Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata əsasən, Qum Elmi hövzəsinin direktor müavini Həmid Məliki, Qum Elmi Hövzəsinin İdarəetmə Mərkəzi işçilərinin İmam Museyi-Kazım (ə) Elmi hövzəsində İran İslam İnqilabının ildönümü münasibətilə keçirilən iclasında Fəcr ongünlüyünü təbrik edərək, İslam İnqilabını müasir İran tarixində dönüş nöqtəsi adlandırdı. O, ölkənin zalım və zorakı hakimiyyət dövrünün mədəniyyəti və dinə qarşı aparılan siyasətlərində İslam İnqilabının həlledici rolunu vurğulayaraq deyib: İslam İnqilabı ölkəni yeni ləyaqət, mənəviyyat və azadlıq mərhələsinə çıxardı və cəmiyyətdə ilahi dəyərlərə yol açdı.
O, böyük ilahi hadisələrin yenidən xatırlanmasının zəruriliyinə işarə edərək bildirdi: “Allah Təala bizdən istəyir ki, ən böyük və dəyərli günlərdən biri olan Fəcr ongünlüyünü unutmayaq. Bu ongünlük 1 Fevral (12 Bəhmən) tarixində İmam Xomeyninin (r) gəlişi ilə başlamış və xalqın ongün ərzində göstərdiyi müqavimət və möhkəm iradəsindən sonra İslam İnqilabının qələbəsi olmuşdur.
Qum Elmi hövzəsinin direktor müavini, 1987–1989-cu illərdəki yeniyetməlik illərinə aid xatirələrini bölüşərək, Pəhləvi rejimi dövrünün sosial və mədəniyyət mühitini təsvir edərək əlavə edib: “O dövrdə şəhərlərdə, xüsusilə spirtli içkilərin satıldığı mərkəzlər, məscidlərdən daha çox görünürdü və hətta tətil günlərində əsas ehtiyaclara çatmaq ciddi çətinliklərlə müşayiət olunurdu. Boğucu atmosfer o qədər güclü idi ki, insanlar dini kitabları evdə saxlamağa qorxurdular və hakimiyyətə qarşı ən kiçik etiraz belə qadağan idi.
O, İnqilabdan sonra ölkənin mədəniyyət mühitində baş verən köklü dəyişikliklərə işarə edərək vurğulayıb: “Bu gün İslam Respublikasında media, radio, televiziya və mədəniyyət mərkəzləri Quran və Əhli-beyt (ə) maarifi ilə doludur. Bu böyük bir nemətdir, biz onun qiymətini bilməliyik. Xüsusilə də o dövrü görməmiş gənc nəsil bilməlidir ki, İslam İnqilabı hansı dönüşümü yaratmışdır.”
Höccətül-İslam vəl-müslimin Həmid Məliki, İnqilabın qələbəsində cihad edən mücahid alimlərin rolunu xatırladaraq, şəhid Ayətullah Mədənini nümunəvi bir şəxs kimi qeyd dedib.“Bu böyük şəxsiyyətlərin səmimiyyəti, uzaqgörənliyi və xalq yönümlü ruhiyyəsi İnqilabın əsası idi. 1 Fevral (12 Bəhmən) tarixində xalqın İmam Xomeynini (r) qarşılama xatirələri, İran xalqının iman və həmrəyliyinin bir nümunəsini göstərdi və bu heç vaxt unudulmayacaq.”
O, bu nurani yolun bu gün də davam etdiyinə işarə edərək bildirib: “Bu gün də İslam Respublikası qlobal zülm və imperialist qüvvələrinin qarşısında dayanır və haqq cəbhəsinin başında, ölkəni elm, hikmət və mənəviyyatla idarə edən, həmçinin böyük şəxsiyyətə sahib, alim, fəqih, uzaqgörən və müdrik bir rəhbər — Ali Məqamlı Rəhbər dayanır.”
Qum Elmi Hövzəsinin direktor müavini sonda vurğulayaraq bildirib: “Elmi hövzə işində fəaliyyət əsas bir vəzifədir. Biz hamımız elə bir mövqedə dayanırıq ki, həzrət İmam Məhdinin (ə.f) himayəsi altındadır və bu ilahi nemətin qiymətini bilməliyik. İmam Məhdiyə (ə.f) aid olan bir qurumda xidmət etmək böyük bir nemətdir və onun şükürü isə vəzifəni səmimiyyət və dürüstlük ilə yerinə yetirməkdir.”
Xəbərin sonu
Rəyiniz