cümə axşamı 12 fevral 2026 - 13:49
İmam Xomeyni (r) müasir dövrün və çağdaş nəslin Malik Əştəri idi

Hövzə / Həzrət Ayətullah Cavadi Amuli bildirib: İmam Xomeyni (r) təkcə fiqhi hökmlər sahəsində tanınmış bir fəqih deyil, eyni zamanda əqidə və irfan sahəsində də görkəmli arif, hikmət və mütəfəkkir sahibi olmuşdur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, həzrət Ayətullah Cavadi Amuli “İmam Xomeyni (r) dövrümüzün və çağdaş nəslin Malik Əştəri idi” ifadəsinə toxunaraq bildirib: Dövrümüzün və nəslimizin Malik Əştəri olan, həzrət Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) hədislərini dərindən dərk edib onu dirçəldən şəxs, İran İslam İnqilabının müdrik və ali məqamlı rəhbəri həzrət İmam Xomeyni (r) olmuşdur.
Uca məqam sahibi olan İmam Xomeyni (r) həm ilahi hökmləri, həm də ilahi hikmətləri dirçəltdi. Şiə məzhəbinin bu böyük və tanınmış fəqihi, həmçinin İslamın görkəmli və məşhur hikmət sahibi olan bu dahi şəxsiyyət təxminən əlli il əvvəl, otuz yaşında olarkən qələmə aldığı “Misbahul-hidəyə iləl-xilafə vəl-vilayə” adlı risaləsində fəlsəfədən də yüksək olan irfan ilə bağlı maariflər ortaya qoymuşdur.
Təəccüblüdür ki, bu dahi şəxsiyyət otuz yaşında olanda, belə gözəl və zəngin maarifi necə dərk etmiş və onları necə qələmə almışdır.!
Bəli, o, həqiqətən də

“ذلِکَ فَضلُ اللهِ یُؤتیهِ مَن یَشاء” 

“Bu, Allahın lütfüdür, onu istədiyinə verər” ayəsinin təcəssümüdür. O, təkcə fiqh hökmləri sahəsində tanınmış bir fəqih deyildi, eyni zamanda fiqhi əkbərdə yəni  əqidə irfan sahəsində də məşhur arif, hikmət və mütəfəkkir sahibi olmuşdur.


Bonyanun Mərsus kitabı – "İmam Xomeynin (r) əsərləri, s. 358

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha