cümə 13 fevral 2026 - 20:27
Belçika tarixində ilk dəfə olaraq Ramazan ayı xüsusi işıqlandırmalarla qeyd olunacaq

Hövzə / Belçikanın Gent şəhər bələdiyyəsi Ramazan ayının işıqlandırmalarını şəhərin iki məşhur alış-veriş mərkəzində ilk dəfə quraşdırmağı planlaşdırdığını elan edib. Bu layihə Belçikada ilk dəfə olaraq milli səviyyədə keçiriləcəkdir.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, işıqlandırılma şəhərin iki sıx yaşayış massivində yerləşəcək və burada bir çox mağazalar, xüsusilə müsəlman satıcılar fəaliyyət göstərir.

Flanders News-un verdiyi məlumata görə, təxminən 100 yerli pərakəndə satıcı bu layihəni dəstəkləyir.

Layihəni həyata keçirən İslam mədəniyyət təşkilatları bildiriblər ki, bu təşəbbüs Ramazan ayının Belçikada yaşayan çoxsaylı insanlar üçün nə qədər mühüm mədəni və dini əhəmiyyət daşıdığını aydın şəkildə əks etdirir.

Müsəlman sahibkarlardan biri müsahibəsində deyib: “Biz uzun illərdir bu təşəbbüsü gözləyirdik və sonunda həyata keçməsinə çox sevinirik.”

Mənbə: aboutislam.net

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha