çərşənbə 4 fevral 2026 - 19:17
İslam İnqilabı qlobal məhdəviyyət sivilizasiyasının nəticəsidir / İmam Zamanın (ə.f) naibi İnqilabın Ali Məqamlı Rəhbəridir

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin sədr müavini vurğulayıb: İslam İnqilabı “Qədir”, “Aşura” və “İntizar” prinsipləri əsasında, İmam Zamanın (ə.f) ümumi canişini zəminində və vilayəti-fəqih çərçivəsində formalaşmışdır.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin sədr müavini Ayətullah Abbas Kəbi Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib: İslam İnqilabı müasir dövrdə Əhli-beyt (ə) təlimləri əsasında Məhəmməd peyğəmbərin (s) yolunun yenidən dirçəldilməsidir. O vurğulayıb ki, bu inqilab qlobal və fitri sivilizasiya potensialına malikdir və onun əsas auditoriyası hidayətə olunmuş insanlardır.

O əlavə edib: Yeni İslam sivilizasiyasının gerçəkləşməsi ilahi rəhbərliyin yönləndirmələri və zamanın tələblərinə uyğun, insanın müasir problemlərini idarə etməyə qadir olan ictihad əsasında formalaşır. Əslində bu inqilab Qədir, Aşura və İntizar dərsləri üzərində qurularaq, tövhid, ədalət və insan ləyaqəti prinsipləri əsasında dünyanın struktur, məzmun və idarəçiliyində köklü dönüşüm üçün zəmin yaradıb.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü məhdəviyyət təlimlərinə işarə edərək qeyd edib ki, bu təlimlərdə ilahi rəhbərlik insanın həyatının idarəsini öz üzərinə götürür və cəmiyyəti iman, tövhid və saleh əməl əsasında, o cümlədən zülm və müstəmləkəçiliyə qarşı mübarizə, insanın əsl kimliyinin dirçəldilməsi istiqamətində yenidən formalaşdırır.

İslam İnqilabı qlobal məhdəviyyət inqilabının zəminini yaradır

Ayətullah Abbas Kəbi çıxışının davamında İslam İnqilabını həzrət İmam Məhdinin (ə.f) qlobal inqilabının zəminini hazırlayan hərəkat kimi dəyərləndirərək bildirib: Bu inqilab vilayəti-fəqih prinsipi əsasında, İmam Zamanın (ə.f.) ümumi canişinliyi çərçivəsində formalaşıb.

O, imamətin iki növünü izah edərək deyib: Biz iki növ imamət anlayışına malikik: Biri Allah tərəfindən seçilmiş imamətdir. Bu İmam Zamanın (ə.f) imamətliyidir. Digəri isə imamın yerinə imamətdir. Bu isə vilayəti-fəqih şəklində təcəssüm edir. İslam İnqilabı İslam təlimləri və ictihad əsasında, zamanın tələblərini dərk etmə, vilayəti-fəqihin hidayətləri, hövzə və universitet elitalarının potensialının səfərbər olunması və xalqın meydandakı fəal iştirakı ilə formalaşmışdır.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü inqilabın qələbəsində səbr və müqavimətin roluna toxunaraq əlavə edib: Bu inqilab çətin sınaqlar və müxtəlif sui-qəsd və təxribatlar qarşısında səbr və müqavimət nümayiş etdirərək möhkəm dayanmış, ağır və çətin günləri uğurla keçmişdir. Bu gün də cihad, müqavimət və İslam İnqilabının strateji ehtiyatı olan xalqın meydandakı iştirakı sayəsində inkişaf yolunu davam etdirir.

İslam İnqilabının diskursu irəliləyiş mərhələsindədir

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin sədr müavini qeyd edib ki, İslam İnqilabı öz ali məqsədlərini məhdəviyyət təlimləri əsasında irəli aparır. Biz İslam İnqilabı ilə fəxr edirik. Bu misilsiz bir nemətdir ki, maneələri keçərək inqilabın və İran xalqının səsini qlobal miqyasa çatdırır.

Peyğəmbər (s) və onun pak Əhli-beytinin vilayəti əsasında qlobal xəttin formalaşması

O, beynəlxalq sistemdə baş verən dəyişiklikləri təhlil edərək bildirib: İslam İnqilabının qələbəsindən öncə dünya Şərq və Qərb olmaqla iki geosiyasi düşərgəyə bölünmüşdü. Bu gün dünya iki əsas qlobal siyasi nizam üzərində formalaşır. Biri liberal demokratiya əsasında formalaşmış, köhnəlmiş və tənəzzülə uğrayan hegemonluq siyasət xətti, digəri isə İslam İnqilabının diskursu əsasında irəliləyən ikinci xəttdir. Bu xətt Peyğəmbər (s) və onun pak Əhli-beytinin vilayəti əsasında formalaşmış xəttdir.

Ayətullah Kəbi çıxışının sonunda zühur məsələsinə işarə edərək deyib: Biz günəşin zühurunu, həzrət İmam Zamanın (ə.f) ilahi vilayətinin gerçəkləşməsini gözləyirik. İslam İnqilabı bu zühurun və İslamın qlobal ideallarının həyata keçməsinin zəminini hazırlayan bir vasitədir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha