə edib ki, layihənin Camiətul-Mustafa (s) universitetinin, həmçinin digər bəzi mərkəzlərdə əvvəlcədən təcrübəsi mövcud olsa da, buradakı iş daha çox hövzə yönümlü və geniş şəkildə həyata keçirilib. Hazırda təxminən 150 ixtisas istiqamətinin planı təsdiq olunub, bunlardan 100-dən çoxu icra olunur. Təklif olunan kursların sayı keçmişdə təxminən 10-dan 15-ə qədər idisə, bu gün isə artaraq 100-dən çox ixtisaslaşma kursuna çatıb və indiyə qədər əyalətlərdə təxminən 100 yerli kurs keçirilib.

Hövzə elmləri üzrə ixtisaslar 10–15 sahədən 100-dən çox icra olunan sahəyə çatdırıldı / Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

Möhkəm iradə ilə iş gördük 

Ayətullah Ərafi hövzə elmlərinin idarə olunması və dini təbliğ fəaliyyəti sahəsində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və prioritetlər barədə danışaraq bildirib ki, hözvə sənədlərinin yüksək səviyyədə hazırlanmasına baxmayaraq, bəzi maneələrə, o cümlədən maddi və iqtisadi problemlərə, habelə sosial məsələlərə, məsələn, koronavirus pandemiyasına baxmayaraq, böyük həvəs və möhkəm iradə ilə iş gördük. 
O əlavə edib ki, hözvə qüvvələri müəyyən düşüncə sistemi və fəlsəfi yanaşma ilə sadiq şəkildə fəaliyyət göstərirlər. Bu prosesdə əsaslı uğurlar əldə olunub və bəzi sahələrdə nisbi nailiyyətlər qazanılıb.
Ayətullah Ərafi çıxışının digər hissəsində dini təbliğ sahəsinə toxunaraq bildirib ki, mövcud müxtəlif vəzifəli qurumların fəaliyyəti bu sahədə yenidən nəzərdən keçirilməlidir və elmi hövzələr bu işə həvəslə ilə daxil olubdur.
Elmi hövzələrin rektoru dini təbliğ sahəsinin öncül və mübariz simalarına təşəkkür edərək qeyd edib ki, höccətül-İslam vəl-müslimin doktor Rəfii və höccətül-İslam vəl-müslimin Muqimi Haci və digər şəxslər hövzə elmlərinin inkişafına bütün varlıqlarını sərf ediblər.
O əlavə edib ki, təbliğ sahəsinin genişləndirilməsi ilə bağlı işlər uğurla davam edir: Keçmişdə bəzi çatışmazlıqlar olsa da və birbaşa vəzifəmiz olmasa da, hazırda təbliğ sahəsində minlərlə səmərəli qüvvə fəaliyyət göstərir.

Hövzə qurumları arasında misilsiz koordinasiya

Ayətullah Ərafi vurğulayıb ki, təbliğ sahəsində hövzə qurumları üçün koordinasiya katibliyi yaradılıb və hazırda əlaqədar qurumlar əməli və sahə fəaliyyətində heç bir fikir ayrılığı olmadan geniş əməkdaşlıq çərçivəsində işləyirlər.
Ötən Ramazan ayında bu qurumların koordinasiyası ilə təxminən 40 min təbliğ səfəri təşkil olunubdur. Bu təbliğatçıların hər biri İslam dininin təbliği üçün müxtəlif şəhərlərə ezam olunurlar.

Bu proses sonrakı mərasimlərdə, o cümlədən, Məhərrəm ayı və həzrət Fatimənin (ə.s) əza mərasimlərində daha dəqiq qiymətləndirmə ilə davam etdirilib.

52 min ezamiyyətin planlaşdırılması ilə təbliğatın kəmiyyət və keyfiyyət baxımından kəskin irəliləyiş 


Ayətullah Ərafi bildirib ki, növbəti iki ay ərzində 52 min təbliğatçının müxtəlif şəhərlərə ezam olunması və fəaliyyəti planlaşdırılır. O əlavə edib ki, bu səfərlər Ali Məqamlı Rəhbərin dəstəyi və əlaqədar qurumların iştirakı ilə həyata keçiriləcək və ixtisaslı, virtual və həmçinin həbsxana kimi mühitləri əhatə edən təbliğ fəaliyyətlərini əhatə edəcək.
Bildirilib ki, təxminən 1000 hövzə ustadı və elmi ekspert son dövrlərdə bu prosesə cəlb olunub ki, təbliğ meydanı gücləndirilsin.

