çərşənbə axşamı 10 fevral 2026 - 08:52
İnsanlar 11 fevral yürüşündə iştirak edərək düşmənləri daha da məyus və ümidsiz edirlər

Ayətullah Nuri Həmədani İran İslam Respublikasının bütün inqilabçı və dindar xalqını 11 fevral yürüşündə iştirak etməyə dəvət edib

Hövzə  Xəbər Agentliyinin verdiyi məlumata əsasən həzrət Ayətullah Nuri Həmədani  bütün xalqı 11 fevral (22 Bəhmən) yürüşündə iştirak etməyə dəvət edib. 
Həzrət Ayətullah Nuri Həmədaninin çıxışının tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

İran xalqı həmişə həssas mərhələlərdə meydanda olmuş, birlik və həmrəyliyi ilə düşmənləri ümidsiz vəziyyətə salmışdır.
Bu il 11 fevral (22 Bəhmən) düşmənlərin düşmənçiliyi daha da açıq şəkildə özünü göstərdiyi bir vaxda xalqın iştirakı daha yüksək, qabarıq və möhtəşəm şəkildə olmalıdır. İmanlı və inqilabçı insanlardan ibarət olan bu xalq bir daha İslam Respublikasının gücünü bütün dünyaya nümayiş etdirilməli və yeni bir hadisə kimi tarixə yazılmalıdır.

Mən bütün İran xalqını 11 fevral (22 Bəhmən) yürüşündə yüksək səviyyədə iştirak etməyə dəvət edir, Allahdan hər kəsə, xüsusilə İran İslam Respublikasının davamlılığına nail olmaq üçün bərəkət diləyirəm.
10 fevral 2026 (21 Bəhmən 1404)
Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha