Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bəlucistan əyaləti üzrə Ruhanilər Birliyinin sədri, höccətül-İslam vəl-müslimin Əli Əsgər İrfani, yaydığı bəyanatda İslamabad şəhərində “Xədicəyi-Kübra (s)” məscidində baş vermiş terror aktını pisləyərək, bu cinayəti İslamın sülh mesajına və cəmiyyətin təhlükəsizliyinə birbaşa hücum kimi qiymətləndirib və milli birliyin qorunmasının, eləcə də terrorizmə qarşı qətiyyətli tədbirlərin görülməsinin zəruriliyini vurğulayıbdır.
O, bu bəyanatda bildirib: “Bu gün hamımız təkcə ölkəni deyil, bütün bəşəriyyətin vicdanını oyadan ağrılı və sarsıdıcı bir hadisə ilə üz-üzəyik. İbadət edilən bir məkanda baş vermiş terror aktı yalnız dini bir məkana hücum sayılmır, həm də İslamın sülh, qardaşlıq və insanpərvərlik mesajına birbaşa təcavüzdür.”
O vurğulayıb ki, belə bir əməl İslam təlimləri ilə tam şəkildə ziddiyyət təşkil edir və İslam heç vaxt günahsız insanların, qadınların, uşaqların və namaz qılanların qətlə yetirilməsinə icazə vermir. Məscidlər Allahın evi, ibadət və aramlıq, həmçinin sevgi ilə qardaşlığın təbliğ olunduğu məkanlardır. Bu məkanlara hücum etmək isə onu törədənlərin qəddarlığının və vəhşiliyinin ən yüksək həddini göstərir və bu əməl qətiyyətlə pislənilir.
O, həmçinin hökumət və məsul qurumları bu cinayətin törədicilərini tez bir zamanda müəyyən edib həbs etməyə, onları qanunun ən ağır cəzasına çatdırmağa və belə hadisələrin təkrarlanmaması üçün zəruri təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırdı.
Höccətül-İslam Əsgər İrfani çıxışının davamında xalqı belə hadisələr qarşısında birlik və ayıq olmağa, məzhəb və firqə ixtilaflarını alovlandırmaqdan çəkinməyi və milli həmrəyliklə terrorizm və ifratçılığa qarşı vahid cəbhə formalaşdırmağı tövsiyə etdi.
O, həmçinin vurğulayıb: Bu hadisə cəmiyyət üçün oyanış çağırışı olmalıdır. Daha artıq dərəcədə dözümlülük, məhəbbət və qarşılıqlı hörmət mədəniyyətinin yayılmasına diqqət yetirilməlidir. Terrorçular heç bir din və məzhəbi təmsil etmirlər. Onlar bəşəriyyətin ortaq düşmənləridir və onlarla mübarizə universal əməkdaşlıq və empatiya tələb edir.
Bəlucistan əyaləti üzrə Ruhanilər Birliyinin sədri, höccətül-İslam vəl-müslimin Əli Əsgər İrfani, şəhid ailələrinə başsağlığı verərək, bu hadisədə yaralananlara tezliklə şəfa dilədi və uca Allahdan sağ qalanlara səbir və dözüm nəsib etməsini istədi.
Sonda isə uca Allahdan ölkəni hər cür təhlükə və zorakılıqdan qorumasını, təhlükəsizlik və sabitlik bərqərar etməsini həmçinin xalqa səbir, mətanət və rahatlıq bəxş etməsini dua etdi. Amin.
Xəbərin sonu
Rəyiniz