Ölkə üzrə təbliğ ixtisasının formalaşdırılması

Ayətullah Ərafi əlavə edib ki, bu il qısa müddətli təbliğ kurslarının təşkili üçün yaxşı dəstək göstərilib və təbliğ ixtisası ölkənin 20 əyalətində fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, bu layihənin əsas məqsədi ölkə üzrə yüz minlərlə təlim keçmiş tələbə və təbliğatçı hazırlamaqdır.

Hövzə elmləri üzrə ixtisaslar 10–15 sahədən 100-dən çox icra olunan sahəyə çatdırıldı / Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

Qurumlararası uğurlu əməkdaşlıq nümunəsi


Ayətullah Ərafi bildirib ki, son iki-üç il ərzində bütün əlaqədar qurumlar, o cümlədən İslam Təbliğat idarəsi, Təbliğ üzrə təşkilati qurumlar, Universitetlərdə Ali Məqamlı Rəhbərin nümayəndəliyi, Camiətüz-Zəhra (s.ə) və Əl-Mustafa Beynəlxalq Universiteti həmçinin Qadınlara məxsus elmi hövzələr və vəqf olunmuş məkanlar, müntəzəm birgə iclaslarda iştirak edərək geniş təbliğ fəaliyyətlərinin koordinasiyasını həyata keçiriblər.

Onlarla genişmiqyaslı təbliğ, mədəni və strateji layihə

Elmi hövzələrin rektoru vurğulayıb ki, “Hicrət planı” və “Amin planı” kimi layihələr çərçivəsində çoxsaylı tələbə və müəllimlər davamlı olaraq fəaliyyət göstərir və məzmun yaradırlar, baxmayaraq ki, bu fəaliyyətlərin əksəriyyətində hövzə elmlərinin adı çəkilmir. Sosial mediada istifadəçilərin izlədiyi və bəyəndiyi bir çox məzmun bu geniş sahənin məhsuludur.

Şübhələrə cavab mərkəzində dönüşüm və qurumlararası koordinasiya

Ayətullah Ərafi şübhələrə cavab mərkəzinin roluna toxunaraq bildirib ki, cənab Purəmini tərəfindən idarə olunan bu mərkəz böyük fəaliyyətlər həyata keçirib və hazırda dini şübhələrə elmi və dəqiq şəkildə cavab verən əsas mərkəzlərdən birinə çevrilib.
O əlavə edib ki, daxili fəaliyyətlərlə yanaşı, xaricə təbliğatçı göndərilməsi sahəsində də son bir ildə hövzə qurumları arasında effektiv koordinasiya yaradılıb. Bu çərçivədə, hövzə elmləri beynəlxalq təbliğ fəaliyyətləri üçün dil bilən təbliğçilərin göndərilməsində fəal iştirak edir.

Məscidin rolu: Məscidlərin mərkəzi rolunu bərpa etmək üçün beşillik proqram

Ayətullah Ərafi “Məscidin rolu” layihəsinə işarə edərək bildirib ki, bu plan elmi hövzələr tərəfindən təqdim olunub və izləmə prosesindən sonra rəsmi qərargaha çevrilərək beşillik proqram şəklində icra edilir.
O qeyd edib ki, bu layihə çərçivəsində hər il 500–2000 məscid konkret hədəf olaraq müəyyənləşdirilir və elmi hövzələr bu məscidlər üçün səmərəli və təlim keçmiş insan resurslarının hazırlanmasını təmin edir. Layihə hal-hazırda icra mərhələsinə daxil olub və yalnız bir neçə ay keçib.

Hövzə elmləri üzrə ixtisaslar 10–15 sahədən 100-dən çox icra olunan sahəyə çatdırıldı / Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

Ölkə üzrə dövlət sənədlərində birgə iştirak


Elmi hövzələrin rektoru vurğulayıb ki, hövzənin strateji rolu ölkənin yüksək səviyyəli siyasət və qərarvermə proseslərində əhəmiyyətlidir. O bildirib ki, hözvə təbliğinin ən əsas təsir sahələrindən biri, ölkənin sənəd, qanun və nizamnamələrində iştirakdır. Hazırda onlarla idarəetmə komandası, 50–60 rəsmi memorandum və müqavilə, həmçinin onlarla koordinasiyaedilmiş fəaliyyət davam edir ki, hövzə elmləri ölkənin inkişaf yolunu müəyyən edən sənədlərdə elmi və dəqiq şəkildə iştirak edə bilsin.

Hövzə təbliğində transformasiyaedici sənədlər


Ayətullah Ərafi qeyd edib ki, hövzə transformasiyaedici sənədləri çərçivəsində təbliğ sahəsində təxminən 30–40 böyük inkişaf və yüksəliş layihəsi həyata keçirilib. Əsas nümunələrdən biri Məhdəviyyət mövzusu ilə bağlı sənəddir, hazırda onun hazırlanması və icrası tam olaraq hövzə elmlərinin məsuliyyətindədir. Son bir il ərzində bu sənədlərin strukturu diqqətlə hazırlanıb, tapşırıqlar paylanıb və icra prosesi vahidliklə irəliləyir.

Hövzənin yeni sahələrə girişi


Ayətullah Ərafi vurğulayıb ki, elmi hövzələr həm daxili fəaliyyətlərdə, həm də yeni sahələrdə, o cümlədən təhsil və tədqiqatlarda aktivdir. Bunlara süni intellektlə bağlı elmi araşdırmalar da daxildir. O ümid edir ki, yaxın gələcəkdə bu fəaliyyətlərin elmi hövzələr və ölkə üçün böyük elmi və praktik faydaları olacaq.

Səmərəli insan resurslarının hazırlanması: Təhsil və təbliğ mərkəzli yanaşma

Elmi hövzələrin rektoru əlavə edib ki, əsas missiya, səmərəli və dini cəhətdən təsirli şəxslərin yetişdirilməsidir. Bu məqsədlə hövzə ixtisas və istiqamətləri elə planlaşdırılıb ki, nəticədə tələbələr real təbliğ sahəsində fəaliyyət göstərə biləcək bacarıqlı ruhani və təbliğatçı kimi hazırlanır.
O qeyd edib ki, hazırda 40–50 aktiv təbliğ istiqaməti mövcuddur və hövzənin əksər ixtisasları birbaşa və ya dolayı yolla tələbələrin təbliğ və sosial fəaliyyət bacarıqlarını artırmağa yönəldilib.
Ayətullah Ərafi əlavə edib ki, hövzə təhsil sistemində transformasiya üçün “böyük bacarıqların” hazırlanması nəzərdə tutulub. Bu bacarıqların əhəmiyyətli hissəsi təbliğ bacarıqlarıdır, hansı ki başlanğıc səviyyədə bütün tələbələrə öyrədilir və yuxarı səviyyələrdə tədricən və istəyə bağlı olaraq davam etdirilir.

Hövzə elmləri üzrə ixtisaslar 10–15 sahədən 100-dən çox icra olunan sahəyə çatdırıldı / Hövzələrin gələcək inkişafı üçün nəzərdə tutulan plan və yüz strateji sənədin hazırlanması

“Fəlsəfə və sistemlər” qərargahı gələn ildən fəaliyyətə başlayır


Ayətullah Ərafi hövzə ixtisasları sistemində iki əsas layihənin hazırlanmasına işarə edərək bildirib ki, yeni layihələrdə bu sahələrə xüsusi diqqət yetirilib. “Əlavə fəlsəfələr və sistemlər” qərargahı gələn ildən fəaliyyətə başlayacaq və bu qurum ixtisaslı səviyyədə təbliğ müzakirələri üçün vacib dəstək mənbəyi olacaq.

Resurslarımız çoxdur

Elmi hövzələrin rektoru “virtual təbliğ” ixtisasının yaradılmasını qeyd edərək əlavə edib ki, bu ixtisas artıq fəaliyyətə başlayıb və inşallah gücləndiriləcək. O bildirib ki, sonsuz ehtiyaclar dünyasında biz minlərlə problem və maneələrlə üz-üzə olsaq da, ümidsiz deyilik və inşallah ustadların və tələbələrin köməyi ilə işləri irəlilədəcəyik, çünki resurslarımız çoxdur.
Qeyd edək ki, Ali Məqamlı Rəhbərin mesajının icrasına dair ideya hazırlığı sessiyaları, müxtəlif hövzə müəllimləri və qruplarının iştirakı ilə, hözvə təhsili idarəsinin təlim və tərbiyə şöbəsi tərəfindən hazırlanır və keçirilir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha